– Qayınata əmlakının öz yeznəsi və Eldar Mahmudovun oğlunun dostu tərəfindən qəsb edildiyini deyir
Füzuli rayonundan məcburi köçkün düşmüş, Füzuli rayonu, Zobcuq qəsəbəsi – 1, ev 33 ünvanda yaşayan Kazımov Həşim Musa oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ərizə ilə müraciət edərək, neçə illərdir haqsızlıqiara məruz qaldığını bildirmişdir:
“Yeznəm Səlimov Natiq Şirvan oğlu yaxın dostu Həsənov Manaf Həsən oğlu ilə birləşərək mənim bütün var-dövlətimi 2014-cü ilin dekabr ayından başiayaraq əlimdən alıblar. Belə ki, Füzuli rayon Haramı düzündə ferma təsərüfatım var idi. Təsərüfatda irili-xırdalı təxminən 500 (beş yüz) baş xırdabuynuzlu heyvanlarım vardı, Natiqlə Manaf birlikdə qurğu quraraq elə bir oyun oynadırlar ki, guya həmin heyvanları Həsənov Manaf Həsən oğlunun pulu ilə aimışdım. Halbuki, həmin təsərrüfatı 15 ii ərzində özüm qurmuşam. Təsərrüfatı yaradanda nə yeznəm Səlimov Natiq Şirvan oğlu vardı, nə də onun dostu Həsənov Manaf Həsən oğlu var idi. Onlar necə etdilərsə, işi məqsədli şəkildə Xətai rayon Polis İdarəsində 13 mart 2015-d ildə başlatdılar.
Bu müraciətlərə baxmayaraq, mən hal - hazıra qədər respublikanın bütün distansiyalarına müraciət etməkdən yorulmuşam. 2016-cı ilin iyun ayında İmişli rayonunda, 2017-ci ilin may ayında Beyləqan rayonunda, 2018-ci ilin mart ayının 30- da Ağcabədi rayonunda o vaxtkı baş prokuror Zakir Qaralovun qəbulunda olmuşam, hər dəfə mənim şikayət ərzəmi nəzarətə götürüb. Buna baxmayaraq, Xətai rayon polis idarəsində mənsiz istintaq aparılıb. 2018-ci ilin aprel ayının 30-da baş prokrorluqdan mənə gələn məktub əsasında mən Xətai rayon polis idarəsinə müraciət etdikdən sonra mənə bildirdilər ki, Xətai polis idarəsinin müstəntiqi polis mayoru Yalçın Məmmədov sizın işinizlə məşğuldur. Mən Yalçm Məmmədova müraciət etdikdən sonra həmin cinayətkarları çağırıb mənimlə üzləşdirdi, istintaq zamanı hər iki şəxsə - Natiq və Manafa sübut etdim ki, onlar mənə heç bir manat pul da verməyib. Müstəntiq Yalçın Məmmədov bütün izahatları mənim xeyrimə təsdiq edərək mənə getməyimi məsləhət gördü. Lakin üstündən 6 ay keçəndən sonra mən yenə Yalçın Məmmədova müraciət etdim, mənim işimin nəticəsi barədə mənə məlumat bildirdi ki, burda cinayət xarakterli iş yoxdur. Siz gedə bilərsiz, mən ondan istintaqın gedişi haqqında qərarı tələb etdim, o, 2015-ci ildə Xətai polis idarəsinin xıtam verdiyi köhnə qəraarın surətini kompüterdən çıxararaq mənə verib və dedi: “get, əlin hara qəlbidi, qoy ora, burda cinayət xarakterli iş yoxdur”. Ona görə də mən əvvəldən bilirəm ki, bu iki dələduzun arxasında Akif Çordarov kimi adın bilmədiyim bir general durur, bu işlə əlaqədar olaraq hüquq – mühafizə işçiləri həmin generala görə yalandan arayış verərək, mənim bir milyon manata yaxın dəyərdə malımın mülkümün üstün örtüriər. Mənim göydə Allahım, respublikada Prezidentdən başqa heç kimim yoxdur.
Həmin cinayət işinin başlanmasına əsas səbəb belə göstərilir: 2013-cü ilin may ayından başlayaraq ayrı-ayrılıqda Baks şəhəri, Xətai rayonu “Əhmədli” metrostansiyasının yaxınlığında Füzuli rayon sakini Səlimov Natiq Şirvan oğluna Füzuİi rayonu ərazisində fermer təsərrüfatı yaratmaq üçün 163965 manat Həsənov Manaf Həsən oğlu pul vermiş, Natiq Səlimov həmin pulu fermer təsərrüfatı qurulması üçün qaynatası Kazımov Həşim Musa oğluna (guya mənə) Füzuli rayonuna göndərmişdir.
Göründüyü kimı, heç bir məntiqə sığmayan, olmayan faktlarla bağlı iş başlayıblar. Bu, yeznəm Natiqlə Manafın oyunu olmuşdur. Natiq mənə pul - zad verməyib. Amma istintaqla birləşərək elə oyun qurdular ki, guya Natiq mənə pul vermişdi. 500 baş xırdabuynuzlu heyvanlarım Füzuli polis şöbəsinin müstəntiqi Oruclu Nəsrəddin Nizami oğlunun vasitəsi ilə komissiya təşkii etdirərək Həsənov Manaf Həsən oğluna verildi. Müstəntiq Oruclu Nəsrəddin Manafdan buna görə külli miqdarda rüşvət almışdı. Sonradan da həmin heyvanları Həsənov Manaf heyvanların ardınca Abdullayev Oruc Lətif oğlunu da gətirirdi ki, guya həmin şəxs Daxili İşlər Nazirliyindən onun qohumu olan nazir müavininin xüsusi göstərişi ilə bu işləri həll etmək üçün və Daxili İşlər Nazırliyinın müstəntiqi Abdullayev Oruc Lətif oğlu da Füzulidəki müstəntiq Oruclu Nəsrəddin Nizami oğluna «xod» taparaq bu məsələləri həll etdirmişdir. Halbuki, sonradan mənə məlum oldu ki, Abdullayev Oruc Lətif oğlu heç bir vəzifə sahibi olmamış, sadəcə maşın ustası olmuşdur.
Bildirirəm ki, mənə məxsus heyvanları da saxta arayış əsasında 40000 manata qiymətləndirdilər. Hansı ki, sözü gedən heyvanlarımın dəyəri təxminən 170000 manata yaxın idi. Ondan əlavə, yeznəm Səlimov Natiq oğlum Elmirə məxsus 110000 manatlıq evimi əlindən aldı və satdı. Həmçinin, istintaq zamanı 45000 manatı da notarial qaydada mənə ödətdilər. Manaf oğlumdan iş düzəltmək adi ilə 15600 manat pul aldı və həmin pulu da guya ona olan borcuna sildi. Başqa əlavə xərclərim də çıxıb. Evim, maşınım - hamısı getdi. Məcburi köçkünlərə verilən mənzildə yaşayıram. Sənədi olsaydı, satmağa ixtiyarım olsaydı, onu da mənə satdırardılar. Beləliklə, bütün var-dövlətim əlimdən çıxdı. Həsənov Manaf Həsən oğlu keçmiş MTN naziri Eldar Mahmudovun oğlu ilə yaxın dost olduğunu bildirirdi və ona dəstək verilirdi. Hətta Manafın atası məni telefonda hədələyərək demişdir ki, DİN-nin hansısa müavini onların yaxın qohumudur. Manafla Natiq mənim kimi başqa adamları da bədbəxt ediblər. MTN işindən sonra sakitləşiblər.
Xətai RPİ-nın İstintaq şöbəsinin rəisi Vüqar Əhədovun və müstəntiqlər Rüfət Allacov, Raciv Almazovun qərəzli istintaqı nəticəsində bütün bunlar oldu. İstintaq vaxtı hətta məni də həbs etmişdilər. Lakin, məhkəmə məni həbs etməkdən imtina etdi, həbsdən acıb buraxdı. Qurulmuş senari əsasmda hətta istintaq gedərkən yeznə Natiq Səlimovun barəsində də həbs qətimkan tədbiri seçilmişdir. O, məqsədli şəkildə özü həbsə girmişdi. Az müdətdə həbsdən azad oldu və 13.03.2015-cı ildə Xətai RPİ-də başlanılmış 150110162 saylı cinayət işi Xətai RPİ-nin müstəntiqi Raciv Almazovun 19 dekabr 2015-ci il tarixli qərarı ilə uğursuz kommersiya kimi xitam olundu.
Xətai RPİ-də dəfələrlə mənə təzyiqlər olurdu, ac-susuz qoyurdular, qolumu bağlayıb əziyyət edirdilər. Ümumiyyətlə, olmazın müsibətlər açdılar başıma.
18 fevral 2017-ci il tarixdə Xətai RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi Raciv Almazovun l9 dekabr 2015-ci il tarixli 150110162 saylı cinayət işinin icraatına xitam verilməsi barədə qərarından rəsmi qaydada Baş Prokurora, Daxili İşfər Nazirinə, Bakı şəhər BPİ-nin rəisinə və Bakı şəhər prokuroruna şikayət verərək həmin qərarın ləğv olunmasmı tələb etmişdim. Xitam qərarını da göndərmişdim. Lakin, mənə yalnız Baş Prokurorluğun DİO-nun İstintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, baş ədliyyə müşaviri Müşfiq Səfərov tərəfindən cavab məktubu ünvanlanmışdır.
Müşfiq Səfərov çox gülməli və məntiqə sığmayan cavab məktubu göndərmişdir. Belə ki, o bildirmişdir ki, xitam qərarı Bakı şəhər və Xətai rayon prokurorluqları tərəfındən əsaslı hesab edilərək və arxivə verilməsi üçün DİN-ə göndərilmişdir.
Başa düşmürəm, məgər iş arxivə veriləndə qərarı ləğv etmək olmur? Axı qanunsuz qərar nəyə görə arxivdə qalmalıdır?Arxivdədirsə, zəhmət çəkib çıxarsınlar və işə yenidən baxsınlar. Həmin iş Xətai RPİ-də sifariş əsasında başlanmışdı. Buna görə Xətai RPİ-nin İstintaq şöbəsinin rəisi Vüqar Əhədov hələ istintaq gedən vaxt mənə etiraf etmişdi ki, 30 000 manat Manaf və Natiq tərəfindən rüşvət verilib. Hətta o zaman məndən 50 000 manat rüşvət istədilər ki, işi mənim xeyrimə həll etsinlər və Manafla Natiqi tutsunlar. Məlumdur ki, mən də pul vermədim və bütün əmlakım əlimdən çıxdı. İş onların xeyrinə həll olundu. Düşmən təhlükəsi altmda neçə illər ərzində qurduğum butun təsərrüfatım məhv oldu. Hazırda da heç bir maddi imkanım yoxdur ki, təsərrüfat yaradam. Məcburi köçkün kimi aldığım çörək pulu müavinəti məktublara gedir. l996-cı ildən hal-hazıra kimi “Kapitalbank”dan hissə - hissə 110000 manat kiredit götürmüşəm təsərrüfat üçün. Onlar 165000 manatı hardan alıblar, o məni maraqlandırır...”
Şikayətçi olunanların nəzərə alınaraq 150110162 saylı cinayət işi üzrə 19 dekabr 2015-ci il tarixli xitam qərarının ləğv edilməsinə və həmin işin icraatının təzələnərək yenidən istintaqın aparılmasına, mənə qarşı dələduzluq etmiş Səlimov Natiq Şirvan oğlunun və Həsənov Manaf Həsən oğlunun cinayət məsuliyyətinə cəlb olunmalarına, həmçinin, qərəzli istintaq aparmaqla qanunsuz hərəkətlərə yol vermiş vəzifəli şəxslərin cəzalandırılmasını tələb edir və əmindir ki, ölkə başçısına ünvanladığı, artıq sayını unutduğu müraciətlər Prezidentə çatmır, çatdırılmır:
“Mənə qarşı uydurma ittihamlarla Bakı şəhəri Xətai rayon polis idarəsi tərəfindən qurama cinayət işi başlanmış və daha sonra cinayət işinə xitam verilmişdir. Məni qanunsuz olaraq bir neçə gün saxlamışlar və daha sonra barəmdə həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə önünə çıxarmışlar. Lakin məhkəmə təqdimatı rədd etmişdir. Daha sonra isə cinayət işinə xitam verilmişdlr. Buna qədər isə polisin təzyiqi ilə mənə məxsus fermada olan xırdabuynuzlu heyvanlar zorla əlimdən alınaraq Həsənov Manaf Həsən oğluna verilmişdir. Halbuki, həmin adam mənə şərik olmayıb, mənimlə birlikdə iş qurmayıb və fermada olan heyvanlar yalnız mənə məxsus olmuşdur. Belə olan halda polisin bu addımı anlaşılmazdır. Axı nəyə görə məhkəmə qərarı olmadan mənim əmlakım polisin təzyiqi ilə əlimdən alınır? Nəyə görə uydurma ittiham müdafiə edilir və mən ömrüm boyu qazandığım əmlakı bir günün içində itirməii oluram?
Daha sonra Həsənov Manaf Həsən oğlu mənə qarşı Füzuli rayon məhkəməsində iddia qaldıraraq 49500 {qırx doqquz min beş yüz) manat zərərın ödənilməsini tələb etmişdir. Məhkəmə isə bu uydurma iddianı təmin etmişdir. Buna əsas kimi, mənim həbs qətimkan tədbirinə dair təqdimata baxarkən guya verdiyim ifadə nəzərə almıb. Halbuki, mən məhkəmədə ümumiyyətlə danışmamışam. Çünki məni gözlənilmədən saxladılar, əllərimi bağladılar. Bu yaşıma qədər hüquq-mühafizə orqanlan ilə heç bir problem yaşamadığım halda başıma gələn bu olaya görə şokda idim və danışacaq halda deyildım. Məhkəmə mənim adımdan uydurma ıfadə daxil edib qərarına və həmin uydurma ifadə yuxarıda qeyd etdiyim iddianın təmin olunmasına əsas sayılıb.
Bütün bunlar bir daha sübut edir ki, bu iş əvvəlcədən əlbir olmuş şəxslər tərəfındən düşünülmüş şəkildə həyata keçirilib. Əvvəl polisin bilavasitə təzyiqi ilə mənə məxsus oian 316 baş xırdabuynuzlu heyvanlar əlimdən aiınaraq Həsənov Manaf Həsən oğluna verilir və daha sonra mənim barəmdə cinayət işi qaldırılır. Lakin cinayət işi uydurma olduğundan sübut etmək mümkün olmur, daha sonra cinayət işinə xitam verilir. Çünki mən heç bir cinayət törətməmişəm.
Eyni zamanda mənə qarşı edilən haqsızlıqları dövlət orqanlarına çatdıra bilmirəm. Heç kim məni dinləmir. Baş prokurorun qəbulunda dəfələrlə olmuşam. Amma heç bir nəticə olmayıb. Göstəriş verilsə də, məsələ həllini tapmamış qalıb. Bundan əlavə, mülki işlə bağlı cinayət işinin içində olan ifadələrlə tanış olmaq istəsəm də, Xətai rayon polis idarəsində bildirdilər ki, cinayət işi DİN-nin arxivinə verilib. DİN-nin arxivinə müraciət etdim, bildirdilər ki, cinayət işi göndərilib Xətai rayon prokurorluğuna. 2015-ci ildə olan iş 2019-cu ildə Xətai rayon prokurorluğuna nəyə lazımdır? Bütün bunlar onu göstərir ki, bunlar süni əngəllərdir və mənim əzmimi sındırmağa hesablanıb, başıma gələnlərlə barışmağa məcbur edirlər.
Yuxarıda qeyd etdiyim mülki iş üzrə Füzuli rayon məhkəməsinin qətnaməsindən Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişəm. Ümid edirdim ki, Apellyasiya Məhkəməsi işi tam araşdıraraq ədalətli qərar qəbul edəcək. Lakin təəssüf hissi ilə qeyd edirəm ki, Şirvan Apeliyasiya Məhkəməsi bu işə ədalətli yanaşmadı və iş lazımi qaydada obyektiv araşdılmadı. Mənim vəkilimin verdiyi bütün vəsatətlər rədd edildi. Halbuki, həmin vəsatətlər təmin edilsəydi, məsələnin əsl mahiyyəti üzə çıxacaqdı. Belə ki, mülki işə birinci instansiya məhkəməsində baxılarkən mötəbər sübut kimi dəyərləndirilən sənədlərin əslində saxta olduğunu üzə çıxaracaq arqumentlər məhkəmə kollegiyası tərəfindən rədd edildi. Belə bir deyım var: iki baş bir başdan yaxşıdır. Apellyasiya instansiyasmda məhkəmə tərkibi uç hakimdən ibarət olsa da, onların da işə yanaşması birinci instansiya məhkəməsinin mövqeyi ilə eyni oldu. Yuxanda qeyd etdiyim məhşur deyimin getdikcə ölkəmizdə əhəmiyyətsiz olduğunu bir daha məhkəmə orqanları mənə sübut etdilər. Deməli, ədaləti bərqərar etmək üçün baş sayının fərqi yoxdur. Məsələ hakimlərin düşüncə tərzindədir. Necə ola bilər ki, işdə tərəf olan şəxs bu qədər vəsatət təqdim etsin və bu vəsatətlərin heç biri təmin edilməsin? Bu, inandırıcı deyil və bir daha onu göstərir ki, hakimlər əwəlcədən işə dair yeni qətnamə qəbul etmək fikrində deyildilər.
Mənim əmlakımı əlimdən almış şəxslər hələ üstəlik məndən 49500 manat əlavə pul da tələb edirlər. Bu artıq həmin şəxslərin mənə qarşı yönəlmiş növbəti hücumlarıdır ki, əvvəl hədə - qorxu ilə mənə məxsus heyvanlan əlimdən aldılar, indi isə daha da irəli gedərək bu qədər pul tələb edirlər. Bir daha vurğulamaq istəyirəm ki, mənim əmlakımı əlimdən almaqda qarşı tərəfə polis köməklik göstərib. Həmin işlə bağlı məhkəmə qərarı olmayıb ki, mən qərarın icrasından yayınım. Lakin, hətta məhkəmə qəran belə olsaydı, məhkəmə qərarlarmı məhkəmə icraçıları icra edir. Bu işdə isə polis ona aid olmayan məsələdə iştirakçı rolunda idi. Polis zor tətbiq etməklə mənim əmlakımın qanunsuz olaraq əlimdən almmasına şərait yaratdı”.
H.Kazımov müraciətinin mətnində ölkə başçısına xitab edir: “Lakin mən ədalətin bərqərar olacağına inanıram. Sizin ölkədə məhkəmə-hüquq sistemində islahatlann dərinləşdirilməsinə dair məlum fərmanınız ola bilməz ki, üç pilləli məhkəmə sisteminin mövcud olduğu respublikamızda bütün hakim korpusunun nəzərindən qaçsın. Mən əminəm ki, yuxarı instansiya məhkəməsi - Ali Məhkəmə bu məsələnin ədalətli və hərtərəfli araşdırılmasını təmin edəcək”.
Xuraman Quliyeva