Azərbaycan İdeyası

Ramil Usubov Göyçaya yeni rəis təyin etdi

Tarix:27-02-2017, 16:16
Baxış Sayı:824

 Ramil Usubov Göyçaya yeni rəis təyin etdi

Göyçay Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinə 3 aydan sonra yeni rəis təyin edilib.
Korrupsiya və Qanun saytı APA-ya istinadən xəbər verir ki, Daxili İşlər Naziri, General-Polkovnik Ramil Usubovun əmri ilə bu vəzifəyə polis kapitanı İlkin Məmmədov təyin olunub.
O, bundan əvvəl Göygöl Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin baş inspektoru vəzifəsində çalışıb.
Qeyd edək ki, Göyçay Rayon Yol Polisi Bölməsinin sabiq rəisi, polis kapitanı Vüqar Qasımov yük avtomobili və taksi sürücüləri ilə düzgün davranmadığı üçün aralarında yaranan problemlər səbəbindən 2016-cı il oktyabrın 15-də rayon polis şöbəsinin qarşısında bir qrup şəxs tərəfindən təşkil edilən etiraz aksiyasından sonra tutduğu vəzifədən azad olunub. Həmin vaxt sürücülərin narazılığı da aradan qaldırılıb. V.Qasımov cəmi bir ay Göyçay Rayon Yol Polisi Bölməsinin rəisi vəzifəsində işləyib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı