Azərbaycan İdeyası

DİN və DSX-dən İmişlidə əməliyyat: Üç nəfər həbs edildi

Tarix:12-07-2023, 14:28
Baxış Sayı:443

DİN və DSX-dən İmişlidə əməliyyat: Üç nəfər həbs edildi
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi və Dövlət Sərhəd Xidmətinin (DSX) “Horadiz” sərhəd dəstəsinin əməkdaşları tərəfindən birgə keçirilən daha bir əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında İmişli rayonunda keçirilən tədbir zamanı Göyçay şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Ruslan Qasımov, Nurlan Mehdiyev və Elmir İsmayılov narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün saxlanılıblar.

Bu şəxslərdən ümumilikdə 58 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilib, qurudulmuş marixuana və 1 030 ədəd narkotik tərkibli metadon həbi aşkar edilib.

Ruslan Qasımov, Nurlan Mehdiyev və Elmir İsmayılov onlardan aşkar olunmuş narkotik vasitələri İran vətəndaşı “Seyid” adlı şəxsin vasitəsilə, qabaqcadan əlbir olub razılaşmaqla sərhəd bölgəsində yerləşən İmişli rayonu, Qaragüvəndikli kəndi ərazisində gizlədilən yerdən Bakı şəhərində ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

“Qeyd edək ki, son üç ay ərzində DİN və DSX əməkdaşları tərəfindən İrandan qaçaqmalçılıq yolu ilə ölkəmizə narkotik vasitələr göndərilməsinin qarşısının alınması məqsədi ilə birgə keçirilən əməliyyatlar zamanı 500 kiloqramdan artıq müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb”, - məlumatda qeyd olunub.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı