Azərbaycan İdeyası

Sumqayıtın 20 Yanvar küçəsində ''20 Yanvar'' adına nə var?

Tarix:26-10-2015, 14:19
Baxış Sayı:584

Sumqayıtın bir qisim küçələri var ki, orada təcili dəyişikliklər, tikinti-yeniləmə işləri, səliqə-sahman yaradılmalıdır.

Bunlardan biri də Azərbaycan xalqının hüzn və azadlıq - 20 Yanvar tarixi günü şərəfinə adlandırılmış 20 Yanvar küçəsidir. Bildiyimiz kimi 20 Yanvar tarixi hadisəsi xalqımızın azadlıq, milli oyanışı uğrunda mücadiləsinin əsasını qoydu. 20 Yanvar faciəsi Azərbaycan xalqının necə mərd, qorxmaz olduğunu, torpaq (Qarabağ) uğrunda canı bahasına mübarizliyini sübut etdi. Üzərindən 25 il ötüb... Sözügedən küçə hazırda Sumqayıtın ən qarışıq, ən səliqəsiz küçəsidir, desək, yanılmarıq. Bir neçə ay bundan öncə Sumqayıt TV buradan tənqidi süjet təqdim etsə də, bir faydası olmadı. Sumqayıt şəhər 20 yanvar küçəsinin xüsusən Nizami küçəsi ilə yolayrıcı hissəsini ("Karvan" Ticarət Mərkəzinin və Nizami parkının bu küçəyə aid olan hissəsini) Hindistanın bəzi şəhərləri ilə müqayisə etmək olar. Antisanitariya, hədsiz səs-küy, addımbaşı qanunsuz olaraq satılan bir çox məhsulların qoxusu, nəqliyyatın sıxlığı, avtomobillərin harda gəldi saxlaması, xüsusən 30 və digər bir neçə marşrut avtobusların qanunsuz olaraq 20 yanvar küçəsi ilə Nizami küçəsinin kəsişməsini dayanacaq kimi istifadə etməsi bunu deməyə əsas verir. Ardınca küçə boyu xüsusən pik saatlarda nəqliyyatın sıxlığı müşahidə olunur; küçənin hər iki tərəfi boyunca avtomobillərin dayandırılması buna "rəvac verir". Bəzən bu avtomobillər 2-3 cərgə düzülür. Yolun hərəkət istiqamətinin sağ tərəfində avtomobillər üçün yeraltı dayanacaq tikilsə də, hazırda ora Ayaqqabı bazarı kimi fəaliyyət göstərir. Bir sözlə, problemlər "boğaza qədər"... Yəqin ki, şəhərin yeni rəhbərliyi bu küçəyə "əl gəzdirəcək". Küçə təmizlənəcək, səliqə-sahman yaradılacaq, yeraltı dayanacaq istifadəyə veriləcək, ən əsası, bu küçədə xalqımızın qürur rəmzi olan 20 Yanvar şəhidlərinin şərəfinə bir abidə qoyulacaq. Əks halda, qonaqlarımızı şəhərin bu mərkəz hissəsindən keçirməyə hər zaman ehtiyat edəcəyik. Problemlə bağlı bu dəfə Xeberle.com ərazidən hazırladığı kiçik videomaterialı təqdim edir. /xeberle.com/

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı