Azərbaycan İdeyası

Sumqayıtda torpaq mübahisəsi: Ədalət 3 ilə 5-i ayırd edə bilməyən hakimlərin əlində əsir qalıb

Tarix:25-04-2022, 18:05
Baxış Sayı:53

Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istıfadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfmdən tanman və qorunan hüququdur.
Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasm, yaxud hüquqdan sui-istifadə olmasın.
Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakmı geri tələb edə bilər. Azərbaycan Respublikasında torpaqların özbaşma tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşma tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aıdiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğularm sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fıziki şəxslər tərəfındən və ya onların hesabma həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfındən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır.
Ancaq burası Azərbaycandır. Bu ölkədə insan və vətəndaş hüquqları pozulur və qanunlar, Konstitusiya müddəaları özünü şah sayan məmurların ayaqları altında tapdalanır.
Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 23A/38 ünvanda yaşayan Axundova Səadət Güləhməd qızı da Azərbaqycanda “qanunun şahlığına” inanırdı. Amma bu inamı özünü doğrultmadı. O, “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edərək, atasından ona miras qalmış torpaq sahəsinin Sumqayıt bələdiyyəsi tərəfindən qeyri-qanuni olaraq başqa şəxslərə satıldığını, mübahisənin həlli üçün üz tutduğu məhkəmələrdə isə ədalətsizliklə qarşılaşdığını bildirmişdir.
Səadət Axundovanın yazdıqlarından və müraciətinə qoşma etdiyi sənədlərdən məlum olur ki, 11 iyun 1965 - ci il tarixdə “bağ evinin tikintisi məqsədilə” onun atası Nurməmmədov Güləhməd Məmməd oğluna işlədiyi Kərpic Zavodunun qərarı ilə 12 saylı Protokol əsasında Novxanı bağlar sahəsindən 0,25 ha bağ torpaq sahəsi ayrılıb və Güləhməd Nurmənmədov 02 avqust 1993-cü il tarixdə vəfat etmişdir. Güləhməd Nurməmmədovun ölümündən sonra qızı Axundova Səadət Güləhməd qızı notariat kontoruna müraciət edərək, mərhum atası Güləhməd Nurməmmədovun vərəsəsi kimi tanınıb və notariat orqanı 18 oktyabr 2016-cı il tarixli məktubla Reyestr Xidmətinə müraciət edərək, mərhum Güləhməd Nurməmmədovun miras qalmış Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 0,25 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin verilməsini xahiş etmişdir.
Bundan sonra Səadət Axundova ərizə ilə məhkəməyə müraciət edərək, Novxanı bağlar sahəsində torpaq sahəsinin ayrılmasına dair 11 iyun 1965-ci il tarixli, 12 saylı protokolda qeyd edilmiş Nurməmmədov Gülün, atası Nurməmmədov Güləhməd Məmməd oğlu ilə eyni şəxs olması faktınm müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş və Sumqayıt şəhər məhkəməsinin 27 aprel 2016-cı il tarixli qətnaməsi ilə ərizə təmin edilərək, “Nurməmmədov Gül Məmçəd oğluna Novxanı bağlar massivində 0,25 ha bağ sahəsinin ayrılmasına dair 11 iyun 1965-ci il tarixli, 12 saylı Protokolun ərizəçi Axundova Səadət Güləhməd qızının atası Nurməmədov Güləhməd Məmməd oğluna məxsus olması faktı müəyyən edilmişdir.
Eyni zamanda Sumqayıt şəhər məhkəməsinin 15 avqust 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı Axundova Səadət Güləhməd qızının cavabdeh Sumqayıt Notariat Kontoruna qarşı “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması” barədə iddiası təmin edilərək, iddiaçı Axundova Səadət Güləhməd qızına atası Nurməmmədov Güləhməd Məmməd oğlundan miras qalmış Novxanı bağlar massivində olan mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması qət edilib.
Ən əsası isə 11 iyun 1965-cı il tarixli, 12 saylı protokolla Novxanı bağları (“Qurd dərəsi”) ərazisində ayrılmış iyirmi beş sot bağ torpaq sahəsi Nurməmmədov Güləhməd Məmməd oğluna təhvil verilmiş və Nurməmmədov Güləhməd Məmməd oğlu tərəfindən həmin bağ sahəsində, hal-hazırda mövcud olan bir otaqlı taxta ev tikdirilmişdir. Nurməmmədov Güləhməd Məmməd oğlu və övladları həmin bağ sahəsindən istifadə etmişlər.
Eləcə də, qeyd olunan mərhum G.Nurməmmədova məxsus bağ sahəsinin qonşu torpaqları 11 iyun 1965-ci il tarixli, 12 saylı protokolda adları qeyd edilmiş digər şəxslərə paylanmışdır. Belə ki, həmin ərazilər Səadət Axundovanın atasının işlədiyi Sumqayıt kərpiç zavodunun işçilərinə ayrılmış torpaqlardır və həmin ərazi Novxanı (Qurd dərəsi) ərazisidir. Səadət Axundova bağ sahəsini qanuni əsaslarla əldə etmiş və bu hal ona verilmiş arxıv arayışı ilə təsdiq edilmişdir.
2018-ci ilin avqust ayında Axundova Səadət Güləhməd qızı cavabdehlər Sumqayıt bələdiyyəsi, Məhərrəmova Vüsalə Möhübbət qızı, Məhərrəmova Şərqiyə Əbdüləli qızı, Məhərrəmova Aza Aleksandrovna və Məhərrəmov Aydın Möhübbət oğlunaq qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hazırda Məhərrəmovların istifadəsində olan bağ sahələrinin Sumqayıt şəhər kərpic zavodunda işləməsi ilə əlaqədar mərhum atası Güləhməd Məmməd oğlunun istifadəsinə verilməsini və orada onun tərəfindən taxtadan bağ evinin inşa edilməsini, atasının ölümündən sonra uzun müddət bağ sahəsinə getməməsini, atasından miras qalmış əmlaka vərəsəlik hüquqlarını rəsmiləşdirmək istəyərkən atasına məxsus bağ sahəsinin dörd nəfərin arasında bölünməsinin ona məlum olmasını əsas göstərməklə cavabdehlərlə bağlanmış icarə müqavilələrinin etibarsız hesab edilməsi və bağ sahəsinin boşaldılaraq ona təhvil verilməsini xahiş etmişdir.
Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8215/2018 saylı, 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (İ.M.Mahmudov) iddia tələbi rədd edilmişdir.
İş üzrə iddiaçı Axundova Səadət Güləhməd qızı apellyasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən və onun mülkiyyət hüququnun pozulmaqla çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105) – 1315/2019 saylı, 25 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.R.Abasov (sədrlik edən və məruzəçi), A.Ə.Abbasov və T.Q.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər məhkəməsinin 2(060)-8215/2018 saylı, 16 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
İş üzrə iddiaçı Axundova Səadət Güləhməd qızı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6524/2019 saylı, 31 oktyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər Ə.A.Əhmədov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və İ.K.Dəmirov) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105) – 1315/2019 saylı, 25 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
İşə təkrar apellyasiya qaydasında baxan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105) – 113/2021 saylı, 11 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər L.M.Məmmədova (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və T.O.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər məhkəməsinin 2(060)-8215/2018 saylı, 16 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
İş üzrə iddiaçı Axundova Səadət Güləhməd qızı kassasiya şikayəti verərək atasından miras qalmış bağ sahəsinin qanunsuz olaraq cavabdehlərin istifadəsinə və mülkiyyətinə verilməsini, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
Ali Məhkəmənin Mülki Kollegiyası 2 (102) - 7034/2021 saylı, 15 dekabr 2021-ci il tarixli Qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2 (105) – 113/2021 saylı, 11 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Göstərilməsi zəruridir ki, cavabdehlər Məhərrəmov Aydın Möhübbət oğlu ilə bağlanmış 05.03,1993-cü il tarixli, 12821 saylı və Məhərrəmova Vüsalə Möhübbət qızı ilə bağlanmış 24.04.1995-ci il tarixli, 2764 saylı müqavilələrinin Arxiv Arayışı yoxdur.
Cavabdehlərin torpaq sahələrinə dair Arxiv arayışının olmaması səbəbindən həmin bağ sahələrinin Saray bağlar massivinə aid olması müəyyən edilməmişdir.
Bundan əlavə, Sumqayıt şəhər keçmiş Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Bağ sahələrinin verilməsi üzrə komissiyasının 14.08.1991-ci il tarixli qərarı və keçmiş Bağ Təsərrüfatı İdarəsi ilə bağlanılmış 05.03.1993-cü il tarixli, 12820 saylı icarə müqaviləsi əsasında 3945 nömrəli bağ Məhərəmov Fərrux Fərman oğlunun istifadəsinə verilmişdir. Məhərəmov Fərrux Fərman oğlu vəfat etdikdən sonra isə “Saray” bağları ərazisində yerləşən sahəsi 0.10 ha olan 3945 saylı bağ torpaq sahəsinə dair Məhərəmov Fərrux Fərman oğlunun həyat yoldaşı ilə Sumqayıt Bələdiyyəsi arasında 28 dekabr 2005-ci il tarixli, 3495 saylı icarə müqaviləsi bağlanmışdır.
S.Axundovanın fikrincə, məhkəmənin nəzərə almalı idi ki, Azərbaycan Respublikası Prezidentnin 2186 nömrəli Sərəncamı ilə Bağlar Təsərrüfatı İnkişafı və İstismarı Birliyinin fəaliyyəti 22.05.2007-ci il tarixdə ləğv edilmişdir. Baglar Təsərrüfatı İnkişafı və İstismarı Birliyinin fəalyyəti ləgv edilənə qədər Abseronda yerləşən bütün bağ sahələri Bağlar Təsərrüfatı İnkisafı və İstismarı Birliyinin balansında olmus və vətəndaslarla icarə müqaviləsini bağlamaq səlahyyəti Baglar Təsərrüfatı İnkişafı və İstismarı Birliyinə aid olub və Bələdiyyələrin vətəndasların istifadəsində olan bağ sahələrindən yalnız torpaq və əmlak vergisini yıgmaq səlahiyyəti var idi. Bağlar Təsərrüfatı İnkişafı və İstismarı Birliyinin müqavilələrinin 7-ci bəndinin “D” abzasında icarədarın ölümündən sonra onun ailə üzvlərinin biri ilə müqavilə bağlanması qeyd edilmişdir və həqiqətən belə bir müqavilənin Novxanı bağlar massivinə aid olması mövcud idisə, Məhərrəmova Aza Aleksandrovnanın Sumqayıt Bələdiyyəsi ilə icarə müqaviləsi bağlamasına ehtiyac yox idi. Sumqayıt Bələdiyyəsinin 28.12.2005-ci il tarixdə, Yeni il ərəfəsində, tez-tələsik cavabdeh Məhərrəmova Aza Aleksandrovna ilə bağladığı 3495 saylı icarə müqaviləsi qanunsuz hesab olunmalıdır.
Sumqayıt Bələdiyyəsi tərəfındən təqdim olunmuş sənədlərdən görünür ki, mübahisələndirilən “Saray” bağları ərazisində yerləşən 3943 və 3943 “B” saylı bağ torpaq sahələri əvvəllər sahəsi 0.18 ha olan vahid bağ torpaq sahəsi şəklində Məmmədov Çingiz Mürsəl oğlunun icarəsində olmuş, o, vəfat etdikdən sonra həmin bağ torpaq sahəsi keçmiş Bağ Təsərrüfatı İdarəsi ilə bağlanılmış 26 fevral 1990-cı il tarixli, 7237 saylı torpaq icarə müqaviləsi əsasında mərhumun həyat yoldaşı Məmmədova Gülxamm Ağahüseyn qızının icarəsinə verilmişdir. Həmin müqavilənin də Arxiv Arayışı olmaması səbəbindən həmin bağ sahələrinin Saray bağlar massivinə aid olması müəyyən edilməmişdir. Hal-hazırda bu bag sahəsinin ümumi ərazisi 0.4350 ha təşkil edir. 0.18 ha hissəyə əlavə olunmuş 0.25 ha hissəsi iddiaçı Axundova Səadət Güləhməd qızının mərhum atası Nurməmmədov Güləhməd Məmməd oğlundan mıras qalmış bağ sahəsidir. Məmmədov Çingiz Mürsəl oğlunun həyat yoldaşı Məmmədova Gülxanım Ağahüseyn qızı öz növbəsində ailə üzvləri ilə birlikdə 1995-ci ilin aprel ayında keçmiş Bağlar Təsərrüfatı İnkişafı və İstismarı Birliyinə notarial qaydada təsdiqlənmiş ərizələrlə müraciət edərək qeyd olunan bağ sahəsindən imtina etdiklərini bildirmişdir. Ədliyyə Nazirliyiin Notariat İdarəsinin Arxivində belə bir razılıq ərizəsinin olub - olmaması müəyyən edilməmişdir.
1995-ci ilin aprel ayında Məhərrəmova Vüsalə Möhübbət qızının və Məhərrəmova Şərqiyyə Əbdüləli qızınm adlarına keçirilmiş icarə müqavilələrinin də Arxiv Arayışları təqdim edilməmişdir.
Həmçinin qeyd olunmalıdır ki, keçmiş Bağlar Təsərrüfatı İnkişafı və İstismarı Birliyi tərəfindən vətəndaşlara bağ sahələri 0.25 ha və ya 0.12 ha ölçülərdə icarəyə verilirdi. Sumqayıt şəhər İK bağ sahələrinin verilməsi üzrə komissiyanın 24.04.1995-ci il tarixli, 10 saylı qərarının Arxiv Arayışının olmaması səbəbindən Sumqayıt şəhəri, Saray bağları ərazisində yerləşən, sahəsi 0,09 ha olan, 3943 “B” saylı bağ sahəsinin Məhərrəmova Vüsalə Möhübbət qızına verilməsinə dair 2764 saylı müqavilənin saxta olmasına şübhələr var.
S.Axundova bildirir ki, mübahisələndirilən 3943 saylı bağ sahəsinin ümumi ərazisi 0.25 ha təşkil edir. Həmin bağ sahəsinin Şimal istiqamətində, 120 metr aralıgında yerləsən 3954 nömrəli bağ Novxanı baglar sahəsi kimi Dövlət Reyesrində Qeydiyyatdan keçmis və Qərb istiqamətində, 70 metr aralıda yerləşən 3942 J nömrəli və 3942 “P” nömrəli bag sahələri də Novxanı baglar massivi kimi Pövlət Reyesrində Qeydiyyatdan keçmişdir. Həmçinin «Azərişıq» ASC-nin 08.03.2019-cu il tarixli bildirişinə əsasən, 2081003919M1 nömrəli sayğac, 290530800501771 nömrəli abonent kodu Axundova Səadət Güləhməd qızının mərhum atası Məmmədov Güləhməd Məmməd oğlunun adınadır. Həmin bildirişdə ünvan Novxanı bağlar (Qurd Dərəsi) kimi qeyd edilmişdir. 290530800501771 nömrəli abonent kodunun sonradan hansı əsaslarla başqa bir abonentin adma dəyişdirilməsi müəyyən edilməmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli Sərəncamı ilə Bağlar Təsərrüfatı İnkişafı və İstismarı Birliyinin fəaliyyəti 22.05.2007-ci il tarixdə ləğv edildikdən sonra birliyin bütün Arxiv sənədləri ƏMDK yanmda DƏDRX-yə təhvil verilmişdir və ƏMDK yanında DƏDRX Bağlar Təsərrüfatı İnkişafı və İstismarı Birliyinin hüquqi varisi deyil, yalnız Arxiv daşıyıcısıdır. 3943 nömrə li bağ sahəsi Sabunçu rayonu, Ləhiş bağları massivində, Suraxanı rayonu, Hövsan bağlar massivində və sair kimi massivlərdə oldıığu səbəbindən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında ƏMDX yanmda DƏDRX-nə “Novxanı” və “Saray” bağlar massivinin «sxematik xəritəsi»nin surətlərinin verilməsi üçün vəkil sorğusu verilmiş, lakin sorğu bu günə kimi cavablandırılmamışdır. Apellyasiya məhkəməsi isə sorğu göndərməkdən imtina etmişdir.
Apellyasiya instansiyası məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, ekspert rəyindən görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin cavabdehlər tərəfındən zəbt edilməsi müəyyən olunmur. İş materiallarında AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi Idarəsindən daxil olmuş 12.03.2021-ci il tarixli məktubdan göriinür ki, Nurməmmədov Güləhməd Məmməd oğlunun adına dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.
Müəyyən edilmişdir ki, iddiaçının mərhum atasına torpaq sahəsi Sumqayıt şəhəri, “Novxanı” bağlar massivində ayrılmışdır. Cavabdehlərə məxsus torpaq sahələri isə Sumqayıt şəhəri “Saray ”bağlar massivində yerləşir.
Halbuki, cavabdehlərin istifadəsində olan bag torpaq sahəsinin, qonşu bağ torpaqları Novxanı ərazisi olaraq dövlət qeydiyyatından keçmiş və məhz 11 iyun 1965-ci ii tarixli, 12 saylı protokolla Sumqayıt Kərpic Zavodunun işçilərinə ayrılmış bag torpaq sahələridir. Bu halın təsdiq edilməsi üçün S.Axundovanın və vəkili Asif Mədətovun məhkəməyə təqdim etdikləri vəsatətləri təmin olunmamış, qonşu şahidlər dindirilməmiş və nəticədə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən həqiqətə nail olunmayan qətnamə qət olunmusdur.
Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında apellyasiya şikayətinin təmin edilməməsinə, qətnamənin dəyişdirilmədən saxlanılması nəticəsinə gəlməsi qeyd olunmuşdur ki, bu da öz növbəsində səhv qətnamənin çıxarılması ilə nəticələnmişdir. Beləliklə, AR MPM-nin 307-310-cu maddələri ilə ərizəçi bu işin predmetini təşkil edən hüquqi faktın müəyyən edliməsini hazırda yalnız məhkəmə yolu ilə həyata keçirə bilər. Həmçinin məhkəmə sübutları AR MPM-nin 88-ci maddəsinə uyğun olmayan
qaydada qiymətləndirmiş və bu maddənin də pozuntusuna yol vermışdir. Bu hallar düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir.
AR MPM-nin 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edılmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilərdi. Amma...
***
Amma burası Azərbaycandır. Bu ölkədə insan və vətəndaş hüquqları pozulur və qanunlar, Konstitusiya müddəaları özünü şah sayan məmurların ayaqları altında tapdalanır. Sonda haqqında söz açdığımız məhkəmə adına rəzalət prosesindən maraqlı bir detalın altını cızmağa dəyər: S.Axundova xatırlayır ki, iclasların birində hakimin diqqətini çəkişməsi gedən bağ sahələrinin nömrəsini əks etdirən 3943 və 3945 rəqəmlərinin fərqinə yönəltməyə cəhd edib: “Lakin aşkar surətdə “3” ilə “5”-i ayırd edə bilməyən hakim məni zaldan qovdu”.
Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…