Azərbaycan İdeyası

Lvovda güclü partlayışlar: Ölənlər var -

Tarix:6-07-2023, 11:16
Baxış Sayı:251

Lvovda güclü partlayışlar: Ölənlər var -
Rusiya ordusu Ukraynanın Lvov şəhərinə hava zərbələri endirib, ölənlər var.

Bu barədə Lvov Vilayət Hərbi Administrasiyasının rəhbəri Maksim Kozitski məlumat verib.

Onun sözlərinə görə, azı dörd nəfər həlak olub, daha səkkiz nəfər yaralanıb. Dağıntılar altında insanların ola biləcəyi vurğulanıb.

Məlumata görə, Qara dənizdən buraxılan Rusiya raketləri əvvəlcə Kiyevə doğru uçsa da, sonra trayektoriyasını qərbə doğru dəyişdirib.

Bildirilir ki, Lvovda ilk partlayışlar saat 2:30-da olub. Sonrakı 40 dəqiqə ərzində hücum davam edib. Bəzi yerlərdə elektrik enerjisinin verilişində və mobil rabitədə fasilələr yaranıb. Bundan başqa, yaşayış binası dağılıb, kritik infrastruktur obyektinə və avtomobillərə ziyan dəyib.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı