Azərbaycan İdeyası

Sabiq MTN generalı məhkəmədə hakimə etiraz edib

Tarix:5-12-2022, 15:24
Baxış Sayı:57

Sabiq MTN generalı məhkəmədə hakimə etiraz edib
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev və onunla birgə azadlıqdan məhrum edilmiş istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə baxışı başlayıb.

APA-nın xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baxılan iş üzrə ilkin baxış iclasında ittiham olunan şəxsin anket məlumatları və apellyasiya şikayətlərinin dəlilləri dəqiqləşdirilib.

İclasda Mövlam Şıxəliyevin vəkili Arzu Cavadov vəsatət qaldıraraq prosesə sədrlik edən hakim İlqar Murquzova etiraz verib.

Vəsatət işi araşdıran hakimin oğlunun bu işi aparan Baş Prokurorluğun İstintaq İdarəsinin əməkdaşı olması ilə əsaslandırılıb.

Mövlam Şıxəliyev vəsatəti müdafiə edib.

Məhkəmə vəsatəti rədd edib.

Prosesdə saat 15:30-a kimi fasilə elan olunub.

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) general-mayoru Mövlam Şıxəliyevin apellyasiya məhkəməsi başlayır.

“Qafqazinfo” xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində onun şikayətinə baxılacaq. Generalın vəkili Ceyhun Yusifov bildirib ki, apellyasiya şikayəti bir müddət öncə verilsə də, şikayətin verilmə müddəti ötürüldüyü üçün məhkəmə işi birinci instansiyaya qaytarmışdı. Vəkil məhkəməyə bir sıra vəsatətlər təqdim etdiklərini, prosesdən sonra həmin vəsatətləri açıqlayacaqlarını bildirib.

Qeyd edək ki, M.Şıxəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunub. İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.

Uzun müddət davam edən məhkəmə bu il sentyabrın 21-də yekunlaşıb. Bakı Hərbi Məhkəməsi M.Şıxəliyevə 12 il azadlıqdan məhrumetmə cəzası verib. Bundan başqa, generalın və ailəsinin mülkiyyətində olan 7,7 milyon manatlıq əmlak müsadirə edilib.

OXŞAR XƏBƏRLƏR
Köç karvanı Badaraya çatdı - YENİLƏNİB
Köç karvanı Badaraya çatdı - YENİLƏNİB
Metroda inqilabi dəyişiklik – 1 stansiya gedən sərnişin görün nə qədər ödəyəcək
Metroda inqilabi dəyişiklik – 1 stansiya gedən sərnişin görün nə qədər ödəyəcək
Saatlı rayonunda 2024-cü ildə informasiya və rabitə haqqında
Saatlı rayonunda 2024-cü ildə informasiya və rabitə haqqında
Saatlı rayonunda 2024-cü ilin sonuna mənzil fondu haqqında
Saatlı rayonunda 2024-cü ilin sonuna mənzil fondu haqqında
Saatlı rayonunda 2024-cü il ərzində pərakəndə ticarət dövriyyəsinin həcmi haqqında
Saatlı rayonunda 2024-cü il ərzində pərakəndə ticarət dövriyyəsinin             həcmi haqqında
Saatlı rayonunda 2024-cü il ərzində əhaliyə göstərilən məişət xidmətlərinin dəyəri haqqında
Saatlı rayonunda 2024-cü il ərzində əhaliyə göstərilən məişət xidmətlərinin dəyəri haqqında
Saatlı rayonunda 2024-cü il ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri haqqında
Saatlı rayonunda 2024-cü il ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri  haqqında
Saatlı rayonunda 2024-cü il ərzində iaşənin bəzi göstəriciləri haqqında
Saatlı rayonunda 2024-cü il ərzində iaşənin bəzi göstəriciləri  haqqında