Azərbaycan İdeyası

Hakimin vətəndaşa qarşı törətiyi ağır cinayət əməllərindən aidiyyatı dövlət orqanlarına, vəzifəli şəxsə müraciət etməsinə qadağa qoymaq kimi səlahiyyəti ona hansı hüquqi normativ aktla verilib?!

Tarix:26-04-2023, 17:32
Baxış Sayı:173

Hakimin vətəndaşa qarşı törətiyi ağır cinayət əməllərindən aidiyyatı dövlət orqanlarına, vəzifəli şəxsə müraciət etməsinə qadağa qoymaq kimi səlahiyyəti ona hansı hüquqi normativ aktla verilib?!
Ağdam Rayon Məhkəməsinin 31.08.2022-ci il tarixli, 2(013)-1269/2022 saylı qətnaməsinin icrası ilə bağlı icra məmuru Hüseynov Ələddin Qulam oğlu tərəfindən eyni cavabdehlər barəsində tərtib olunan 21.11.2022-ci il tarixli, 1475257 saylı və 21.11.2022-ci il tarixli 1475256 saylı inzibati xəta haqqında protokollar əsasında Binəqədi Rayon Məhkəməsinin hakimləri Qurbanova Aygün Arzu qızının iş üzrə borclu-iddiaçı Allahverdiyeva Natəvanın keçmiş həyat yoldaşı Allahverdiyev İlkin Mübariz oğlu barəsində qəbul etdiyi 21.11.2022-ci il tarixli 3(001)-3583/2022 saylı qərarı Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Cavid Vaqif oğlunun 3(103)-204/2023 saylı, 30.01.2023-cü il tarixli qəbul etdiyi qərarla həm icra məmuru tərəfindən tərtib olunan inzibati xəta haqqında protokol, həm də Qurbanova Aygün Arzu qızının qərarına qanunsuz hüquqi qiymət verildiyi halda, Bakı Apellyasiya Məhkəməsinin digər saxtakar, korrupsioner hakimi Babayev Qədim Xalid oğlu isə Ağdam Rayon Məhkəməsinin yuxarıda qeyd edilən eyni tarixli, saylı qətnaməsinin icrası ilə əlaqədar icra məmuru Hüseynov Ələddin Qulam oğlunun digər cavabdeh-tələbkarın keçmiş qaynanası Allahverdiyeva Emeliya Əli qızı barəsində tərtib etdiyi inzibati xəta haqqında protokolu və onun əsasında Binəqədi Rayon Məhkəməsinin digər hakimi Kərimova Mahirə Nəzər qızının 21.11.2022-ci il tarixli 3(001)3582/2022 saylı qərarını icra məmuru Hüseynov Ələddinin və həmin hakimin Allahverdiyeva Emeliya Əli qızına qarşı törətdikləri cinayət əməllərini gizlətmək məqsədilə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, vəzifə saxtakarlığı, cinayət əməlləri törədərək inzibati xəta haqqında 1475256 saylı protokolu və hakimin 21.11.2022-ci il tarixli, sayını qəsdən göstərmədiyi qərarını qüvvədə saxlamaq barədə 3(103)-605/2023 saylı, 27.03.2023-cü il tarixli aşkar ədalətsiz, cinayət tərkibli qərar qəbul etmişdir!!! Bu səbəbdən də həmin qərarın nəticə hissəsində qərardan şikayət və ya protest verilə bilməz qənaətinə gəlir!!! Hansısa hakim, hakimlər, eləcə də qonşusunun tövləsinə girib, onun iri-xırda buynuzlu heyvanlarını oğurlayan oğrular onların vətəndaşlara qarşı törətdikləri cinayət əməllərindən aidiyyatı dövlət orqanlarına məlumat verilməsinə, cinayət məsuliyyətinə cəlb edilərək ifşa olunmalarına razı olarlarmı?!

Güloğlan Hüseynov, hüquq şöbəsinin müdiri,hüquqşünas

OXŞAR XƏBƏRLƏR
Abdullayev Putin fonduna bir milyon dollar verib saat aldı
Abdullayev Putin fonduna bir milyon dollar verib saat aldı
BEYNƏLXALQ UNİVERSİTET “SİNDROMU”… – Nazir Əmrullayev bu “kadrları” və belə universitetləri niyə “görmür”?
BEYNƏLXALQ UNİVERSİTET “SİNDROMU”… – Nazir Əmrullayev bu “kadrları” və belə universitetləri niyə “görmür”?
Abdullayev Elşad İsam oğluna məxsus olan obyektlərin - - Siyahısı...
Abdullayev Elşad İsam oğluna məxsus olan obyektlərin - - Siyahısı...
Elşad Abdullayev HAKİM QARŞISINDA
Elşad Abdullayev HAKİM QARŞISINDA
Qəzza üçün yeni Sülh Şurası: Azərbaycan və türk ölkələrinin iştirakı gündəmdə
Qəzza üçün yeni Sülh Şurası: Azərbaycan və türk ölkələrinin iştirakı gündəmdə
Noyabrın 20-si Ağdam Şəhəri Günüdür
Noyabrın 20-si Ağdam Şəhəri Günüdür
Milli Məclisin iclası başladı - BÜDCƏ MÜZAKİRƏ OLUNUR
Milli Məclisin iclası başladı - BÜDCƏ MÜZAKİRƏ OLUNUR
Məktəblilərin payız tətili - istirahət, yoxsa yeni yüklənmə: Psixoloqdan VALİDEYNLƏRƏ ÇAĞIRIŞ
Məktəblilərin payız tətili - istirahət, yoxsa yeni yüklənmə: Psixoloqdan VALİDEYNLƏRƏ ÇAĞIRIŞ