Azərbaycan İdeyası

Baş redaktor evində bayram keçirmək əvəzinə, şəhid ailəsini ziyarət etdi

Tarix:2-03-2023, 16:37
Baxış Sayı:160

“Korrupsiya və Qanun” qəzeti öz səhifələrində daim Vətənuğrunda canından, qanımndan keçən şəhidlərimiz, qazilərimiz haqqında oçerklərə yer ayırır, onların ailələrinin qayğılarına diqqət ayırır. Qəzetmizin baş redaktoru Xuraman xanım Quliyeva bu məsələlərə xüsusilə həssaslıqla yanaşır. 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günündə də Xuraman Quliyeva bir çox həmkarlarından fərqli olaraq evində rahat şəkildə Yeni il bayramını keçirmək əvəzinə, şəhid ailəsini ziyarət etməyə üstünlük verdi. Onun rəhbərliyi ilə çəkiliş qrupumuz Beyləqan rayonunun Milabad kəndində şəhid Hikmət Babaşovun və şəhid Vasif Məhərrəmovun ailə üzvləri ilə görüşüb.
Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsi şəhidi Hikmət Firidun oğlu Babaşov 1977-ci il fevralın 3-də Beyləqan rayonunun Yeni Mil qəsəbəsində anadan olmuşdur. 1983-1994-cü ildə Beyləqan rayonu Milabad qəsəbə tam orta məktəbində təhsil almışdır.
Hikmət Babaşov 1994-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi xidmət etmiş, mühəndis-istehkamçı kimi hərbi fəaliyyətinə davam etmişdir. Hərbi xidmət müddətində 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmiş və ağır yaralanmışdır.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Hikmət Babaşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır. Hikmət Babaşov noyabrın 8-də Qubadlı döyüşləri zamanı həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Hikmət Babaşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə, "Azərbaycan Bayrağı" ordeni ilə, "Füzulinin azad olunmasına görə" medalı ilə, “Cəbrayılın azad olunmasına görə" medalı ilə, "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.
Şəhidimiz ailəli idi. Emil və Aydan adlı övladları Vətənə əmanətdir.
Ünsiyyətdə olduğumuz şəhid Hikmət Babaşovun valideynləri – atası Firudun Babaşov və anası Nabat Babaşova, bacısı və həyat yoldaşı şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban Əliyevaya, ümumiyyətlə onlara maddi və mənəvi dəstək göstərmiş bütün xeyirxah insanlara minnətdarlıqlarını bildirdilər. Özləri kimi şəhid ailələrinə səbr və təmkin arzuladılar, qazilərə can sağlığı dilədilər. Şəhidin ailə üzvləri onlara vaxtaşırı baş çəkdiklərinə görə yerli idarəetmə orqanlarına – icra nümayəndəliyinə, bələdiyyəyə, Səfərbərlik Xidmətinin rayon şöbəsinə, eləcə də şəhid Hikmət Babaşovla çiyin-çiyinə döyüşmüş yoldaşlarına, komandir heyəti üzvü olmuş zabitlərdən Mahir Məmmədova, Azər Şıxəliyevə təşəkkürlərini ifadə etdilər. Xatırlayıblar ki, hələ 2020-ci ilin sentyabr ayının 20-dən cəbhəyə yollanan Hikmət Babaşov sonuncu dəfə evlə əlaqə saxlayanda şəhid olacağını, amma mütləq qalib gələcəyimizi, torpaqlarımızı işğaldan azad edəcəyimizi deyibmiş.
Azərbaycan Ordusunun giziri olan Vasif Məhərrəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və fərqlənib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Məhərrəmov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Predı var.zidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Məhərrəmov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Məhərrəmov "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Bandan başqa, Ali Baş Komandan İlham Əliyev şəxsən Vasif Məhərrəmova qol saatı hədiyyə edib.
Vasif Məhərrəmov 2021-ci il yanvarın 1-də Qubadlı rayonu ərazisində minaya düşməsi nəticəsində şəhid olub.
Ailəli idi, iki azyaşlı övladı var.
Şəhid Hikmət Babaşovun və şəhid Vasif Məhərrəmovun ailələri ilə görüşdən hazırlanan və “Korrupsiya və Qanun” qəzetinin “Yutub” səhifəsində yerləşdirilmiş geniş video-materialla bu linkdən tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=0y3L-X2Li_U&t=39s

OXŞAR XƏBƏRLƏR
DSMF əməkdaşını aldadaraq 162 min manatını ələ keçirən qadınla bağlı qərar açıqlandı
DSMF əməkdaşını aldadaraq 162 min manatını ələ keçirən qadınla bağlı qərar açıqlandı
Gəncədə xəstəxanaya yerləşdirilən 5 yaşlı qız öldü
Gəncədə xəstəxanaya yerləşdirilən 5 yaşlı qız öldü
Dollar 3 manat OLACAQ? - AÇIQLAMA
Dollar 3 manat OLACAQ? - AÇIQLAMA
Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ
Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ
Bu gün Kəlbəcər şəhərinin işğaldan azad ediməsi Günüdür!
Bu gün Kəlbəcər şəhərinin işğaldan azad ediməsi Günüdür!
Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı
Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı
Sürücülərə ŞAD XƏBƏR: COP29 zolaqları QÜVVƏDƏN DÜŞDÜ
Sürücülərə ŞAD XƏBƏR: COP29 zolaqları QÜVVƏDƏN DÜŞDÜ
Nikahlarla bağlı YENİLİK
Nikahlarla bağlı YENİLİK