Azərbaycan İdeyası

"Hakimlərin, prokurorların, icra başçılarının qaçqın şəhərciklərində mənzilləri var"

Tarix:24-01-2017, 16:54
Baxış Sayı:560


 "Hakimlərin, prokurorların, icra başçılarının qaçqın şəhərciklərində mənzilləri var"

Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzalayıb.
Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyir ki, prezident hər zaman qərar verəndə humanizm nümayiş etdirir. Onun sözlərinə görə, qaçqın və məcburi köçkünlərə diqqət və qayğı Prezidentin bütün fəaliyyətində özünün göstərir:
«İlham Əliyev hər zaman köçkünlərə diqqətlə yanaşır. O, öz ad gününü də qaçqınlarla bir yerdə keçirir. Amma komandanın bəzi üzvləri ondan nümunə götürmək əvəzinə, köçkünləri narazı salmağa çalışırlar. Prezident çox gözəl bilir ki, köçkünlərə nəzərdə tutulan yardımın ünvana yetişməsində problemlər var. Kommunal xidmətlərlə bağlı yaradılan süni əngəllər də bunu deməyə əsas verir. Ona görə də İlham Əliyev köçkünlərə 36 manat aylıq müavinətin verilməsi ilə bağlı sərəncam imzaladı. Hesab edirəm ki, bu, ən optimal variantdır».
Partiya sədri onu da deyib ki, son illər məcburi köçkünlərin sayının şişirdilməsi, onlara edilən güzəştlərin başqalarına şamil edilməsi kimi halları artıb.
«Bu sahəyə cavabdeh olan Qaçqın və məcburi köçkünlərlə iş üzrə dövlət komissiyasının sədri Əli Həsənov yalnız öz maraqlarını güdür. Ona görə də dərəbəylik yaranıb, kim nə bilir onu edir. Araşdırma aparsanız görərsiniz ki, qaçqın şəhərciklərində yüzlərlə haqqı olmayan adamların mənzilləri var. Ən acınacaqlısı odur ki, hakimlərin, prokurorların, icra başçılarının özlərinin, yaxud yaxın adamlarının həmin şəhərcikdə mənzilləri var. Yerli adamlar var ki, qaçqın vəsiqəsi gəzdirir. Bütün bunlar Əli Həsənov və onun rəhbəri olduğu qurumun yaratdığı rüşvət və korrupsiya şəbəkəsinin nəticəsində yaranıb. Bu gür "pripiska”lar nəticəsində köçkünlərin sayı şişirdilir, ayrılan vəsait bölgü nəticəsində azalır. Yəni, kimlərlə köçkünlərin payına şərik çıxır. Ona görə də hesab edirəm ki, əziz qardaşım bu istiqamədə doğru addım atıb. Şəffaflıq və ədalətin təmin olunması üçün də bir sıra addımların atılması olduqca vacibdir», - deyə Partiya sədri fikiri tamamlayıb.(mia.az)

OXŞAR XƏBƏRLƏR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
İlham Əliyev Malavi Prezidentini təbrik edib
İlham Əliyev Malavi Prezidentini təbrik edib