Azərbaycan İdeyası

Qobustan rayon rəhbərliyindən Dövlət Bayrağına hörmətsizlik

Tarix:25-04-2022, 18:09
Baxış Sayı:95

Ölkəmizdə dövlət rəmzlərimizə hörmət və məhəbbət Ulu Öndərin xalqımıza ən böyük əmanətlərindən biridir. Müstəqilliyimizin hər bir atributunun Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilməsi Prezident İlham Əliyevin Bakıda möhtəşəm Bayraq Meydanının yaradılması barədə qərarından qaynaqlanır. İndi ölkənin hər bir bölgəsinin ən uca, ən baxımlı yerində üçrəngli, ay-ulduzlu bayrağımız dalğalanır. Qobustan rayonunun mərkəzində yaradılmış Bayraq Meydanı da sakinlərin ən çox üz tutduqları məkanlardan biri kimi təqdim olunurdu. İki hektar ərazini əhatə edən meydanda ucaldılmış bayraq dirəyinin hündürlüyü 50 metrdir. Bayrağın eni 10, uzunluğu 20 metr olub. Altı ay müddətində inşa olunmuş Bayraq Meydanında geniş abadlıq işləri aparılmışdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü il mayın 1-də Qobustana səfəri çərçivəsində rayon mərkəzindəki parkda Bayraq Meydanında yaradılmış şəraitlə tanış olmuş, tapşırıq və tövsiyələrini vermişdi.
Fikir verdinizsə, bayraqdan yazanda redaksiya olaraq “olunurdu”, “olub” kimi keçmiş zamanı ifadə edən sözlərdən istifadə edirik. Çünki sözügedən dövlət bayrağının dirəyi var, özü yoxdur. Rayon İcra Hakimiyyəti öz inzibati binasının düz qarşısındakı bu böyük naqisliyi aradan qaldırmaq istəmir. Qobustanda ezamiyyətdə olarkən əməkdaşımız yerində çəkilişlər apararaq bir çox başqa utancverici qanunsuzluqlar da aşkarlayıb. Belə ki, RİH-nin binasının yaxınlığındakı yolun altındakı keçid, onun giriş və çıxış hissələri bərbad vəziyyətdədir, üzlük daşlar uçub tökülüb. Keçidin sol çıxış tərəfindəki ağaclıq hissədə şıdırğı inşaat işləri gedir. Ərazi hasara alınıb, təyinatı, kimə məxsusluğu, icazəsinin olub-olmadığı heç usta və fəhlələrə də bəlli olmayan tikinti işlərinin qoyulmuş bünövrələrinin bəzən hətta döngə nöqtələri ağaclarla üst-üstə düşüb. Çox güman ki, hasarlarla əhatələnmiş ərazidəki ağacları məhv edəcəklər. Adının çəkilməsini istəməyən Qobustan şəhər sakini isə dedi ki, bu ərazini RİH başçısı Adil Məmmədov satıb.
Mövzuya qayıdacağıq.
Elsevən Gözəldərəli

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda bank işçiləri ilə bağlı QƏRAR
Azərbaycanda bank işçiləri ilə bağlı QƏRAR
Ağır QƏZA: 5 yaralı var
Ağır QƏZA: 5 yaralı var
Tramp Çinə gedir
Tramp Çinə gedir
Azərbaycanda külək enerjisində TARİXİ REKORD
Azərbaycanda külək enerjisində TARİXİ REKORD
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO
Prezident İlham Əliyev: Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək
Prezident İlham Əliyev: Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək
Prezident İlham Əliyev: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur
Prezident İlham Əliyev: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur
Prezident İlham Əliyev: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik
Prezident İlham Əliyev: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik