Azərbaycan İdeyası

`Kasıb sevgilisinə 5 manata gül alır, varlı isə...` - FOTOLAR

Tarix:14-02-2017, 14:42
Baxış Sayı:317

  `Kasıb sevgilisinə 5 manata gül alır, varlı isə...` - FOTOLAR
Bu gün dünyanın bir çox ölkələrində Sevgililər Günü kimi qeyd edilir. Azərbaycanda da 14 fevralı – “Valentin Günü”nü təmtəraqla qeyd edənlər az deyil.
Sevgililərin bayramı kimi tarixə düşən 14 fevralda cütlüklər aldıqları hədiyyələrlə öz sevgilərini ifadə etməyə çalışırlar. Bəylərə daha çox qol saatı, ətir, xanımlara isə əsasən gül hədiyyə edilir. Təbii ki, hərə öz cibinə uyğun hədiyyə almağa çalışır.
Əməkdaşlarımız paytaxtda hədiyyə və gül mağazalarına baş çəkərək qiymətlərlə maraqlanıb. Satıcıların sözlərinə görə, bu gün gülə daha çox təlabat var. Bu səbəbdən qiymətlər adi günlərdən fərqli olaraq 2-3 manat bahadır.
"Qiymətlər normaldır. Bu gün ən çox qızıl gül alırlar. Müştərilərimizin sayı əvvəlki illərlə müqayisədə azalıb. İnsanları başa düşmək olar. Hamının imkanı yoxdur, sevgilisinə bahalı hədiyyə alsın. Pulu olan adamların nə vecinə? Kasıb gülə 5 manat, varlı isə 100 manat verir. Hədiyyənin bahalı olub-olmaması əhəmiyyətli deyil.Əsas diqqət və sevgidir"- satıcı deyib.
Paytaxtın müxtəlif yerlərində sevgi rəmzinə çevrilən qızıl gülün bir ədədi 5-7 manata alıcılara təklif olunur. Gül buketlərinin qiymətləri isə 15-100 manat arası dəyişir. Hədiyyəlik yumuşaq oyuncaqlara və suvenirlərə gəlincə, satışda 20 manatdan 200 manatadək suvenir və yumuşaq oyuncaqlar var.
Sevgililəri üçün gözəl bir hədiyyə almaq istəyənlər təxminən 50 manatından keçməlidirlər. Sevgililər günü ilə əlaqədar parfümeriya mağazaları endirim kampaniyalarına başlayıblar.
Kampaniya ilə müştəri cəlb etməyə çalışan brend mağazalarda ən ucuz ətir 40-50 manatadır. Satışda qiyməti 400-500 manat, hətta 1000 manatadək olan ətirlər var.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı