Bu gün gənclərin dostluğa inanmama səbəbləri maddi çətinliklərlə də bağlıdır. Bəzi insanlar dostlarını aldadırlar, bəziləri də məyus olurlar. Gənclər unutmamalıdırlar ki, dostsuz həyatlarını çətinləşdirmiş olurlar. Çünki elə məsələlər var ki, onu valideynə danışmaq mümkün deyil. Ən azı gənclərimiz ehtiyatlana bilərlər. Dosta isə rahatlıqla deyib məsləhət ala bilərlər.
Füzuli rayonunda qeydiyyatda olan, hal-hazırda Bakı şəhəri Xətai rayonu Nobel prospekti - 67 ünvanda yaşayan Orucov Samir Rasim oğlu ərizə ilə redaksiyamıza müraciət edərək, borc pul verdiyi şəxs tərəfindən aldadıldığını bildirmişdir.
"Hörmətli redaksiya, yazıb sizə bildirirəm ki, 15.08.2011-ci il tarixdən 23.05.2015-ci ilədək Azərbaycan Ali Hərbi Məktəbində təhsil alırdım. Bu müddət ərzində qrup yoldaşım olan Allahverdiyev Şamo adında dostum məndən borc pul istədi və bildirdi ki, daş karxanası açmaq istəyən atasına göndərəcək və onun sahibkarlıq fəaliyyətində əldə etdiyi gəlirdən mənim də qazancım olacaq. Mən də ona inanın pul köməkliyi etdim. Sonradan mən məktəbdən qovuldum və əsgərliyə getdim. Qayıdandan sonra Şamo ilə əlaqə saxladım, zənglərimə cavab vermədi. Artıq atam rəhmətə gedib, anam isə qəza keçirib, maddi vəziyyətimiz ağırdır. Odur ki, xahiş edirəm, bu məsələni ictimailəşdirib aidiyyəti orqanların diqqətinə çatdırasınız".
Doğrudur, redaksiya olaraq borc öhdəliklərinin yerinə yetirilməsinə nail olmaq vəzifə və səlahiyyətimiz yoxdur. Sadəcə ictimai qınaq vasitəsilə öhdəliyi olan şəxsə xatırlatmaq istəyirik ki, S. Orucov hələ də Ş. Allahverdiyev barəsində yazarkən onu öz dostu kimi təqdim edir. Belə dosta xəyanət etmək haqsızlıqdır.
Öyrənməyə çalışacağıq ki, doğrudanmı Şamonun atası daş karxanası açıb, ya yox. Vəd etdiyi devident bir yana dursun, onun heç olmasa aldığı borc pulu qaytarması taledən bir neçə qat zərbə alan Samir üçün təsəlli olardı.
İmam ƏIi (ə) deyib ki, səmimi dosta xəyanət etmək və əhd-peymanları pozmaq xəyanətin zirvəsidir. Samirin birbaşa inzibati orqanlara deyil, KİV-ə müraciət etməsinin yəqin bir səbəbi də borc verdiyi pulla birgə dostunu da birdəfəlik itirmək istəməməsidir. İnanmaq istəyirik ki, onlar bu məsələni çözüb nəhayətdə barışacaqlar.
KOrrupsiya və Qanun