Azərbaycan İdeyası

İlham Əliyev ordumuzun Şuşa uğrunda əfsanəvi döyüşlərindən danışdı

Tarix:10-12-2020, 14:54
Baxış Sayı:104

“Şanlı müharibəmizin yekunu da Şuşa şəhərində oldu. Noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi tarixi nailiyyətimizdir. Şuşa işğal altına düşmüş birinci şəhərimiz idi və işğaldan azad olunan sonuncu şəhər oldu”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəfər paradında çıxışı zamanı bildirib.
Prezident bildirib ki, Şuşa düşməndən azad olunandan sonra düşmənin beli qırıldı:
“Düşməni təslim olmağa məcbur etdik. Şuşanın azad edilməsi tarixi hadisədir. Bizim ordumuz, qəhrəman övladlarımız dağlardan, dərələrdən, meşələrdən, cığırlardan keçərək, sıldırım qayaları qət edərək, qayalara dırmaşa-dırmaşa, Şuşaya qalxaraq, orada əlbəyaxa döyüşdə düşməni məhv etdi.
Azərbaycan bayrağını Şuşada qaldırdı. Ondan bir gün sonra daha 70 kənd işğalçılardan azad ediləndən sonra Ermənistan artıq təslim oldu. Ağ bayraq qaldırdı, diz çökdü, öz layiqli cəzasını aldı və imdad dilədi. Biz Ermənistanı döyüş meydanında məhv etdik. Yaratdıqları mifi darmadağın etdik”.
“44 gün ərzində Ermənistanın canlı qüvvəsi və texnikası məhv edildi. Azərbaycan öz gücünü, qüdrətini göstərdi. Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiyaya imza atıb. Bununla Kəlbəcər, Laçın, Ağdam bir güllə atılmadan biz qaytarıldı”, - deyə İlham Əliyev qeyd edib.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı