Azərbaycan İdeyası

Palmali”nin direktoruna qarşı cinayət işi açıldı

Tarix:21-01-2016, 15:47
Baxış Sayı:579

Palmali”nin direktoruna qarşı cinayət işi açıldı



Rusiyada azərbaycanlı milyarder Mübariz Mənsimovun “Palmali” ASC şirkətinin direktoruna qarşı xüsusilə iri məbləğdə vergidən yayınma ittihamı üzrə cinayət işi qaldırılıb.
Bu barədə "Korrupsiya və qanun" saytı Rusiya KİV-nə istinadən xəbər verib.
“İttiham aktına əsasən şübhəli Mixelyev Rostov Leninsk rayonunun vergi müfəttişliyinə şirkətin 2010-2011-ci illərdəki fəaliyyətinə dair vergi bəyannaməsi təqdim edib. Bu bəyannamədə yalan məlumatlar öz əksini tapıb, şirkətin su nəqliyyatı ilə daşıdığı yüklərdən əldə edilən gəlirlərin məbləği azaldılıb.
“Palmali” ASC şirkətinin direktoru qanunla təyin edilmiş müddət ərzində 2010-cu il ərzində təşkilatın 881 milyon rubldan çox (10.395.800 dollar) və 2011-ci il üçün 401 milyon rubldan çox (4.731.800 dollar) gəlir vergisini ödəməyib”, - Rusiyanın İstintaq Komitəsinin Cənub istintaq idarəsindən bildiriblər.
Nəticədə isə “Palmali” ASC şirkəti iki il ərzində ümumi olaraq xüsusilə iri məbləğ hesab edilən, 1 milyard 282 milyon rubl (3.327.600 dollar) məbləğində vergidən yayınıb.
Cinayət işinin qaldırılması üçün əsas Federal vergi xidməti və DİN tərəfindən təqdim edilmiş materiallar olub.
Qeyd edək ki, “Palmali” ASC şirkətinin sahibi əslən Azərbaycandan olan Mübariz Mənsimovdur.
“Palmali” ASC şirkəti 2000-ci ildə yaradılıb, “Palmali” şirkətlər qrupuna daxildir. Rusiyanın cənubunda ən iri neft məmulatları daşıyıcısıdır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı