Azərbaycan İdeyası

Daha iki şəhid ailəsi təqaüd kartları ilə təmin edilib - FOTO

Tarix:19-01-2021, 11:32
Baxış Sayı:80


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən şəhid ailələrinə sosial ödənişlərin təyinatı onların müraciətinə ehtiyac olmadan proaktiv qaydada, operativ şəkildə aparılır.
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış İntiqam Hacıyevin (Ağcabədi rayonu) və erməni terroru nəticəsində şəhid olmuş Vasif Rüstəmovun (Tərtər rayonu) ailələrinə də sosial ödənişlər artıq təyin olunub.
Fondun sədr müavini Zəka Mirzəyev hər iki şəhid ailəsini ziyarət edib. O, şəhid ailələrinin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayıb. Dövlət başçısının Fərmanı ilə şəhid ailələri üçün Prezidentin aylıq təqaüdünün bu ilin əvvəlindən 66,7% artırılaraq 300 manatdan 500 manata çatdırıldığını qeyd edib. Eyni zamanda, həmin ailələrin təqaüdlə yanaşı, pensiya və ya müavinətlərlə də təmin edildiklərini bildirib.
Z.Mirzəyev hər iki ailəyə Prezidentin aylıq təqaüdünün və sosial müavinətin təyin olunduğunu bildirib və onlara təqaüd kartlarını, həmçinin “Şəhid ailəsi üzvü” vəsiqələrini təqdim edib.
Ailələrə şəhid ailələri üçün nəzərdə tutulan sosial dəstək tədbirləri barədə də məlumat verilib, onların sosial vəziyyətinin həmişə diqqətdə saxlanılacağı qeyd edilib.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı