Azərbaycan İdeyası

Qulubəylinin “kəndxudası” özbaşınalıq edir

Tarix:24-12-2021, 13:02
Baxış Sayı:451

Bələdiyyə sahəsində olan qanun pozuntularından biri də bələdiyyələrin vəzifəli şəxslərinin təkbaşına qərar verməsidir. Bələdiyyələr kollegial qurumdur və qərarlar təkbaşına deyil, iclaslar vasitəsilə verilməlidir. Ancaq bəzən bələdiyyələrin vəzifəli şəxsləri təkbaşına qərar verir ki, bu da cinayət hesab olunur.
Qeyd edək ki, 2020-ci ildə İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsinə əsasən, məhkəmələrə göndərilmiş inzibati xəta haqqında protokollar üzrə 138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib.
İnzibati nəzarət icraatı qaydasında aparılmış araşdırmalar zamanı 23 halda ciddi qanun pozuntuları aşkar edilərək toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib. Həmin materiallardan 10-u üzrə cinayət işi açılıb.
Yəqin ki, bu ilin yekununda da qeyd etdiyimiz qəbildən aşkarlanmış cinayət işlərinin statistikası açıqlanacaq və həmin siyahıya İmişli rayonunun Qulubəyli bələdiyyəsinin sədri Mirvəli Tağıyevin də adı düşəcək.
İmişli rayonunun Qulubəyli kənd sakini Nağıyeva Arzu Gülməmməd qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ərizə ilə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və İmişli rayonunun Qulubəyli bələdiyyəsinin sədri Mirvəli Tağıyevdən şikayətlənmişdir:
“İmişli rayonunun Qulubəyli kəndində yerləşən 0,04 ha torpaq sahəsi üzərində hüquqlarım 29.05.2008-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsi qeydiyyata alınan zaman torpaq sahəsinin plan-öılçü sənədində qeyd olunan döngə nöqtələrinin koordinatları keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş plan-ölçü sənədinə uyğun olaraq qeyd edilmişdir. Söpzügedən torpaq sahəsinin 0,006 ha hissəsini “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında həmkəndlimə satdığıma görə həmin hissəyə dair bölgü sxemi tərtib edilməsi ilə əlaqədar ərazidə mütəxəssislər tərəfindən çöl-ölçmə işləri aparıldı və sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsinin yerləşməsində ciddi uyğunsuzluğun olması müəyyən olundu. Mülkiyyətimə verilmiş 0,04 ha torpaq sahəsi sənəd üzrə Soltanmuradlı, Gövhərli və Qaradonlu kəndlərinin torpaq sahələrinin üzərindən keçərək 9 kilometr uzaqda yerləşən Məzrəli kənd sakininə məxsus pay torpağına düşmüşdür. Keçmiş Dövlət Torpaq və Xəritəıçəkmə Komitəsinin mütəxəssisi Əlqəmə Quliyev tutduğu vəzifədən sui-istifadə edərək belə bir qanunazidd əməl törətmişdir. Həmin mütəxəssis hazırda da iş başındadır və qanunazidd əməllərini bu gün də davam etdirir”
Şikayətçi haqlı olaraq belə bior sual ortaya qoyur: Daşınbmaz Əmlakın Dövlət reyestri Xidməti çöl-ölçmə işləri aparmadan niyə mənim hüquqlarımı qeytdiyyata almışdır? Nəticədə keçmiş DTXK-nin məsuliyyətsiz mütəxəssisinin kobud səhvi təkrarlanmmış oldu”.
Arzu Nağıyeva bildirir ki, ölkə Prezidentinə və digər yuxarı instansiyalara müraciət edib sənədində düzəliş aparılmasına kömək olunmasını xahiş etdikdən sonra komissiya tərəfindən əraziyə baxış keçirilərək akt tərtib olunub: “Ancaq İmişli rayonu Qulubəyli bələdiyyəsinin sədri 74 yaşlı pensiyaçı Tağıyev Mirvəli akta imza edib möhür vurmaq üçün məndən 1000 manat rüşvət istədi. Əks təqdirdə müxtəlif bəhanələr gətirib aktın rəsmiləşdirilməsinə imkan verməyəcəyini bildirdi. Ayrı-ayrı vaxtlarda 2 dəfə məghkunmluq həyatı yaşayan, hazırda Beyləqan rayon prokurorluğunda icraatı dayandırılmış iş üzrə ağır cinayətdə təqsirləndirilən bələdiyyə sədri Mirvəli Tağıyev öz qanunazidd, cinayət tərkibli əməllərini Qulubəyli bələdiyyəsində davam etdirir. Bələdiyyə üzvlərinin iştirakı olmadan kağız üzərində saxta iclas protokolları tərtib edib bələdiyyə torpaqlarını icarəyə və alqı-satqı qaydasında verilməsi üçün təkbaşına qərar qəbul edərək hərraca çıxarır. Dövlət tərəfindən ayrılmış dotasiya və digər təyinatlar üzrə bələdiyyə hesabına mədaxil olunmuş pul vəsaiti bələdiyyə sədri tərəfindən mənimsənilərək ciddi qanun pozuntularına yol vermişdir. Ancaq bələdiyyə sədri Mirvəli Tağıyevin qanunazidd, cinayət tərkibli fəaliyyəti müvafiq təşkilatlar tərəfindən yoxlanılmır”.
Ərizə müəllifi qeyd etdiyi məsələlərin yoxlanılmasına və qanunamüvafiq tədbirlər görülməsinə nail olmaq üçün problemini KİV-də ictimailəşdirməyi redaksiyadan xahiş etmişdir.
X.Quliyeva

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı