Azərbaycan İdeyası

ŞƏHİDLİK UCA ZİRVƏDİR, ÜNVANI ƏBƏDİYYƏTDİR

Tarix:26-05-2023, 17:57
Baxış Sayı:255

ŞƏHİDLİK UCA ZİRVƏDİR, ÜNVANI ƏBƏDİYYƏTDİR
Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Şəhid verməyən xalqın mənliyi olmaz. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır.
44 günlük vətən müharibəsində canından, qanından keçən Şəhidlər sırasında Sabirabad rayonu Qaratəpə kəndindən olan Məmmədzadə Toğrul Pərviz oğluda var.
Məmmədzadə Toğrul Pərviz oğlu 2001-ci il oktyabrın 1 - də anadan olub. Ailənin sonbeşiyi, üç bacının bir qardaşı idi. Toğrul Məmmədzadənin anası danışma və eşitmə qüsurludur.
Toğrul Vətənə borcunu yerinə yetirmək üçün qəbul olduğu Turizm və Sosial Xidmətlər Kollecində təhsilini ərizə yazaraq sonlandırıb 2019-cu ilin oktyabrında hərbi xidmətə yollanıb. Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Ordusunun əsgəri olan Məmmədzadə Toğrul 2020 - ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğal altında olan ərazilərin azad olunması üçün başlanan Vətən müharibəsində iştirak etmisdir. Toğrul Məmmədzadə oktyabrın 16-sı gecə Ağdərə istiqamətində irəliləyərkən düşmən tərəfindən endirilən ağır artilleriya hücumu nəticəsində baş və bədən hissəsindən xəsarət alaraq şəhid olmuşdur.
Məmmədzadə Toğrul 2020-ci il 18 oktyabrda doğuldugu Sabirabad rayon Qaratəpə kəndində yerləşən Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarının icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərancamına əsasən Toğrul Məmmədzadə (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur. Döyuş əməliyyatlarında igidliyi və şücaəti ilə seçilən Toğrul Məmmədzadə AR Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamı ilə (ölümündən sonra) "Cəsur döyuşçü" və həmçinin Suqovuşan uğrunda gedən döyüşlərdə Suqovuşanın azad olunmasında iştirak etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərancamına əsasən (ölümündən sonra) "Suqovuşanın azad olunmasına görə"medalları ilə təltif olunmuşdur.
Allah rəhmət eləsin.

ŞƏHİDLİK UCA ZİRVƏDİR, ÜNVANI ƏBƏDİYYƏTDİR
ŞƏHİDLİK UCA ZİRVƏDİR, ÜNVANI ƏBƏDİYYƏTDİR
ŞƏHİDLİK UCA ZİRVƏDİR, ÜNVANI ƏBƏDİYYƏTDİR

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda bank işçiləri ilə bağlı QƏRAR
Azərbaycanda bank işçiləri ilə bağlı QƏRAR
Ağır QƏZA: 5 yaralı var
Ağır QƏZA: 5 yaralı var
Tramp Çinə gedir
Tramp Çinə gedir
Azərbaycanda külək enerjisində TARİXİ REKORD
Azərbaycanda külək enerjisində TARİXİ REKORD
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO
Prezident İlham Əliyev: Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək
Prezident İlham Əliyev: Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək
Prezident İlham Əliyev: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur
Prezident İlham Əliyev: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur
Prezident İlham Əliyev: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik
Prezident İlham Əliyev: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik