Azərbaycanda insanların ən çox aldadıldığı, dələduzluq əməlləri ilə rastlaşıb ziyan çəkdikləri sahələrdən biri də tikinti sektorudur. Burada zərərçəkən dedikdə yalnız bir almaq istədikləri mənzilə dörd yalançı order satılmış və əli boşda qalmış vətəndaşları nəzərdə tutmuruq. İnşaat işlərinə cəlb olunmuş usta və fəhlələrin, briqadirlərin də zəhmət haqları, özləri alıb gətirdikləri inşaat materiuallarının pulu verilmir. Nəinki qeyri-leqal, “centlmen sövdələşməsi” ilə çalışan, hətta əllərində sənəd-sübutları, müqavilələri olan briqadalar, əmək kollektivləri belə şirkət rəhbərləri tərəfindən aldadılırlar.
İmişli şəhəri, E.İbrahimov küçəsi, ev – 5 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, bina 25 “a”, mənzil 33 ünvanda yaşayan Qaraşov Namiq Yunis oğlu “Korrupsiya və Qanun” qəzetinə ərizə ilə müraciət edərək, qarşılaşdığı problemin KİV-də ictimailəşdirilməsini xahiş etmişdir.
N.Qaraşov bildirir ki, Xətai rayonu, R.Məmmədov küçəsi 26 “a” ünvanda yerləşən binada gördüyü tikinti işlərinin müqabilində alacağı pulu və binanın anbarındakı ona məxsus tikinti materialları mənimsənilib. Dəymiş ziyanın ümumən 210000 (iki yüz on min) manat olduğunu və binanın “Birlik” MTK-ya məxsus olduğunu qeyd edən N.Qaraşovun sözlərinə görə, binanın komendantı Hüseyn adlı şəxslə fasadın təmiri və tam rənglənməsi, yaşayış meydançası və pilləkən qəfəsinin malyar işləri, bütöv su sisteminin çəkilməsi, su hövzəsinin daxili parketlənməsi, izolyasiya işlərinin tam görülməsini danışaraq işə başlamışdır. Qaraşov qeyd edir ki, həmin işlərin görülməsi binanın sakinləri ilə də razılaşdırılıbmış: “Gördüyümüz işlərin haqqı sakinlərdən qalıq borcları yığılmaqla, hər kv/m-ə görə toplanan 25 qəpik kommunal xərclər və tikiləcək mansard mərtəbədən mənzil verməklə ödəniləcəkdi. Qiyməti 227000 (iki yüz iyirmi yeddi min) manat olaraq razılaşdıq. Pulun bir hissəsini iş görüldükcə nağd şəkildə, yerdə qalanını isə mansard mərtəbədən mənzillə ödənilməsini razılaşdıq. Bildirdilər ki, mansard mərtəbə tikilməsə, pul sakinlərdən yığılıb veriləcək. Sakinlərdən bir çoxu həmin söhbətdə iştirak edib. Hətta sakinlər xahiş edirdilər ki, onların blokunda təmir işlərinin keyfiyyətli görülməsinə nəzarət edilsin. Bütün işlərə kompleks başladım. Binanın malyar işi, su işi, su hövzəsinin izolyasiyasını tam, fasadın işinin isə 75 %-ini qurtardım. Bu müddətdə Hüseyn mənə hissə-hissə 25000 (iyirmi beş min) manat civarında pul verdi. Sona yaxın pulu vermədiyi üçün işi qurtara bilmədim, işi saxlayıb pulumu tələb etməyə başladım. O vaxtdan il yarımdır ustalara və material sahiblərinə borcum var. İşin sonuna yaxın Hüseyn başqa tikintiyə getdi və həmin binanı sakinlərdən Fəridə xanıma təhvil verdi. Dəfələrlə kollektivin gözəl işlədiyini Fəridə xanım və bütün sakinlər qeyd edib, dua edirdilər və bildirirdilər ki, pulunuz veriləcək, sayənizdə binamız binaya oxşadı. Fəridə xanım gələndən sonra pulu və anbardakı mənə məxsus olan materialları verməkdən imtina etdi. Məni polislə şantaj, hədə etməyə başladı. Bildirdi ki, onun yüksək vəzifəli tanışları var, ora getsəm, özünü maşının altına atacaq və s. Hüseyn ona təklif etdi ki, sakinlər pul vermir, mansard tikib Namiqin haqqını ödəyək. Dedi “özümü maşının altına ataram, burdan gedin. Sakinlərdən yüz minlərlə manat pul yığıb mənim haqqımı verməyən Fəridə xanım sakinlərdən ibarət qrup yaradıb. Bu yaxınlarda yenə getdim ki, anbardakı mallarımı götürüm. Ona dedim ki, şantajla deyil, anbarda 9-10 min manatlıq malım var, onları götürməliyəm. Fəridə xanım bildirdi ki, malları götürüblər. Halbuki, anbarın açarı onun özündədir. Aldığım məlumata görə, Fəridə xanım malarımı satıb, pulunu mənimsəyib. Hazırda həmin binadan əmlak və pul şəklində 210000 (iki yüz on min) manat alacağım var. Üç ildən artıqdır ki, gördüyüm iş müqabilində pullarımı və materialımı ala bilmirəm. Fəridə xanım faktiki olaraq mənim pullarımla özünə arxa tapıb, hələ mənə hədə-qorxu gəlir. Ümidim dövlətimizə və onun hüquq-mühafizə orqanlarınadır ”.
N.Qaraşovun redaksiyaya göndərdiyi materiala qoşma etdiyi Xətai RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Vlazim Musayevin “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” 28 may 2022-ci il tarixli Qərarından isə görünür ki, təhqiqatçı barəsində şikayət olunan Aslanova Fəridə Baba qızının izahatında dediyi sözlərə (Namiqlə guya işgüzar danışıq aparmadığına, onun anbarda olan malı barədə məlumatsız olduğuna, hətta Namiqin özünün komendant seçilməyə iddia etdiyi barədə dediklərinə) daha çox inanmışdır. Mayor V.Musayev şikayətçinin təklif və təqdim etdiyi sübut kimi xidmət edəcək faktlara heç bir əhəmiyyət vermədən, hətta Namiqin dediyinə görə onu heç Fəridə ilə üzləşdirmədən qərara gəlmişdir ki, şikayətçinin əlində yetərli dəlillər yoxdur.
Onu da qeyd edək ki, yuxarıda qeyd olunanlar N.Qaraşovun üzləşdiyi yeganə haqsızlıq deyil. O, haqqını kəsən başqalarının barəsində də şikayətini redaksiyaya göndərib. Bildirir ki, vətəndaş Əhmədov Bəhruz Cənnət oğlu onun etibarından sui-istifadə edərək, dələduzluq əməli törətməklə ona toplam 54800 (əlli dörd min səkkiz yüz) manat olmaqla külli miqdarda ziyan vurub: “Əhmədov Bəhruz Cənnət oğlunu 20 ildən artıqdır ki, tanıyıram. Əvvəllər birlikdə “Neftçilər” metrosu ətrafında eyni ofisdə fasilələrlə beş ilə yaxın müddətdə ev alqı-satqısı ilə məşğul olmuşuq. Sonradan tikinti sektorunda işlər canlandığı üçün iş icraçısı kimi fəaliyyətə başladım. Bəhruz Əhmədov köhnə işində qalsa da, münasibətlərimiz davam edirdi. Mütəmadi olaraq iş yerimə, yaşadığım məhəlləyə gəlirdi, görüşüb söhbət edirdik. Bir dəfə iş ytoldaşlarımla görüşmək üçün Yasamaldan “Nərimanov” kinoteatrının yanına gəldim. Gördüm ki, Bəhruz iki nəfər tanımadığım şəxslə mübahisə edir. Bəhruz başını tutub əsə-əsə yerə oturdu. Bu zaman məni görüb dedi: “Namiq, mənə kömək elə. Bu şəxsdən işə düzəltmək adı ilə pul almışam. Pulu başqasına vermişəm. İndi bu şəxslər aparıb məni polisə təhvil vermək istəyirlər”. Yaxınlaşıb həmin şəxslərlə də tanış oldum. Qurban və Rasim adlı şəxslər bildirdilər ki, Bəhruz işə düzəltmək adı ilə onlardan 25000 (iyirmi beş min) manat pul alıb. Hər soruşanda sabah-sabaha salır, 6-7 aydır pulumuzu qaytarmır. 2010-cu ilin 3 yanvar günü Bəhruz həmin şəxslərin yanında ağlamsınaraq yalvardı ki, mənə kömək elə, uzağı bir aya pulu verdiyim adamdan alıb qaytaracam. Onun yalanlarına inanaraq ilk dəfə 8000, sonra isə müvafiq olaraq 3500, 3000 və 7500 olmaqla bir ay ərzində ona 22000 manat, sonra da 6350 dollar pul verdim. Həmin şəxslərlə də bir neçə dəfə sonralar görüşdüm. Bəhruz uzun müddət mənə “darıxma, yaxşı olacaq, səndən aldığım bütün pulları qəpiyinəcən qaytaracam” desə də, bu günə qədər də pulumu qaytarmır. Bundan əlavə, həmin vaxt Bəhruza inanırdım. Bir tərəfdən də işlədiyim tikintidə evlər yaxşı satılmırdı. Fəhlələrin pulunu ödəyə bilmirdik. Bu vaxt Bəhruz mənə təklif etdi ki, dostu Eminov Rauf Sirac oğlunun dostuna 3 otaqlı mənzil lazımdır. Satışda 3 otaqlı 108,2 kv/metr mənzilimizin olduğunu bildirdim, Dedi ki, pulun ödənməsi barədə sən tam maliyyə aryışı ver. Bir – iki günə 20000 manat ödəyəcək. Qalan 12800 manatı isə altı ay ərzində ödəyəcək. Beləliklə, “dostumun” bu yalanına da inanıb Bakı şəhəri Neapol küçəsi 26A ünvanında 11/11 mərtəbədə 108,2 kv/metr 3 otaqlı mənzili 2010-cu ildə Nağıyev Şahinin adına sənədləşdirərək tam maliyyə arayışı verdim. Sonradan Bəhruzun bu məsələdə də məni aldatdığını başa düşdüm. Adına mənzil sənədləşdirdiyim şəxsdən pulu niyə vermədiyini soruşanda isə bildirdi ki, Bəhruz və Eminov Rauf Sirac oğlu onu aldadaraq işə düzəltmək adı ilə pul alıblar. Mənzili də onun əvəzinə veriblər. Uzun müddət “bu ayın axırı – gələn ayın əvvəli” deyərək məni aldadan şəxs artıq telefon zəngimə və mesajlarıma da cavab vermir”
N.Qaraşov bildirir ki, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Əhmədov Bəhruz Cənnət oğlu iki epizod üzrə onun 22000 və 32800, toplam 54800 manat pulunu mənimsəyərək maddi ziyan vurmuşdur. Tez-tez telefon nömrələrini dəyişir, artıq onu aldatdığı faktdır.
Bundan başqa, N.Qaraşov Rauf Eminovun başqalarını da aldatdığının şahidi olub: “Həmyerlim Qasımov Rauf və bacanağım Rafiq məni çağırdılar ki, Qasımov Raufun qaynı həbs edilib. Həbs edilən şəxs hərbçi idi. Bildirdilər ki, biz də Eminov Raufla danışmışıq, lazımi admlarla danışıb. 30000 ABŞ dollarına uşağın işini qurtarır. Məni də dəvət etdilər. Mənim iştirakımla 30000 dollar Eminov Raufa verildi. Ona o vaxt inandığım üçün zamin durduğumu bildirdim. Məhkəmə oldu. Gəncə 10 il iş verdilər. Həmin müddətdə onlar mənim iştirakım olmadan dəfələrlə görüşüblər. İş verilən gün Eminov Rauf Rusiyaya qaçdı. Bu zaman Qasımov Rauf, qaynatası və kiçik qaynı bizə evə gəldilər. Pulu tələb etdilər. Həm də deilər ki, birlikdə gedək Gəncəyə, apellyasiya məhkəməsindən özümüzü qurtaracağıq. Gəncədə mənə dedilər ki, Eminov Raufa zəng elə, danışaq. Eminov Raufa zəng edib telefonu mikrofona qoydum. Eminov Rauf dedi ki, “100000 də istəsələr verin, uşağı qurtarın, mən ödəyəcəyəm, indi vəziyyətim düzəlir”. Onlar da məndən tələb etdilər ki, uşağı qurtarmalıyıq. 10 gün ərzində 12500 ABŞ dolları nağd verdim. 2500 dollar isə xırda-xırda əlavə xərclərə. Bundan əlavə, Yeni Yasamalda “Tağıyev” MTK – da mənə məxsus 1 otaqlı 64 kv/metr sahəsi və 25600 dollar dəyəri olan mənzil verdim. Qasımov Rauf özü dedi ki, “həmin mənzili təcili 19500 dollara Qubadan olan Rauf adlı şəxsə satmışam”. Bundan əlavə, mənə məxsus olan Gəncə prospekti “Folklor” MTK-da 1-ci mərtəbədə 60 kv/metr sahəsi, 48000 dollar qiyməti olan qeyri-yaşayış sahəsini girov qoydular, 12500 dollar götürdülər. 5 ay ərzində 1450 dollar faiz ödədim. Sonra obyekti batırdılar. Halbuki, pul veriləndən 1 ay sonra apellyasiya məhkəməsi işə baxaraq qüvvədə saxlayıbmış. Enminov Rauf hər dəfə məni aldadaraq pulu və mənzilləri qaytaracağını bildirir. Axırıncı dəfə ötən ilin sentyabr ayuında danışmışam. “Yaxın günlərdə sənə 50000 dollar göndərəcəm” dedi. İndi nömrəsini dəyişib, zəng də çatmır. Eminov Rauf Sirac oğlu o gündən bu günə qədər də mənə məxsus mənzilləri və pulu qaytarmır. Hesablarıma görə, mənə dəyən ziyan 90000 ABŞ dolları və 32800 manatdır”.
N.Qaraşovun zaval gördüyü və dələduz hesab elədiyi şəxslərdən biri də Ağdaş rayonunun Pirəzə kəndindən olan İsayev Zaur Malik oğludur. Yazır ki, Zaurla tikinti sahəsində çalışan ortaq dostlarının vasitəsilə 2015-ci ildə tanış olublar: “Tanışlıqdan 10-15 gün sonra mənə buldirdi ki, Mehdiabadda 2 blok, 3 mərtəbəli, üstəgəl, 1 mansard mərtəbəli bina tikib. Təmir işləri qalmışdı deyə razılaşdıq ki, 2 blokun fasad suvağı, binanın rənglənməsi, fasad pəncərə və qapılarının aqlay daşlarla işlənməsini mən edim. 07.02.2015-ci ildə müqavilə də bağladıq. Bütün materiallar məndən olmaqla, qiyməti 40000 manata razılaşdıq. İşə başladım. 3 mərtəbədə 20-25 sm əyrilik var idi. Buna görə qum, sement hədsiz çox işlənirdi. Əvvəl yüngül düzəldilməsini xahiş etmişdi. İşin gedişində tam düzəldilməsini, əyrinin itirilməsini tələb etdi. Təbii ki, bunu da etdik. Fevral ayında qış çox soyuq idi. Suvaq həm çətin vurulurdu, həm də gec quruyurdu. FHN binanın sənədləri olmadığı üçün işi tez-tez saxlayırdı. Ona görə 2-ci blokun işini görmək mümkün olmadı. 1-ci blokun işini isə qapı-pəncərənin aqlayı, mata və astarı vuruldu, binanı ağartdım. Emusiya ilə rəngləndi. FHN işi tamamən saxladı. Bu işin müqabilində İsayev Zaur Malik oğlu mənə 2 otaqlı, 2 blok, 2-ci mərtəbədə 70 kv/metr mənzil verməli idi. Mənzilin hər kv/metri 570 manatdan hesab olunmaqla qiyməıti 40000 manat idi. Ona görə də mənzili mənə təqdim etdiyim Novruzov Balasər Balarəhim oğlunun adına sənədləşdirdi. FHN işi tamam saxlayanda 2 maşın qum, 60 kisə 50 kq-lıq sement (3 ton), 4 vedrə emusiya, 2 vedrə astar binanın həyətində qaldı. Sənədləşmə problemini həll edəndən sonra işləyəcəkdim. Bu dəfə FHN tərəfindən işin saxlanması çox uzun çəkdi. Bir də onad xəbər tutdum ki, binanı başqa adamlar işləyir. Zaurdan soruşdum ki, “bəs axı demişdin, sənə verəcəm işi tamamla?” Dedi ki, başqa adamlara vermişəm. Mənə qarşı işlədiyim müddətdə heç bir iradı-filan da yox idi. Həmin vaxtra qədər gördüyüm işin qiyməti 15000 manat idi. Sonra mən ondan pulumu tələb etməyə başladım. Dedim ki, “40000 manatlıq evini qaytarım, mənim 15000 manatımı ver, mən sənə ev satan deyiləm”. Bu vaxt mənə 3000 manat pul verdi. Bildirdi ki, “sənə verdiyim mənzilə müştəri tapb satınm və sənin pulunun qalığını da verəcəm. Həmin vaxtdan başladı məni aldatmağa. Dəfələrlə görüşsək də, heç bir xeyri olmadı. Bir dəfə kiçik qardaşını göndərib dedi: “Gedin, oturub birlikdə ölçüb-biçin, pulu verəcəm”. Qardaşı ilə oturub hesabladıq, 12500 manat pul qaldı. Hətta mənə verdiyi mənzili satmaq üçün müştəri apardım. Məlum oldu ki, həmin mənzili başqasına “satıb”. Mənim əlimdəki sənəd isə “dvoynik” imiş. İndi bu adamın məni necə aldatdığını başa düşdüm. İkili sənədlə ev tikib satır. Fəhlənin, ustanın, materialın pulunu isə vermir, hamını aldadır.. Buna görə şikayət edəcəyimi deyəndən sonra isə gah deytir “mansardı satıb verəcəm”, gah deyir “zirzəmini satıb verəcəm”. Hər ikisini də satdığını öyrəndim. Sonra dedi “meyvə bağım var, meyvəsini satıb verəcəm”. Meyvə sezonu da keçdi, amma İsayev Zaur Malik oğlunun yalanları bitmədi”.
N.Qaraşov özü, həyat yoldaşı və iki uşağı ilə kirayədə yaşadığını və kirayə haqqını ödəyə bilmədiyini, intihar həddinə çatdığını yazır: “Yazəılanlatrın hamısını sübut etmək üçün mötəbər sübutlarım və şahidlərim var. Cinayət işləri başlanarsa, hamısını bir – bir hüquq-mühafizə orqanlarına təqdim etməyə hazıram. Bu haqda Respublika Prokurorluğuna, Daxili İşlər Nazirliyinə müraciət etmişəm. Hazırda Xətai Rayon Polis İdarəsində işə baxılır”.
“Korrupsiya və Qanun”