Azərbaycan İdeyası

"İnsanların Cocuq Mərcanlıya qayıtması dünyaya bir mesajdır"

Tarix:27-01-2017, 13:24
Baxış Sayı:505

  "İnsanların Cocuq Mərcanlıya qayıtması dünyaya bir mesajdır"

"Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı Sərəncam sübut etdi ki, ölkə başçısının söylədikləri əməldə də özünü doğruldur”.
Bunu açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Fərəc Quliyev deyib.
Sərəncamın böyük əhəmiyyət daşıdığını deyən F. Quliyev qeyd edib ki, bu, həm daxili, həm də xarici auditoriyanın böyük marağına səbəb olub: “Daxili auditoriya bir daha əmin oldu ki, Azərbaycan Prezidentinin söylədikləri artıq əməldə təsdiqini tapır. Azərbaycan Prezidenti dəfələrlə qeyd edib ki, əgər beynəlxalq güclər Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etməsələr, biz digər vasitələrlə torpağımızı azad edəcək, vətəndaşlarımız da öz yurd-yuvalarına qayıdacaqlar. İndi də artıq bir kəndin bərpa edilməsi onu göstərir ki, bu istiqamətdə ilkin addım atıldı”.
Millət vəkili bildirib ki, aprel döyüşü zamanı ermənilərin Azərbaycan ordusunun qarşısında dayana bilməməsi faktı bir daha göstərdi ki, ölkəmiz öz torpaqlarını işğaldan azad etmək iqtidarındadır: “Biz bir addım da geri çəkilməyək, əksinə hər zaman irəli gedəcəyik. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası da burada irəli atılan addım kimi qiymətləndirilə bilər”.
F. Quliyev vurğulayıb ki, Sərəncama əsasən orada yaşayan insanların tarixi torpaqlarına qayıtması dünyaya bir mesajdır: “Ölkə başçısı hərbi şəhərciyin açılışında da qeyd etdi ki, kimsə Dağlıq Qarabağın müstəqil olması haqqında düşünürsə, bunu unutsun. Əhalimiz öz evlərinə qayıdacaq. Erməni tərəfi də görür ki, Azərbaycan həm iqtisadi, həm də hərbi imkanlarını artırmaqdadır. Dünyada qlobal iqtisadi böhrana baxmayaraq, Azərbaycanın öz ərazilərini işğaldan azad edib, onları bərpa etmək əzmindədir. Düşmən bizim torpaqlarımızdan nə qədər tez çıxsa, bir o qədər ona yaxşıdır. Çünki, gələcəkdə bizim qaldıracağımız 144 milyard dollarlıq təzminat var. Əks halda, Ermənistan məğlub olma aktını imzaladıqdan sonra dağıtdıqları Azərbaycan ərazilərini özləri bərpa etmək məcburiyyətində qalacaq. Bu yaxın gələcəyin işidir və buna heç kimin şübhəsi yoxdur. Həm də Ermənistanın arxasında dayanan ağalara da məlum oldu ki, Azərbaycan geri çəkilmək fikrində deyil, söylənilənləri sözdə deyil, əməldə də edir. Bu baxımdan Azərbaycan Prezidentinin sərəncamı zamanında verilən addımdır”.

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Bakıda və Abşeron yarımadasında mayın 26-da gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə intens

Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur