Azərbaycan İdeyası

Şamaxıda 14 yaşlı qıza təcavüz edildi, qurumlar hərəkətə keçdilər

Tarix:27-02-2023, 11:38
Baxış Sayı:148

Şamaxıda 14 yaşlı qıza təcavüz edildi, qurumlar hərəkətə keçdilər

Şamaxı rayonunda 2008-ci il təvəllüdlü qıza təcavüz olunub.

Hadisə rayonun Göylər kəndində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü şəxs onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Sosial şəbəkələrdə iddia edilib ki, oğlanın həbs edilməməsi üçün ailəsi qıza elçi düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov sorğuya cavab olaraq bildirib ki, faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb:

“Əməli törətməkdə şübhəli bilinən bir nəfər saxlanılıb. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu sorğuya cavab olaraq bildirib ki, artıq ailənin təhlükəsizliyi təmin olunub:

“Şamaxı Rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası tərəfindən bizə verilən məlumata görə, artıq faktla bağlı cinayət işi açılıb, şəxs saxlanılıb və istintaq aparılır. Ailənin təhlükəsizliyi təmin edilib. Bizim üçün əsas məsələ uşağın təhlükəsizliyidir. Hazırda yeniyetmənin sığınacağa yerləşdirilməsi üçün danışıqlar aparılır. Məsələ aidiyyəti qurumların nəzarətindədir”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı