Azərbaycan İdeyası

KƏNDİMİZİN GÜNƏŞİ

Tarix:22-01-2020, 14:56
Baxış Sayı:114

1980 - ci il, instituta qəbul olunmuşam, kəndimizi tərk edirəm, uzaq səfərə yola düşürəm, tanımadığım uzaq bir şəhərə, Leninqrada gedirəm...
Əvvəlcə evimizin arxasına keçib Kürlə vidalaşıram. Uşaqlıqda çimməkdən doymadığım, palçıq - palçıq oynadığım, o üzünə bu üzünə üzüb keçdiyim Kürümlə...
Evimizin arxasında zəncirə bağlanmış itimizə yaxınlaşıram, itimizə yeməyi mən verərdim, amma yemək verilən vaxt deyildi, itimiz məni görcək düz gözümün içinə baxdı, qulağının birini sallyaraq, mənalı baxışlarla düz gözümün içinə baxırdı, sonra ayaqlarını yerə sürtərək həzin bir səslə zingildədi, çevrilib gedəndə arxamca acizanə səslə hürdü, sanki o da hiss etmişdi ki yeməyi ona verən bəlkə də olmadı...
Həyətimizdəki evimizə baxdım, üzüm çardağımıza, toyuqlarımıza, nar ağaclarımıza, gölgəsində illərlə oturduğum tut ağacına, təndirimizə baxdım. Heyvanlarımızı sığalladım, qurumuş mal təzəyinin qoxusunu aldım, qonşu evlərə boylandım, hamı ilə görüşüb həyətimiz tərk etməyə, yola düşməyə başladım...
Bəndimizdən sağda yerləşən, çox əziyyət çəkdiyim pambıq sahələrinə baxdım, özümün düzəltdiyim futbol meydançısına baxıb köks ötürdüm... uşaqlıq illərim arxada qalmışdı. 17 il sanki bir an kimi gəlib keçmişdi...
Maşın getdikcə gözümü kəndimizdən çəkə bilmirdim, boynumu arxaya çevirərək baxırdım. Kəndimizin Günəşi quruba enirdi... ilahi necə də gözəl idi Günəşim, kəndimin Günəşi !!
Çox qəhərlənmişdim, özümdən asılı olmayaqraq gözümdən yaş axmağa başladı.
Bilmirdim ki həyat nə hazırlayıb mənim üçün, başqa bir həyatın ağuşuna atılırdım...
Onda əmin - amanlıq idi, kaş elə də qalaydım, o 1980 - ci ildə...
Onda torpaqlarımızı, 30 min şəhidimizi itirməmişdik, 1 milyon qaçqınım, köçkünüm yox idi...
1980 - dən 40 ilə yaxın vaxt keçib, bu illərim də sanki bir an kimi gəlib keçib və o keçən günlərimə baxdıqda gülməyim gəlir ki, nə tez keçdi bu 56 il, axı dünənki uşaq idim...
Görəsən bu vətənindən didərgin düşənlərimiz öz ellərinin Günəşindən ötəri darıxmırlar ki ?! Yəqin ki yox, hamımızın başı pul qazanmağa qarışıb, ermənin başı isə Göyçə, Zəngəzur, Vedi, Qarabağ, 7 rayonumuzun günəşini oğurlamağa, söndürməyə qarışıb. Bizim başımız, tv - lərimizdə şoulara, düşük toy senarilərinə qarışıb...
P.S. Sən saç ey günəşim Azəribaycanımıza.
Hamımızın doğma vətənisən, Qurbandı canımız da sana !
...Ayrı - ayrı doğulduq bu dünyada, axır gəlib bir olduq bu dünyada, ey həyat sən nə qəribəsən....

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə-TƏBRİKNAMƏ
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə-TƏBRİKNAMƏ
Avtobuslarda da bank kartı ilə ödəniş edəcəyik
Avtobuslarda da bank kartı ilə ödəniş edəcəyik
Mehdiyevi dövlətə xəyanətə sürükləyən 3-5 milyardlıq sərvəti – “Boz kardinal”ın istintaq sirləri
Mehdiyevi dövlətə xəyanətə sürükləyən 3-5 milyardlıq sərvəti – “Boz kardinal”ın istintaq sirləri
Bəkir Orucovla bağlı QƏRAR
Bəkir Orucovla bağlı QƏRAR
“Turan ordusu” Azərbaycana toplaşır - yeni güc mərkəzi
“Turan ordusu” Azərbaycana toplaşır - yeni güc mərkəzi
Azərbaycanda bu vəzifəli şəxslərə cinayət işi açıldı
Azərbaycanda bu vəzifəli şəxslərə cinayət işi açıldı
Laçında və Zəfər yürüşü keçirilir+FOTO!
Laçında və Zəfər yürüşü keçirilir+FOTO!
“Qarabağ”dan “Çelsi” ilə oyunda qələbə kimi heç-heçə - YENİLƏNİB
“Qarabağ”dan “Çelsi” ilə oyunda qələbə kimi heç-heçə - YENİLƏNİB