Azərbaycan İdeyası

KİV-lərin diqqətinə - Bu məlumatları qətiyyən yaymayın!

Tarix:1-03-2017, 11:48
Baxış Sayı:466

 KİV-lərin diqqətinə - Bu məlumatları qətiyyən yaymayın!

Son günlər cəbhədə baş verən hadisələrlə bağlı bəzi yerli kütləvi informasiya vasitələrinin (KİV) tutduğu mövqe ciddi narahatlıq doğurur.
Rəsmi qurumlar tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bir sıra elektron informasiya resursları erməni KİV-lərinin yaydığı təxribat dolu məlumatlara, videogörüntülərə istinadla xəbərlər tirajlamaqla,sosial şəbəkələrdə insanlar arasında təşviş yaradacaq paylaşımla etməklə bir növ informasiya müharibəsində düşmən cəbhəsindən çıxış etmiş oldular.
Təəssüf ki, ucuz reytinq dalınca qaçan “həmkarlarımız” unudurlar ki, jurnalistin işi yalnız xəbər yaymaq deyil, həm də vətəndaş mövqeyindən çıxış edərək öz dövlətinin milli-mənəvi maraqlarını qorumaq, dövlətçilik prinsiplərini müdafiə etməkdir.
Korrupsiya və Qanun AzVision.az - a istinad olaraq bildirir ki, növbəti dəfə KİV-lərə informasiya müharibəsinin ölkəmiz üçün olduqca əhəmiyyətli olduğunu xatırladır, həssas məqamlarda düşmən təxribatına uymamağı, mənbəyi bilinməyən hərbi məlumatları yaymamağı tövsiyə edir.

Mövzunun aktuallığını nəzərə alaraq yayılması qanunla qadağan olunan məlumatların siyahını təqdim edirik:

- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, operativ və səfərbərlik üzrə yerləşdirilməsinə dair əməliyyat planlarının, döyüşü idarəetməyə dair sənədlərinin məzmunu, onların döyüş və səfərbərlik hazırlığı, səfərbərlik ehtiyatlarının yaradılması və istifadəsi haqqında;

- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin quruculuq planları, silahların və hərbi texnikanın inkişafının istiqamətləri, silah və hərbi texnika nümunələrinin yaradılması və modernləşdirilməsi üzrə məqsədli proqramların məzmunu və yerinə yetirilməsinin nəticələri haqqında;

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı