Azərbaycan İdeyası

Peşəsinin mahir bilicisi

Tarix:30-01-2023, 13:24
Baxış Sayı:166

Peşəsinin mahir bilicisi
Cənnətəliyev Füzuli Telman oğlu 03.12.1989-cu il tarixdə Füzuli rayonunun Dilağarda kəndində anadan olub. 1993-də Füzuli rayonu işğal olunda 4 yaşlı Füzuli də ailəsi ilə birgə məcburi köçkün düşüb, Beyləqan rayonunda məskunlaşıblar. Anası Arzu Haqverdiyeva Beyləqan rayon Mərkəzi Xəstəxanasında xadiməlik edərək övladlarını – Füzulini və qardaşı Vüsalı halal zəhməti, alın təri ilə böyüdüb. İndi qardaşlardan Vüsal evlidir, bir oğlu, bir qız övladı var.
Yeniyetmə yaşlarından zəhmətə qatlaşan Füzuli video-operator – fotoqraf sənətinə yiyələnib. El şənliklərinə, toy-nişana, məktəb tədbirlərinə sifarişlər alaraq dolanışığını təmin edib. Nə dövlətin, nə də cəmiyyətin boynundan sınıq qol kimi asılmağı sevməyən Füzuli heç kəsə əl açmayan, boyunəti olmağı sevməyən gəncdir. 2020-ci ilin payızında baş verən Vətən müharibəsi zamanı şəhid ailələrinə, qazilərə bacardığı qədər maddi və mənəvi köməklik göstərib, şəhidlərin adlarını əbədiləşdirən, müharibə qəhrəmanlarının şücaətini əks etdirən video-materiallar, təsirli süjetlər hazırlayıb.
Füzuli deyir ki, şəhid ailələri cəmiyyətin həssas zümrəsi olduğundan, onlarla işləmək də həssaslıq tələb edir: “Bəzən komanda ilə birgə şəhid ailələrini ziyarət edib reportaj hazırlayanda təşəbbüs sahibi olan komanda rəhbəri (naşır, baş redaktor, QHT nümayəndəsi) çəkəcəyi xərci qabaqcadan tam hesablaya bilmir, yaxud, nəzərə alınmayan başqa hallar ortaya çıxır ki, bu üzdən də materialın təqdimatı yubanır. Şəhid ailələri bu gecikməni təşəbbüsçünün hansısa təmənna ummaq niyyəti ilə əlaqələndirir və komandanın bütün üzvlərindən, hətta sadə zəhmət adamı olduğunu bildikləri operatordan belə gileylənirlər. Bu, ədalətsizlikdir. Amma onları da başa düşmək olar, başlarına gələn faciə, övlad itkisi şəhid valideynlərini səbirsizləşdirib, məsələlərin dərinliyinə varmağa hövsələləri çatmır”.
Füzuli Cənnətəliyev operator peşəsi üçün lazım olan bütün bilik və bacarıqlara malikdir: Yaxşı müşahidə qabiliyyəti var, ən kiçik detalları belə nəzərdən qaçırmır. Səbrlidir, estetik zövqü yüksəkdir. Komanda ilə işləyə bilir, çəkdiyi hər bir kadrın uğurlu alındığına əmin olmayınca rahat olmur. Çəkiliş avadanlıqlarının və işıqlandırma işinin təşkilini tənzimlənməyi bacarır. Xüsusi effektlər yaratmaq, çərçivə seçmək üçün rəqəmsal texnologiyadan istifadə edir. Çəkiliş məkanını çalışdığı XEBER.TV “YouTube” kanalında canlı yayım və səsyazma üçün hazırlamaqda mahirdir. Gəlin ona uğurlar arzulayaq. Gün olsun, məcburi köçkünlərin işğaldan azad olunmuş torpaqlara Böyük Qayıdışı təmin edilsin, Füzuli də doğma Füzulinin yeniləndiyini əks etdirən görüntüləri lentə alsın, bolluca xeyir-işlərə, toya-büsata dəvət olunsun!
Video-operator Füzuli Cənnətəliyevin mobil əlaqə nömrəsi: 0513377779
Müxbir:Mahizər Qəribova.
Peşəsinin mahir bilicisi
Peşəsinin mahir bilicisi
Peşəsinin mahir bilicisi

OXŞAR XƏBƏRLƏR
Qəzet Ədliyyə Nazirliyinin apardığı araşdırmanın nəticəsi əsasında təsdiqlənən faktları ictimailəşdirdiyinə görə məhkəməyə verildi.
Qəzet Ədliyyə Nazirliyinin apardığı araşdırmanın nəticəsi əsasında təsdiqlənən faktları ictimailəşdirdiyinə görə məhkəməyə verildi.
ABŞ, Rusiya və Ukrayna prezidentlərinin birgə görüşü planlaşdırılır
ABŞ, Rusiya və Ukrayna prezidentlərinin birgə görüşü planlaşdırılır
Paşinyan Aİİ-nin Qırğızıstanda keçiriləcək iclasında iştirak etməyəcək
Paşinyan Aİİ-nin Qırğızıstanda keçiriləcək iclasında iştirak etməyəcək
12 günlük müharibədən sonra İLK DƏFƏ - İran ballistik raketlər ATDI
12 günlük müharibədən sonra İLK DƏFƏ - İran ballistik raketlər ATDI
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan Birgə Bəyannaməni imzalayıb - YENİLƏNİB, TAM MƏTN+FOTO
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan Birgə Bəyannaməni imzalayıb - YENİLƏNİB, TAM MƏTN+FOTO
Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür
Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür
Arif Babayev dəfn edildi - Fotolar - Yenilənib
Arif Babayev dəfn edildi - Fotolar - Yenilənib
Elşad Abdullayevin Respublikaya gətirilməsi MÜTLƏQ BAŞ TUTACAQ
Elşad Abdullayevin Respublikaya gətirilməsi MÜTLƏQ BAŞ TUTACAQ