Azərbaycan İdeyası

ƏƏSMN: Tutaq ki, nazir müavini Anar Kərimov nazir oldu, nə dəyişəcək?

Tarix:25-07-2022, 11:01
Baxış Sayı:41

ƏƏSMN: Tutaq ki, nazir müavini Anar Kərimov nazir oldu, nə dəyişəcək?
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01.01.2021-ci il tarixinədək qüvvədə olmuş 19.1.7.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası alan müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə (Böyük Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan əlilliyi olan şəxslərə: - I dərəcə əlilliyi olan şəxslərə 110 manat məbləğində; - II dərəcə əlilliyi olan şəxslərə 77 manat məbləğində; - III dərəcə əlilliyi olan şəxslərə 55 manat məbləğində əmək pensiyasının sığorta hissəsinə əlavə ödənilirdi. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 29 dekabr tarixli 240-VIQD nömrəli Qanununun 1.4-cü maddəsinə əsasən Qanunun 19-cu maddəsi, o cümlədən həmin maddə ilə əmnək pensiyalarının üzərinə 2021-ci il yanvarın 1-dək hesablanmış əlavələr 2021-ci il yanvarın 1-dən ləğv edilmiş, nəticədə 130 manat məbləğində yeni Prezident təqaüdləri təsis edilmiş və ya mövcud təqaüdlərlə birləşdirilmişdir.
Onu da qeyd edək ki, 29.12.2020-ci ilədək sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdiriləndə bəzən ƏƏSMN-nin struktur vahidlərində mühasiblər yanlışlıq edərək o vaxtadək qüvvədə olmuş əlavələrə də faiz artımı hesablayırdılar. Əslində bunu vicdanlı yanlışlıq hesab etmək olar. Qanunda dəyişiklik edilməsini zəruri edən səbəblərdən biri də məhz bu oldu.
Lakin artıq ödəmələr geri tələb olunanda təbii ki, vətəndaşlarla dövlətin sosial siyasətini həyata keçirməklə vəzifələndirilmiş hökumət qurumu olan ƏƏSMN arasında anlaşılmazlıqlar yarandı. Nazirlik və onun struktur vahidləri narazı vətəndaşlara izahedici işçi məktublar yazmalı oldular. Bax elə burada ƏƏSMN-nin bəzi vəzifəli şəxslərinin savadsızlıqları üzə çıxdı ki, bu da onsuz da əsəbləri tarıma çəkilmiş, həssas kateqoriyaya aid vətəndaşların çaşqınlıqlarını daha da artırdı. Vəzifəli şəxslərin savadsızlığı, bəlkə də tənbəllikləri özünü onda büruzə verdi ki, müraciət edən vətəndaşlara yazdıqları cavab məktublarında “müharibə əlilləri” ilə “müharibə iştirakçıları sırasından olan əlilliyi olan şəxslər”i ayırmağın son dəırəcə vacibliyinə diqqətlə yanaşmadılar və “müharibə əlili kimi”, “müharibə ilə əlaqədar əlilliyə görə” sözlərindən istifadə etməklə kifayətləndilər. Bunu isə əsla vicdanlı yanlışlıq hesab etmək olmaz.
Nəticə etibarilə kateqoriyaları qeyri – dürüst ifadə edən cavablar alan müharibə iştirakçıları sırasından əlilliyi olan şəxslər də müharibə əlillərinə şamil olunan bu və ya digər güzəşt və imtiyazlara nəyə görə onlara şamil olunmamasını başa düşmürdülər. Kimi Nazirliyi məhkəməyə verir, kimi yuxarı instansiyalara teleqram və məktublar yazaraq səmərəsiz xərclər çəkir, kimi məhkəmələrə çıxaraq boşuna vaxt və enerji sərf edirdi.
Məsələn, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 63, mənzil 151 ünvanda yaşayan Birinci Qarabağ savaşı iştirakçısı, I qrup ümumi əlil Qafarov Vaqif Əli Ağa oğlu da qeyd etdiyimiz savadsız məktublardan çox almışdır. Diqqətimizi çəkən səhvlərə ona yazdıqları məktublarda DSMF Binəqədi rayon şöbəsinin direktor müavini Əminə Seyidzadə 2017-ci ildə, Əmək və Əhalinin Sosila Müdafisəi nazirinin müavini Anar Kərimov 2022-ci ildə yol vermişlər. Təsəvvür edin, müharibədə əlil olmasa da, yaralanaraq ciddi xəsarətlər almış, hazırda I qrup əlil, ahıl yaşlı bir adamın belə səhvlər ucbatından məhkəmələrə, redaksiyalarına üz tutması onun onsuz da qeyri-qənaətbəxş olan səhhətini daha necə məşəqqətlərə məruz qoyur.
Bu gün əhalinin sosial müdafiəyə ehtiyacı olan bəzi təbəqələrinin ƏƏSMN rəhbəri Sahil Babayevdən narazılıqları müşahidə olunur. Sabah yaxşı halda nə olacaq?: S.Babayev görəvdən alınacaq və... bir də görəcəyik ki, nazir yerinə həmin bu Anar Kərimov irəli çəkildi. Vay o günə!

OXŞAR XƏBƏRLƏR
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…