Azərbaycan İdeyası

Daha bir küçə açıldı

Tarix:1-02-2016, 18:01
Baxış Sayı:429

Daha bir küçə açıldı




Bakının Nizami rayonu Naxçıvanski küçəsində təmirdən sonra hərəkət bərpa edilib.
"Korrupsiya və Qanun" saytı ASC-dən verilən məlumata görə, küçənin hər iki istiqaməti üzrə, yəni Qara Qarayev prospektindən Bəkir Çobanzadə küçəsinə doğru və əksinə olan 1 km 700 metrlik hissəsi yüksək keyfiyyətlə təmir edilərək nəqliyyat vasitələrinin hərəkəti üçün açılıb.
Təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb. Bundan sonra əraziyə ikiqat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə təqribən 16 min kvadratmetr sahənin 11 sm qalınlığında asfaltlanması işləri aparılıb.
Ortalama eni 9 metr olan küçəyə 3400 poqon-metr yeni səki daşları düzülüb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 54 ədəd yeni baxış qapağı qoyulub və zəruri olan yerlərdə yağış barmaqlıqları yenilənib.
Küçədə nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı