Azərbaycan İdeyası

HARAMI DÜZÜNƏ HARAM QATAN ŞİRKƏT

Tarix:9-04-2019, 15:33
Baxış Sayı:345

Redaksiyamıza Füzuli rayonundan olan məcburi köçkünlər - Qayıdış - 6 qəsəbəsi ev 164 ünvanda yaşayan 1986-cı il təvəllüdlü Hüseynov Qubad Turab oğlunun və Qayıdış - 11 qəsəbəsi ev 11 ünvanda yaşayan 1976 - cı il təvəllüdlü Muradov Firqət Zaməddin oğlu tərəfindən göndərilmiş ərizələr daxil olmuşdur. Müəlliflərin hər ikisi qanuni olaraq işə götürüldükləri "Natural Aqro" MMC-nin rəhbərliyindən şikayətləniblər.
Bildirirlər ki, şirkət onlarla bağladığı əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, onlara vəd etdiyi aylıq məvaciblərini kəsərək, zəhmətlərini aşırı dərəcədə istismar edir. Bundan başqa, istehsal prosesində şirkət rəhbərliyi tərəfindən bir sıra qanun pozuntularına yol verilir. Məsələn, insanların sağlamlığı üçün ciddi təhlükə olan zəhərli maddələrdən, o cümlədən mərgümüşdən (sink-fosfit, el arasında "siçan dərmanı") təyinatı üzrə istifadə edilmir.
Ərizəçilər yazırlar ki, hüquqlarını tələb etdikləri vaxt aqroparkın layihə rəhbəri İlham Hacıyev kobud tərzdə "gedin, hara istəyirsiniz, kimə istəyirsiniz, deyin, mən heç kimdən qorxmuram". Odur ki, bu özbaşınalığın durdurulması naminə problemin KİV vasitəsilə ictimailəşdirilməsini və əlaqədar instansiyaların diqqətinə çatdırılmasını xahiş edirlər.
Qeyd edək ki, Natural Aqro" MMC ilə əlaqəli məlumat əldə etmək üçün internetdə axtarış elan etdik. Öyrəndik ki, Haramı düzündə ölkəmizdə idxaldan asılılığın azaldılması, ərzaq təhlükəsizliyinin təmin olunması üçün strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullarının yetişdirilməsi məqsədilə layihələndirilən bu müəssisəni “Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynovun oğlu Araz Hüseynovla "Bank Respublika"nın sahibi, Səba” ASC, “Biləsuvar Aqro” MMC, “Qarabağ Taxıl” MMC və “Bakı Sığorta” ASC şirkətlərinin əsas səhmdarı olan Natiq Quliyevin şərikli surətdə yaratdıqları və həmin ərazidəki 28 fermer təsərrüfatını məhv edərək və 250 məcburi köçkünü işsiz, yurdsuz qoyaraq ərsəyə gətirdikləri bildirilir.
Fermer Vilayəddin Həsənovun KİV-də dərc olunmuş şikayətində göstərilir ki, bu qanunsuzluqlara etiraz edən bir neçə nəfər həbs olunub, bir nəfər isə intihara cəhd edib. Sakinlərdən bir nəfəri aparıb, döyərək xəsarət yetiriblər, qulağına 8 tikiş qoyulub. Sonra da o şəxsə heç bir qanuni əsas olmadan 10 sutka həbs cəzası veriblər. Həbsdə olduğu müddətdə isə Füzuli rayon Prokurorluğunun əməkdaşları üç dəfə onun yanına gedərək, torpaqdan imtina ərizəsinə qol çəkməyə məcbur etmək istəyiblər. Deyiblər ki, qol çəkməsən, sənə əlavə 5 il iş verəcəyik. Bax, bu qaydada hədəyə-şantaja keçiblər.
Belə görünür ki, "Natural Aqro" MMC-nin elə təməli haram üzərində qurulub və o haramçılıq indi də davam etdirtilməkdədir.

OXŞAR XƏBƏRLƏR
Tərtər rayonunun Kəbirli kənd sakini Vəliyeva Ağca Mahir qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edərək məhkəmə ədalətsizliyi ilə üzləşdiyini bildirmişdir. Vətəndaş A.Vəliyeva yazır ki, Əliyev Rəşad Vaqif oğlu ilə 2016-cı ilin
Tərtər rayonunun Kəbirli kənd sakini Vəliyeva Ağca Mahir qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edərək məhkəmə ədalətsizliyi ilə üzləşdiyini bildirmişdir. Vətəndaş A.Vəliyeva yazır ki, Əliyev Rəşad Vaqif oğlu ilə 2016-cı ilin
“Fərqli dad”, fərli xidmət
“Fərqli dad”, fərli xidmət
Ata aliment ödəməmək üçün pişiyi bəhanə edib uşaqları anadan ayırmağa çalışır
Ata aliment ödəməmək üçün pişiyi bəhanə edib uşaqları anadan ayırmağa çalışır
“Günəş Petrol” firmasının fəaliyyəti məmnunluq doğurur
“Günəş Petrol” firmasının fəaliyyəti məmnunluq doğurur
Dostlarım
Dostlarım
Konstitusiya Məhkəməsinin səlahiyyətləri əgər bu qədər məhduddursa...
Konstitusiya Məhkəməsinin səlahiyyətləri əgər bu qədər məhduddursa...
Mənli günlərini yada salarsan
Mənli günlərini yada salarsan
Zirzəmidə yağış suyuna qərq olan avtomobilə dəyən ziyanı kim qarşılayacaq?
Zirzəmidə yağış suyuna qərq olan avtomobilə dəyən ziyanı kim qarşılayacaq?