Azərbaycan İdeyası

Müstəntiq çıxardığı qərarın surətini şikayətçiyə niyə vermir?

Tarix:30-01-2023, 13:40
Baxış Sayı:257

Müstəntiq çıxardığı qərarın surətini şikayətçiyə niyə vermir?
Haqqında yenidən xatırlatmalı olduğumuz bu mövzu ilə əlaqədar “Korrupsiya və Qanun” qəzetinin 8 iyul 2022-ci il tarixli 04(88)-ci nəşrində 7-ci səhifədə “Mülkiyyətçinin “20 yanvar faciəsi” və polisin dələduz qarşısında acizliyinin etirafı” sərlövhəli birinci, qəzetin 25 avqust 2022-ci il tarixli, 05/89-cu sayında isə “Dələduz vəkil aldadıb, pulunu mənimsədiyi adamın nəvələrini ölümlə hədələyir” başlıqlı ikinci məqalə dərc olunub.
Yada salaq ki, Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov – 103A ünvanda qeydiyyatda olan, hazırda Xəzər rayonu, Buzovna qəsəbəsi, “Qızıl Qum” bağlar massivində yaşayan Cəfərov Etibar Nadir oğlunun redaksiyamıza müraciəti əsasında hazırlanmış həmin məqalələrin biri, Etibar Cəfərova məxsus 400 kv/m sahəsi olan obyektin icarəyə vermiş olduğu “Çay Evi”nin və anbarının 2022-ci il yanvarın 19-dan 20-nə keçən gecə yanmasına (özünün dediyinə görə yandırılması), mübahisəsi düşdüyü qonşudan şübhələndiyinə, bununla belə yanğın hadisəsi ilə bağlı hansı istintaq hərəkətlərinin aparıldığı barədə onun məlumatlandırılmamasına həsr olunmuşdu. İkinci məqalə isə Etibar Cəfərovun vəkil olduğu deyilən Vəliyev Xanoğlan Yusif oğlu tərəfindən hüquqi xidmət göstərəcəyini, müxtəlif işlər düzəldəcəyini vəd edərək aldadılaraq bəlli məbləğlərdə pulunun mənimsənilməsindən, Xanoğlandan şikayət etdiyi Xəzər Rayon Polis İdarəsinin 1 –ci Polis Bölməsinin Şahin Mustafayev adlı təhqiqatçı polis zabitinin qeyri- adekvat hərəkətlərindən bəhs edirdi.
E.Cəfərov həmçinin qeyd edirdi ki, dələduz vəkil Xanoğlan Vəliyevin cinayət əməlinin sübutu kimi xidmət edəcək səs yazılarını Xəzər Rayon Polis İdarəsinin müstəntiqi Elvin Ağayevə təqdim edib. Onu da bildirir ki, Elvin Ağayev ona işin 1- ci Polis Bölməsindən Rayon Polis İdarəsinə göndərilməsi haqqında qərarı və ittiham haqqında qərarı verməyib, “ixtiyarımız yoxdur” deyib.
Redaksiya olaraq, həmin məqalələr müşayiətedici məktublarla baş prokurora və daxili işlər nazirinə göndərildi. Məktublarımızda vətəndaşın şikayətinə həssas yanaşılacağına, məsələnin obyektiv araşdırılacağına ümid ifadə etdik. Xəzər rayon prokurorluğundan Xəzər RPİ-nin İŞ-nin rəisinə, surəti isə redaksiyamıza göndərilmiş 21 noyabr 2022-ci il tarixli məktubda tövsiyə olunur ki, material üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılsın, müraciət müəllifinə cavab verilməsi təmin olunsun.
Lakin Etibar Cəfərov Xəzər RPİ-yə gedərək, həmin vaxt işdə olmayan müstəntiqə zəng vurub Xanoğlan Vəliyevin axtarışa verilməsi barədə qərarın surətini istəyəndə müstəntiq imtina edib, şikayətinin dərc olunduğu qəzetin baş redaktorunun da ona belə bir hüququnun olması barədə dediyi sözlərin yalan olduğunu deyib: “Qərar sizin nəyinizə lazımdır? Mən işi axtarışa verib dayandırmışam. O adam tapılıb gəlməlidir ki, mən də istintaqı davam etdirim. Siz o barədə əməliyyatçılarla danışın”.
Bundan sonra Etibar Cəfərov Xəzər RPİ-dən aralanmadan Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq məsələ barədə ətraflı məlumat verib, müstəntiqlə arasında olan söhbəti danışıb. “102” xidmətindən məlumat verilən Xəzər RPİ-dən isə ona iki saat yarım idarədə gözləməsinə baxmayaraq heç bir məlumat verilməyib. Şəkər xəstəliyindən əziyyət çəkən kor-peşman evə qayıtmalı olub. İndi narahatdır: “Bəlkə Xanoğlan Vəliyevi 500 il tuta bilməyəcəklər, onda necə olacaq?”
Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı