Azərbaycan İdeyası

Sabirabadlı müəllim dərs bölgüsündəki ədalətsizlikdən gileylidir

Tarix:23-12-2022, 19:29
Baxış Sayı:70

Sabirabadlı müəllim dərs bölgüsündəki ədalətsizlikdən gileylidir
Müəllimlərin dərs yükünü hesablamaq üçün bu düsturdan istifadə edilməlidir: Fənn üzrə ümumi dərs saatlarının miqdarı, müəllimlərin topladığı diaqnostik balların (ixtisas üzrə) cəminə bölünür. Alınan rəqəm məktəbdə həmin fənnin əmsalı hesab olunur. Əmsalı müəllimin diaqnostik balına vurduqda isə müəllimə veriləcək dərs yükü alınır. Bu, Təhsil nazirinin 4 oktyabr 2019-cu il F-595 əmri ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin, psixoloqların və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinın aparılması Qaydaları”da da göstərilib.
Belə ki, təhsil müəssisələrinin rəhbərləri tərəfindən heyət arasında dərs yükünün bölüşdürülməsi, onların karyera inkişafı, əməyinin rəğbətləndirilməsi zamanı diaqnostik qiymətləndirilmənin nəticələri nəzərə alınması, diaqnostik qiymətləndirilmədə iştirak edərək hər bir bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş heyət diaqnostik qiymətləndirilmədən keçmiş heyət hesab olunmaması və ümumi təhsil müəssisələrində dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmədə iştirak edərək hər hansı bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş, üzürsüz səbəbdən diaqnostik qiymətləndirmədə iştirak etməmiş, həmçinin, 10 baldan aşağı nəticə göstərmiş müəllimlər üçün minimum dərs yükünün 6 saat müəyyənləşdirilməsi birmənalı olaraq qeyd edilib. Hazırda dərs bölgüsü üçün tətbiq edilən bu qayda mövcud vəziyyətdə və sertifikasiyaya qədər məntiqi olmaqla yanaşı, həm də tam doğru addımdır.
Bəs elə isə 27 bal topölayan müəllimə minimum dərs saatının verilməsi nə ilə izah oluna bilər?
Sabirabad rayon mərkəzindəki Mikayıl Müşfiq adına 4 saylı tam orta məktəbin müəllimi İmanova Mənzər Vilayət qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edərək, çalışdığı təhsil müəssisəsində dərs bölgüsündə üzləşdiyi haqsızlıqdan şikayət etmişdir. Yazır ki, 2006-cı ildən ingilis dili müəllimi işləyir, 6 il 3 ay, 5 gün (müraciətin daxil olduğu tarixədək) iş stajı var. Diaqnostik qiymətləndirmədə 27 bal (ixtisasdan – 11, kurrikulumdan – 16) bal toplamışdır. İşlədiyi məktəbdə digər müəllimlərin dərsi normal bölündüyü halda, oun dərs yükü həmişə 4, 5, ya da çoxu 6 saat olub. Toplam 43 dərs saatı var, ondan 6 saatı ona verilib, qalan 37 saat isə digər iki müəllim arasında bölünüb. Həsənova Cansel Fuad qızı MİQ vasitəsilə gəldiyi üçün 30 saatla yüklənməlidir. Həmin müəllim 18 saatla yüklənib. Həbibova Seyidsona müəllimə isə 18 saat yükləyiblər. Qeyd edir ki, 43 saatın 12-si vakantın dərsidir. Bu dərsi gizlədib iki müəllim arasında bölüblər. Mənzər müəllimin özünə isə diplomuna ixtisasının adı “ibtidai siniflər üzrə ingilis dili müəllimi” yazıldığı səbəb göstərilərək, əlavə dərs verilmir. İllərdir aşağı siniflərə dərs deyir, amma yuxarıda qeyd olunduğu kimi, diaqnostik qiymətləndirmədə Mənzər müəllimənin yuxarı siniflərə də xarici dil tədris etməyə qabiliyyəti çatır. Lakin gerçəklik budur ki, o, 27 bal topladığı halda 10 bal belə toplaya bilməyən həmkarları qədər qazanca qane olmalıdır. Niyə? Elə bu sualla Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri cənab Rəşad Musayevə müraciət edirik. Hərçənd, hörmətli Rəşad müəllim və İdarədə dərs bölgüsü məsələlərinə nəzarət edən Mahir müəllim qeyd olunan neqativ halların mövcudluğuna inanmaq istəmirlər. Mənzər İmanova Elm və Təhsil Nazirliyinə teleqram vurandan sonra onu İdarədə qəbul edən Rəşad Musayevlə görüşündə ona bütün bu məsələlərin araşdırılacağı vəd olunub. Həmçinin söz verilib ki, cənab nazirin dekabrın 23-də Saatlı rayonunda baş tutacaq qəbulunda Mənzər xanımın da qəbula düşməsini təmin edəcəklər.

OXŞAR XƏBƏRLƏR
DSMF əməkdaşını aldadaraq 162 min manatını ələ keçirən qadınla bağlı qərar açıqlandı
DSMF əməkdaşını aldadaraq 162 min manatını ələ keçirən qadınla bağlı qərar açıqlandı
Gəncədə xəstəxanaya yerləşdirilən 5 yaşlı qız öldü
Gəncədə xəstəxanaya yerləşdirilən 5 yaşlı qız öldü
Dollar 3 manat OLACAQ? - AÇIQLAMA
Dollar 3 manat OLACAQ? - AÇIQLAMA
Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ
Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ
Bu gün Kəlbəcər şəhərinin işğaldan azad ediməsi Günüdür!
Bu gün Kəlbəcər şəhərinin işğaldan azad ediməsi Günüdür!
Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı
Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı
Sürücülərə ŞAD XƏBƏR: COP29 zolaqları QÜVVƏDƏN DÜŞDÜ
Sürücülərə ŞAD XƏBƏR: COP29 zolaqları QÜVVƏDƏN DÜŞDÜ
Nikahlarla bağlı YENİLİK
Nikahlarla bağlı YENİLİK