Azərbaycan İdeyası

Xaçmazda hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

Tarix:27-03-2023, 15:45
Baxış Sayı:167

Xaçmazda hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

Xaçmazda hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinə rayon ərazisində quldurluq edilməsi ilə bağlı məlumat daxil olub. Əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini Abdul Əlislamov saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs tanışı E.Kərimovu ötən ilin oktyabr ayında əllərini bağlayaraq fotoşəkillərini çəkib və yayacağı hədəsi ilə 5000 manat pul tələb edib, 3500 manat aldıqdan sonra isə onu sərbəst buraxıb.

Araşdırmalar zamanı A.Əlislamovun əmisinə məxsus ov silahını oğurlaması və qəbiristanlığın həyətindəki ziyarətgahda gizlətməsi də məlum olub.
Həmçinin məlum olub ki, A.Əlislamov həmkəndlilərinə məxsus iki baş iribuynuzlu heyvanı oğurlamaqla zərərçəkmişlərə ümumilikdə 3200 manat ziyan vurub.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Abdul Əlislamovun barəsində həbs qətimkan tədbiri seçilib.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı