Azərbaycan İdeyası

Mübariz Mənsimovun gəmiləri batır- Yenilənib 04.02.15 | 21:09 | Xəbər 3456 dəfə oxunub

Tarix:5-02-2015, 16:37
Baxış Sayı:0

Yük daşımaları üzrə dünyanın lider şirkətləridən olan “Palmali” özünün çətin dövrünü yaşayır. Ciddi maliyyə problemləri ilə üzləşmiş bu şirkətlər qrupunun stukturlarında dəyişikliklər ediləcəyi gözlənilir.


“Qafqazinfo”nun azerfax.az-a istinadən məlumatına görə, əsasən Rusiyanın daxili sularında yük daşımaları üzrə lider olar “Palmali” Avropanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan ciddi ziyan çəkir. Rusiyanın müxtəlif ticarət nişanlarının və xüsusən də neft məhsullarının dünyanın müxtəlif ölkələrinə daşınmasında aparıcı paya malik olan şirkət hazırda bu imkanlardan məhrum olunub və nəticədə də ciddi maliyyə çatışmazlığı ilə üzləşib.

Məlumata görə, şirkət rəhbərliyi yaranmış situasiyanın vurduğu zərərin sarsıdıcı effekt verməməsi üçün müxtəlif yollar arayır. Bunlardan biri kimi isə “Palmali”nin ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən ofislərinin bir qisminin bağlanması nəzərdən keçirilir. Hazırda 20-dən artıq ölkədə nümayəndəliyi olan şirkət bunlardan yarısının fəaliyyətinə son vermək niyyətindədir. Bundan başqa, şirkətlər qrupuna daxil olan bütün kommersiya qurumlarında ciddi ixtisarlar aparılacağı da gözlənilir. Xərclərin minimuma endirilməsində qərarlı olan “Palmali”də digər dəyişikliklərə də əl atılacağı deyilir. Bundan başqa, şirkətlər qrupunun müxtəlif sosial layihələrdə iştirakına da hələlik son verildiyi bildirilir.

Qeyd edək ki, rəsmi məlumatlara görə, Rusiya neftinin 75 faizini məhz “Palmali” daşıyıb.

***

“Palmali” Şirkətlər Qrupu isə yayılan məlumatlara belə münasibət bildirib. Şirkətin vitse-prezidenti İbrahim Nəbioglu ANS-ə açıqlamasında ilin sonuna kimi İstanbuldakı tərsanəsindən 7 yeni gəmini suya buraxmağa hazırlaşdıqlarını qeyd edib. O bu 7 gəmidən birincisinin fevralın sonu suya buraxılacağını deyir. Hələlik ona ad fikirləşmədiklərini və yəqin ki, ona da Azərbaycanın tanınmış görkəmli xadimlərindən birinin adı, ya da coğrafi ad olacağını açıqladı.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı