Azərbaycan İdeyası

“AtaBank” kartları internet ödəmələrini daha cəlbedici edir

Tarix:11-11-2015, 10:15
Baxış Sayı:349

Müştərilərin ödəniş kartları ilə internetdə apardıqları əməliyyatların təhlükəsizliyini təmin etmək məqsədilə “AtaBank” “3D Secure” texnologiyasının aktiv tətbiqini davam etdirir.

"Korrupsiya və Qanunm" qəzetnini məlumatına əsasən Bankdan Trend-ə verilən məlumata görə, bu günə qədər “SMS Xəbərdarlıq” xidmətinə qoşulmuş, lakin “3D Secure” (“Verified by Visa”/”MasterCard Secure Code”) xidmətindən istifadə etməyən “AtaBank” ASC-nin kart istifadəçiləri “AtaBank” tərəfindən “3D Secure” xidmətinin “dinamik” versiyasına qoşulmuşdur.
“3D Secure” (“Verified by Visa” / ”MasterCard Secure Code”) texnologiyası kartın digər şəxslər tərəfindən internetdə istifadəsini mümkünsüz edir. Əməliyyatların təhlükəsizliyi dinamik şifrənin daxil edilməsi məcburiyyəti ilə təmin edilir.
İnternetdə əməliyyatın aparılması zamanı kart istifadəçisinin mobil telefonuna SMS şəklində birdəfəlik şifrə daxil olur. Həmin şifrə internet saytında qeyd ediləndən sonra əməliyyat uğurla həyata keçir.
Beləliklə, Siz “SMS Xəbərdarlıq” xidmətindən istifadə etməklə avtomatik olaraq bu sistemə qoşulursunuz. Bununla əlaqədar olaraq, bankın sistemində Sizin tərəfinizdən mobil telefonunuzun düzgün göstərilməsi vacibdir.
Bu üsul təhlükəsizliyi təmin etməklə yanaşı, internet ödəmələrini daha cəlbedici edir. Xidmət həm Visa, həm də MasterCard kartlarına şamil olunur.
Xidmət pulsuzdur.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank olmaqdadır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı