Azərbaycan İdeyası

KİRAYƏNİŞİNLƏ EV MÜLKİYYƏTÇİSİNİN MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ "APELLYASİYA MÖCÜZƏSİ"

Tarix:17-01-2017, 15:32
Baxış Sayı:612


Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinin tələbinə görə, yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq, və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə, sərəncam vermək hüquqlarını həyata keçirir. Mülki Məcəllənin 152.1-ci maddəsinin tələbinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlak (əşyaya) öz istədiyi kimi sahib olamq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Lakin haqqında söz açacağımız mübahisəli vəziyyətdə evin mülkiyyətçisinin hüququ kirayənişin tərəfindən pozulmuşdur.
Vətəndaş Hacıyeva Rəna Sələtdin qızı redaksiyamıza müraciət edərək, məhkəmə ədalətsizliyindən şikayətlənmişdir. Ərizədə göstərilir: "Biz Hacıyevlər ailəsi - Rəna Sələtdin qızı Hacıyeva, Leyla Sələtdin qızı Hacıyeva, Aydın Sələtdin oğlu Hacıyev mülkiyyətçilərik. Kirayinişinlərimiz Əfəndiyeva Gülşən Ağabəy qızı və oğlu Məmmədov Nicat Vaqif oğlu bizim rəsmi icazəmiz olmadan qeyri-qanuni yolla bizə məxsus evə qeydiyyata düşmüşlər. Qeydiyyat şöbəsinə müraciət etsək də, bizə "yalnız istifadə hüququnun itirilməsi barədə qərar olduğu təqdirdə qeydiyyatdan çıxarıla bilərlər" deyilmişdir. Hazırda kirayənişinlər 6 ildən çoxdur ki, həmin mənzildə yaşamırlar və 2011-ci ildən bu yana kommunal xidmətlərdən istifadə etməyiblər. Həmin vaxtdan etibarən başqa yerdə yaşayıblar. Onların mənzilimizdə qeydiyyatda qalmaları bizim mülkiyyət hüquqlarımıza müdaxilədir".
Hacıyeva yazır ki, mülkiyyət hüquqlarının müdafiəsi və bərpası məqsədilə Nəsimi rayon məhkəməsinə kirayənişinlərin "yaşayış sahəsinə istifadə hüququnun itirilməsi" tələbi ilə müraciət ediblər. Hacıyevlərin mülkiyyət hüquqlarının müdafiəsinə yönəlmiş iddia tələbləri hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən iclasda obyektiv baxılaraq təmin edilmişdir.
Qeyd edək ki, Hacıyevlərə Balababa Məcidov küçəsi-93 ünvandakı ev anaları Zeynalova Solmaz İbrahim qızından miras qalmış, bu barədə onlara Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən "Çıxarış" sənədi verilmişdir. Qarşı tərəf Nəsimi rayon məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin hakimi Raqib Qurbanovun çıxardığı qərar isə Hacıyevləri sözün həqiqi mənasında təəccübləndirmişdir. Qərar əlimizdə olmadığından, həmin sənədin təəccübə səbəb olan nəyi ehtiva etdiyini yaza bilmirik. Xatırladaq ki, "Bütöv Azərbaycan" qəzetinin 16 dekabr 2016-cı il tarixli nəşrində yer alan "Ədalətə ümid edir..." sərlövhəli yazıda hüquqları pozulmuş başqa vətəndaşların da hakim Raqib Qurbanov haqqında giley-güzarlarından söz açılmışdır. Qəzetin növbəti sayında mövzunu davam etdirəcəyik.


OXŞAR XƏBƏRLƏR
Xankəndidə ilk dəfə qəbul imtahanı keçiriləcək - DİM
Xankəndidə ilk dəfə qəbul imtahanı keçiriləcək - DİM
“Aztelekom” yenidən təşkil edilib
“Aztelekom” yenidən təşkil edilib
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
40 gündür axtarılan Aytacın meyiti tapıldı
40 gündür axtarılan Aytacın meyiti tapıldı
İlham Əliyev PKK-nın özünü ləğv etməsinə görə Ərdoğanı TƏBRİK ETDİ - FOTO
İlham Əliyev PKK-nın özünü ləğv etməsinə görə Ərdoğanı TƏBRİK ETDİ - FOTO
PKK-nın başqa şansı qalmamışdı: heç bir şərt, güzəşt ola bilməz, ancaq...
PKK-nın başqa şansı qalmamışdı: heç bir şərt, güzəşt ola bilməz, ancaq...
2025-ci ilin yanvar-mart aylarında Goranboy rayonunda Əmtəə bazarının göstəriciləri
2025-ci ilin yanvar-mart aylarında Goranboy rayonunda Əmtəə bazarının göstəriciləri
PKK özünü ləğv etdi
PKK özünü ləğv etdi