Azərbaycan İdeyası

Bakıda prokuror evi belə yarılıb

Tarix:26-01-2016, 15:22
Baxış Sayı:439

Bakıda prokuror evi belə yarılıb


Bakıda yanvarın 22-də sabiq prokurorun evinə basqın edənlər hələ də tapılmayıb.
"Korrupsiya və Qanun" saytı bildirir ki, Axar.az-a verilən məlumata görə, 74 yaşlı Vaqif Musayevin mənzilini yaran kriminal trionun axtarışı istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Hadisə Balaxanıda Hacı Soltan küçəsində yerləşən evdə qeydə alınıb.
Maskalı şəxslər keçmiş prokurorun və xanımı 68 yaşlı Nəcibə Musayevanın əl-qolunu, ağzını yapışqan lentlə bağlayıblar. Sonra mənzildən 650 manat, 300 dollar və 5000 manat dəyərində zinət əşyalarını da götürərək qaçıblar. Qonşular ahıl ər-arvadın imdadına yetişib.
Zərərçəkənin qohumu Nüsrət Musayev ANS-ə bildirib ki, V.Musayevin vəfat edən qardaşının qiymətli metaldan olan büstü ötən il oğurlanmışdı. Bir müddət əvvəl isə oğlunun mağazası qarət olunmuşdu.
V.Musayev Bakının Nəsimi rayonunun prokuror müavini, sonra Sabunçu rayonunun prokuroru vəzifələrində çalışıb. Məlumata görə, həmin cinayətkar dəstə ötən il martın 6-da Balaxanıda başqa bir evə də basqın edib.
Qəsəbənin Cahangir Cahangirov küçəsi döngə 4, ev 5 ünvanına soxulan şəxslər 58 yaşlı Naruzə Məmmədovadan pul və qızıl-zinət əşyalarını tələb ediblər. Dul və bir övladı ilə həmin ünvanda yaşayan qadın onlara müqavimət göstərmə çalışıb. Amma evə tək olan qadın içəri soxulan şəxslər tərəfindən döyülüb.
Zərərçəkənin qardaşı Vüqar Məmmədovun dediyinə görə, qadının boğazına bıçaq dirəyərək ondan pul istəyiblər. Qadın isə cəmi 2500 manat pulu olduğunu deyib. Oğrular qadının sələmə pul verdiyini deyərək, daha çox tələb ediblər.
Səs-küyü eşidən qonşuluqdakı qohumlar evə gəlib. Qadının mobil telefonunu əlindən alan basqınçılar evdəki telefon aparatının kabelini kəsiblər.
Amma həyətdə adamların çox olduğunu görən oğrular əldə etdikləri qənimətlə evdən qaçmaq istəyiblər. Qapıdan çıxarkən zərərçəkənin qohumları onlardan birinə zərbə endirib. Amma bu da onları zərərsizləşdirməyə kömək etməyib.
Zərərçəkənin qohumu Baxış Məmmədov onlardan birini yerə yıxaraq tutduğunu deyib. Amma həmin şəxs ona bıçaqla zərbə endirib və qaçıb. Zərərçəkənin qohumu oğrunu tanımadığını bildirib.

OXŞAR XƏBƏRLƏR
Talıbovun oğlunun həbsinə hazırlıq gedir? – Yeni skandalın DETALLARI
Talıbovun oğlunun həbsinə hazırlıq gedir? – Yeni skandalın DETALLARI
Sabunçu məhkəməsinin qərarı 10 ildir icra olunmur
Sabunçu məhkəməsinin qərarı 10 ildir icra olunmur
Dələduz ərindən boşandı, öz günahlarından ki boşanmayıb
Dələduz ərindən boşandı, öz günahlarından ki boşanmayıb
Məhkəmə-Hüquq Şurasının sədri cənan İnam Kərimova
Məhkəmə-Hüquq Şurasının sədri cənan İnam Kərimova
Hardasan, ay Polad Həşimov? – Qəbələdə hərbçi ailəsini hərbi şəhərcikdəki evindən qovurlar
Hardasan, ay Polad Həşimov? – Qəbələdə hərbçi ailəsini hərbi şəhərcikdəki evindən qovurlar
Azərbaycanda suyun qiyməti bu cür olacaq – 20 kubdan yuxarı….
Azərbaycanda suyun qiyməti bu cür olacaq – 20 kubdan yuxarı….
TƏBİB-in sədr əvəzi kimdir?
TƏBİB-in sədr əvəzi kimdir?
Vüqar Qurbanovdan ilk - Açıqlama
Vüqar Qurbanovdan ilk - Açıqlama