Azərbaycan İdeyası

Nazirliklərin cavab məktubu Əfqanıstan müharibəsi veteranının ümidlərini “göy əskiyə bükdü”

Tarix:25-04-2022, 17:58
Baxış Sayı:60

Hələ ötən ilin sonunda Əfqanıstan müharibəsi veteranları sırasından hansısa səbəbdən dövlət qayğısından kənarda qalmış Sumqayıt şəhəri Corat qəsəbəsi ev 166 ünvanda yaşayan Əliyev Mehrəli Nəcəfəli oğlunun mənzillə təmin olunmamasına dair redaksiyamıza müraciətini ictimailəşdirmişdik. Bu mövzuya həsr etdiyimiz “Əfqanıstan müharibəsi veteranı yeni ildən nə gözləyir” sərlövhəli məqalənin yekununda ümid ifadə etmişdik ki, yəqin qarşıdan gələn yeni 2022-ci ildə Mehrəli Əliyevin mənzillə təmin olunmaq arzusu həyata keçəcək. Eyni zamanda 5 yanvar 2022-ci il tarixli 0759 saylı məktubumuzla veteranın xahişini ehtiva edən həmin məqalənin dərc olunduğu qəzet nüsxəsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərmişdik.
Nəhayət ki, ƏƏSMN-nin Sosial Xidmətlər Agentliyindən redaksiyamıza cavab məktubu gəlib. Agentliyin İdarə Heyətinin sədr müavini Zaur İbrahimov həmin məktubda I və II Qarabağ müharibələri və Çernobıl əlillərinin, şəhid ailələrinin, gözdən əlillərin, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum xüsusi təhsil müəssisələri məzunlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair Prezident sərəncamlarını tarixinə və nömrəsinə qədər dəqiqliklə xatırlamış və qeyd etmişdir ki, Əfqanıstan ərazisində beynəlmiləl borcunbu yerinə yetirdiyinə görə müharibə veteranı adı almış şəxslər həmin sərəncamlarla əhatə olunun imtiyazlı kateqoriyadan hesab edilmədiyindən, Mehrəli Əliyevin sosial-məişət şəraitinin yaxşılaşdırılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətləri xaricindədir.
Əlbəttə, Nazirlik yetkilisi həmin sərəncamların uzun siyahısını sadalamaya da bilərdi və bir cümlə ilə cavab verə bilərdi ki, Əfqanıstan müharibəsi veteranlarının mənzillə təmin olunmasına dair Prezident Sərəncamı yoxdur. Niyə yoxdur? Məsələni kim qaldırmalıdır? Yad ölkədə müharibəyə göndərilmək onların günahı idimi? Əcəba Böyük Vətən müharibəsi iştirakçıları xarici ölkələrin torpağına ayaq basmayıblarmı? Azərbaycanlılardan ibarət 416-cı Taqanroq diviziyası Berlinə gedib çıxmamışdımı? Elə isə nəyə görə ayrı-seçkilik edilir? Bu suallar cavabını gözləyir.
Nədənsə cənab Z.İbrahimov məktubunda Əfqanıstan müharibəsi veteranlarının havayı da olmasa, güzəştli mənzil əldə etmək hüququnun olmasını xatırlatmamışdır. Məsələn, Yasamal Rayon İcra Hakimiyyəti internet resurslarında açıq mənbədə güzəştli mənzil növbəsində qeydiyyata alınmış Əfqanıstan müharibəsi veteranlarının adlarını göstərib: Mürsəlbəyov Samir Kamal oğlu, Musayev İlqar İlyas oğlu, Sadıxov Samir Rəsul oğlu, Ağayev Seyidağa Mirdamət oğlu, Rəsulov Rəsul Kamal oğlu, Axundzadə Eyyub İsmayıl oğlu... Amma fərqli olaraq nədənsə Sumqayıt ŞİH belə bir siyahı sərgiləməyib.
Müraciətimizə cavab yazmış digər instansiya – Müdafiə Nazirliyinin Mənzil İstismar Sahəsi isə redaksiyamıza ünvanladığı məktubunda dövlət başçısının 28 dekabr 2011-ci il tarixli 569 saylı Fərmanını xatırlatmış və qeyd etmişdir ki, həmin Fərman Azərbaycan Ordusu sıralarında 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatını nəzərdə tutur. Mehrəli Əliyev isə az xidmət edib.
Elsevən Gözəldərəli

OXŞAR XƏBƏRLƏR
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…