Azərbaycan İdeyası

`Azəryolservis` nə işlər görüb?

Tarix:4-02-2016, 13:32
Baxış Sayı:504

`Azəryolservis` nə işlər görüb?




Azəryolservis” Açıq Səhmdar Cəmiyyətində (ASC) 2015-ci ilin yekunlarına və 2016-cı ilqarşıda duran vəzifələrin icrasına həsr olunan iclas keçirilib.
"Korrupsiya və Qanun" saytı bildirir ki, bu barədə AzVision.az-a “Azəryolservis” ASC-dən məlumat verilib.
İclas iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.
İlin yekunlarına həsr olunan iclasda “Azəryolservis” ASC-nin sədri Saleh Məmmədov bildirib ki, son bir il ərzində yol infrastrukturun müasirləşdirilməsi, hərtərəfli inkişafı üçün çox böyük işlər görüldüyünü və hazırda da bu işlərin uğurla davam etdirildiyini bildirib.
Bu istiqamətdə ölkə başçısı İlham Əliyev tərəfindən təsdiq olunan “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram”ları çərçivəsində “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən görülən işlər xüsusi əhəmiyyət kəsb edir.
Vurğulanıb ki, son illər sözügedən Dövlət Proqramları çərçivəsində respublikanın bütün bölgələrində irimiqyaslı layihələr həyata keçirilib, dünya standartlarına cavab verən yeni yollar çəkilib, yol ötürücüləri, körpülər, yeraltı və yerüstü piyada keçidləri tikilib. Bu çərçivədə kənd yollarının yenidənqurulması da xüsusi əhəmiyyət kəsb edir.
İclasda qeyd olunub ki, 2015-ci il ərzində 524,4 km uzunluğunda ümumi istifadədə olan yeni avtomobil yolları tikilib, yenidən qurulub, təmir olunub, 12 ədəd yeni avtomobil körpüsü tikilib, 2 ədədi təmir edilib, 2 ədəd tunel və 7 ədəd piyada keçidi istismara verilib. O cümlədən, regionlar üzrə ümumi istifadədə olan 213,3 km respublika əhəmiyyətli, 167,5 km yerli əhəmiyyətli olmaqla 380,8 km uzunluğunda avtomobil yolu tikilib, yenidən qurulub, təmir olunub.
Bakı şəhəri üzrə isə 144,1 km uzunluğunda avtomobil yolu, prospekt və küçə tikilib, yenidən qurulub, təmir olunub, 3 ədəd yol ötürücüsü, 2 ədəd tunel, 9 ədəd piyada keçidi istismara verilib. Bu dövr ərzində ümumilikdə 702,1 min ton asfalt-beton istehsal edilib, 38,6 min ton bitum və 2 508 tonmazut istifadə edilib.
Bundan başqa 2015-ci il ərzində 112,1 km təşkil edən 42 adda küçə və prospektdə təqribən 440 min m2 sahədə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Göstərilən dövr ərzində Bakı şəhərinin 12 inzibati rayonu ərazisində 100 min m2- dən artıq sahədə çala təmiri işləri yerinə yetirilib.
“Azəryolservis” ASC-nin sədri S.Məmmədov Azərbaycan regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyevin regionlarda nəzərdə tutulan bütün infrastruktur layihələrin icra edilməsinin, xüsusən də kənd yollarının tikintisinin sürətləndirilməsinin vacibliyi barədə səsləndirdiyi tövsiyyə və tapşırıqlarına əsasən 2016-cı ildə də genişmiqyaslı işlərin aparılacağını qeyd edib. Bununla bağlı olaraq Cəmiyyət sədri tərəfindən müvafiq idarə və şöbələrin rəhbərlərinə göstərişlər verilib.
Sonda “Azəryolservis” ASC-də uzunmüddətli, səmərəli əmək fəaliyyətini nəzərə alaraq bəzi əməkdaşlara mükafatlar təqdim edilib

OXŞAR XƏBƏRLƏR
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."