Azərbaycan İdeyası

Vətəndaşlara vacib məsləhət: “Saat on iki və beş arası açıq Günəş şüaları altında olmayın”

Tarix:8-08-2023, 13:45
Baxış Sayı:262

Vətəndaşlara vacib məsləhət: “Saat on iki və beş arası açıq Günəş şüaları altında olmayın”
“İstidən qorunma tədbirləri ancaq sağlamlıq problemləri olan şəxslərə deyil, tam sağlam insanlara da aiddir. İnsanlar havanın temperaturunun yüksək olduğu bu günlərdə Günəş şüaları altında çox qalmamalıdır. Tövsiyə olunur ki, vətəndaşlar saat 12:00-dan 17:00-a qədər açıq Günəş şüasına məruz qalan yerlərdə olmasınlar”.

Bunu “Report”a açıqlamasında Kliniki Tibbi Mərkəzin həkimi, terapevt Könül Bənənyarskaya deyib.

Onun sözlərinə görə, günün çox hissəsini açıq havada keçirdikdə və Günəş şüaları altında fiziki işlə məşğul olduqda günvurma baş verə bilər:

“Günvurmaya daha çox uşaqların, 60 yaşdan yuxarı şəxslərin və xroniki xəstəliklərdən əziyyət çəkən insanların məruz qaldıqları müşahidə olunur. İstidən qorunma tədbirləri isə ancaq bu şəxslərə yox, tam sağlam insanlara da aiddir. Belə ki, insanlar Günəş şüaları altında çox qalmamalıdırlar. Əgər şəxs buna məcburdursa, yəni Günəş şüaları altında işləyirsə, mütləq şəkildə qoruyucu vasitələrdən, yəni papaqdan, çətirdən istifadə etməlidir. Həmin insanların yanında mütləq şəkildə sərin su olmalıdır. Bu günlərdə qəbul edilən mayenin miqdarının normadan çox olması tövsiyə edilir”.

Həkim bildirir ki, günvurma yüngül, orta və ağır olmaqla dərəcəsinə görə üç yerə ayrılır:
“Yüngül günvurma halında rast gəlinən şikayətlər ürəkbulanma, göz bəbəklərinin genişlənməsi, yüngül təngnəfəslik, ürək döyüntülərinin sayının artması və başağrısıdır. Orta dərəcədə isə daha kəskin başağrıları, qusma, qulağın batması, halsızlıq, bədən temperaturunun artması, huşun itirilməsi halları ilə müşahidə olunur. Ağır dərəcədə isə kəskin halsızlıq, bədən temperaturunun 40-41 dərəcəyə qalxması, qarabasmaların olması, hətta komaya düşmə ilə də nəticələnə bilər”.

Terapevt günvurma zamanı ilkin tibbi yardımdan da söz açıb:

“İlk növbədə zərərçəkmiş insan sərin və kölgəlik yerə aparılmalıdır. Əgər şəxsin üst geyimləri qalındırsa, onları mütləq şəkildə yüngülləşdirmək lazımdır. Bədən temperaturunu salmaq üçün boyun, qoltuqaltı və qasıq nahiyəsinə soyuq kompres qoyulmalıdır. Xəstəyə sərin su vermək lazımdır. Əgər xəstə artıq huşunu itiribsə, ona naşatır spirti qoxladılmalıdır. Tənəffüsdə problem varsa, ürəyin qapalı masajına keçmək lazımdır. Tövsiyə olunur ki, vətəndaşlar saat 12:00-dan 17:00-a qədər açıq Günəş şüasına məruz qalan yerlərdə olmasınlar. Çimərliklərə isə səhər saat 11:00-a kimi və 16:00-dan sonra getmək tövsiyə olunur”.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı