Azərbaycan İdeyası

Cavab tapa bilmirəm (Alı Nofəl oğlu Həsənlinin xatirəsinə)

Tarix:25-07-2022, 11:45
Baxış Sayı:161

Şəhid Alı Həsənlinin atası Nohəl müəllimin könlünün səssiz fəryadına ithaf edirəm
Dərdinin dərmanı
Bir ata tanıdım, məğrur, dözümlü,
Ovuda bilmədim onun könlünü.
Bitirə bilmədim o son sözümü,
Soruşdum mən ondan: ata, necəsən?
///
"Gündüzü olmayan günəşi sönmüş.
Yaşayan ölüyəm dünyadan köçmüş.
Elə bil Tanrının üzü də dönmüş.
Sanki bir gecəyəm qara bürünmüş "
....
Bir ağır yük alıb çiyinlərinə,
Yer tapa bilməyir ata özünə.
Söz deyə bilmədi, kövrək qəlbinə,
Köksündə sızlayan oğul dərdinə.

Hiss etdim qəlbinin yanğı odunu,
Ürəyi kövrəlmiş sözlə doluydu.
Ürək hökm eylədi, dedi ki, gözlə.
Atanı dinlədim mən də diqqətlə.
Könlünün harayı, əsla bitmədi,
Sanki uca göydən imdad istədi.
Danışmaq istədi oğlu Alıdan
Gözünə pay aldı qəm karvanından.
Nə dərdi bitəndi, nə sözün sonu,
Danışdı, dinlədim yenidən onu.
///
- Dünyada yaşayan sanki ölüyəm,
Dərmanım Alıdı, mən xəstəsiyəm.
Dərdimin dərmanın çağırın gəlsin,
Yaramın üstünə məlhəmin çəksin.
////
İtirdim mən Alı adlı balamı,
Cəbrayılda ölüb şəhid qalanı.
Qayıtmayıb, qaytardılar torpağı.
Xarıbülbül vətəni Qarabağı.
///
Yurdumuzda torpağın haqq davası
Könlümüzdə açdı oğul yarası.
Ay - ulduzlu gözəl parlaq sancağı,
Sərdik üzərinə deyərək ağı
Məzarın üstünün o bəzəyidir.
Şəhidlik zirvəndə o əbədidir.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda bank işçiləri ilə bağlı QƏRAR
Azərbaycanda bank işçiləri ilə bağlı QƏRAR
Ağır QƏZA: 5 yaralı var
Ağır QƏZA: 5 yaralı var
Tramp Çinə gedir
Tramp Çinə gedir
Azərbaycanda külək enerjisində TARİXİ REKORD
Azərbaycanda külək enerjisində TARİXİ REKORD
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO
Prezident İlham Əliyev: Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək
Prezident İlham Əliyev: Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək
Prezident İlham Əliyev: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur
Prezident İlham Əliyev: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur
Prezident İlham Əliyev: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik
Prezident İlham Əliyev: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik