Azərbaycan İdeyası

Polis Heydər Əliyev Fondunun təşkil etdiyi Şuşa turları üçün alınan rüşvəti xırda talançılıq hesab edir

Tarix:16-03-2022, 09:34
Baxış Sayı:80

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev Şuşa işğaldan azad edilən kimi ilk gördüyü iş Ümummilli lider Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət etmək oldu. Dövlətimizin başçısı xalqımıza gözaydınlığı verməklə bərabər, həmçinin bildirdi ki, ata vəsiyyətini yerinə yetirdiyinə görə özünü çox xoşbəxt hiss edir.
İndi hökumətimizə etibarlı tərəf müqabili olan Heydər Əliyev Fondunun işğaldan azad edilmiş ərazilərimizə, o cümlədən Qarabağın tacı olan Şuşaya turlar təşkil etməsi təqdirəlayiq haldır və məcburi köçkünlərimizin doğma yurd-yuvalarına qayıdacağına bütün varlığı ilə inanan Ulu Öndər Heydər Əliyevin arzularının çin olmasının bariz göstəricisidir.
Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, bina 114, mənzil 55 ünvanda yaşayan, əslən Şuşa şəhərindən olan Allahverdiyev Fərid Rafiq oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edərək bildirmişdir ki, 2021-ci ilin oktyabr ayında tanıdığı, uzaq qohumluğu çatan Azər adlı şəxsə Şuşa şəhərinə getmək üçün 400 manat nağd pul vəsaitini Yasamal rayonu, Ə.Əhmədov küçəsində təqdim etmiş, lakin həmin şəxs verdiyi vədə əməl etməyərək pulu mənimsəmişdir. Azər ona Heydər Əliyev Fondunun Şuşa şəhərinə turlar təşkil etdiyini bildirmiş və Şuşaya getməsini təklif etmişdir. Pulu alandan sonra isə vədini yerinə yetirməyərək, müxtəlif bəhanələrlə pulu geri qaytarmaqdan imtina edir.
F.Allahverdiyev məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin (DİN) “102” xidmətinə zənf vurmuş və Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Şöbəsinə (PŞ) ərizə ilə müraciət etmişdir.
Yasamal RPİ-nin 29-cu BŞ-nin təhqiqatçısı, polis kapitanı Anar Qasımov materialı nəzərdən keçirib müəyyən etmişdir ki, dələduzluq əməli nəticəsində vurulan ziyan 500 manatdan aşağı olduğu üçün az əhəmiyyətlidir və ona görə də Azərbaycan Respubvlikası Cinayət Məcəlləsinin (CM) 178.1 maddəsinin tərkib əlaəmətlərini yaratmır. Ona görə də Azərin hüquqa zidd əməli cinayət kimi deyil, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 227-ci maddəsində müəyyən olunmuş xırda talama kimi müəyyənləşdirildiyindən, cinayət işinin başlanılması rədd edilməli və hadisəni törətmiş Azər adlı şəxs müəyyən olunaraq onun barəsində inzibati tədbir görülməlidir.
Lakin məlum məsələ ilə bağlı təhqiqatçının qəbul etdiyi “cinayət işinin başlanılmasının rədd edilmısi barədə” qərarı polis şöbəsinin kargüzarlığından 095-20957 nömrəli 28.11.2021-ci il tarixli, şikayətçiyə ünvanlı məktubla ixrac edildiyi göstərilsə də, həmin ünvana poçtla göndərilməmişdir. Qərarın surətinin vətəndaş Allahverdiyevə əlbəəl verilməsi yalnız redaksiyadan polis şöbəsinə zəng vurulandan sonra, 2022-ci ilin yanvar ayının son günlərində təqdim olunmuşdur. Qərarda göstərilir ki, vətəndaş Allahverdiyev Fərid Rafik oğlunun əmlakını talayaraq xırda talama törətmiş Azər adlı şəxsin müəyyən olunaraq AR İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qəbul olunmuş qərarın surəti aidiyyati əməkdaşa həvalə olunsun. Redaksiya olaraq xeyli cəhddən sonra adı çəkilməyən “aidiyyəti əməkdaşın” Sərxan Quliyev olduğunu müəyyən edə bildik. Məlum oldu ki, həmin pilis əməkdaşı talançının kimliyinin dəqiq müəyyən edilməsi üçün hələ heç bir iş görülməmişdir. Çünki polisin heç bir sənədində Azərin soyadı, atasının adı, təvəllüdü, ünvanı göstərilmir. Halbuki, bu məlumatların bir çoxu, eləcə də Azərin telefon nömrəsi vətəndaş Allahverdiyevə məlumdur.
Məsələyə ictimai tərəfdən yanaşsaq, Azər adlı şəxsin törətdiyi əməlin ziyanı heç də az əhəmiyyətli deyil. Birincisi ona görə ki, burada şəhidlərimizin qanı bahasına işğaldan azad edilmiş Şuşaya səfərin alver predmetinə çevrilməsindən söhbət gedir, ikincisi isə hökumətə etibarlı tərəf müqabili olan və ümummilli liderimizin adını daşıyan Heydər Əliyev Fondunun adı hallanır. Belə müqəddəs dəyərlərimizə xələl gətirən faktlara hüquqi qiymət verilməsi polisin deyilsə, bəs kimin işi olmalıdır? Əgər Heydər Əliyevin heykəlinin postamentinə qrafitlə sözlər yaazan şəxsə 9 il həbs düşürsə, Heydər Əliyev Fondunun adı ilə dələduzluq edən niyə cəzalandırılmasın?
CPM-nin 212.2-ci maddəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmiş şəxs tərəfindən həmin qərarın surətinin 24 saat müddətində törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumat vermiş fiziki, hüquqi və ya vəzifəli şəxsə göndərilməsi təsbit olunmuşdur.
CPM-nin 212.3-cü maddəsində isə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət vermək hüququ nəzərdə tutulmuşdur.
Bundan əlavə qeyd etmək lazımdır ki, CPM-nin 122-ci maddəsində cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından cinayət prosesi iştirakçıları və digər şəxslər tərəfindən şikayət verilməsi müddəası əks olunmuşdur.
Həmin maddədə təhqiqatçının və ya müstəntiqin hərəkət və ya qərarlarından prokurora, prokurorun hərəkət və ya qərarından yuxarı prokurora, həmçinin CPM-nin 449.3-cü maddəsində nəzərdə tutulmuş qaydada sadalanan prosessual şəxslərin hərəkət və ya qərarlarından məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət verilməsi nəzərdə tutulmuşdur.
Bəs elə isə nəyə görə təhqiqatçı qərarın surətini şikayətçiyə göndərməyə tələsməyib? Bəlkə daxili inamı onu əndişləndirir ki, birdən Heydər Əliyev Fondu adından Şuşaya getmək istəyində olan şəxslərin hamısından ucdantutma pul yığılması “yuxarıdan” verilmiş imperativ göstəriş ola bilər və bu işə müdaxilə etdiyi təqdirdə dələduzların əhatə dairəsinin genişliyi, zərərçəkənlərin sayının çox olduğu üzə çıxar və nəticədə özünün də başı ağrıyar? Bu suallara cavab tapmağa çalışacağıq.
Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…