Azərbaycan İdeyası

Nazirlikdən Ermənistanın növbəti təxribatı ilə bağlı AÇIQLAMA

Tarix:6-03-2015, 16:43
Baxış Sayı:673

Müdafiə Nazirliyi Ermənistan tərəfinin növbəti təxribatı ilə bağlı məlumat yayıb. Lent.az-ın məlumatına görə, Ermənistan Müdafiə Nazirliyi cəbhədə uğursuz əməliyyat keçirmək cəhdindən sonra öz xalqının qəzəbindən qorxaraq vəziyyətlə bağlı növbəti dəfə dezinformasiya xarakterli məlumat yaymaqdadır.

Nazirlikdən bildirilib ki, erməni tərəfi bu məlumatla xalqını aldadaraq cəbhədəki itkilərini, döyüş meydanında əsgər və zabitlərin qorxaqlıq göstərərək silah-sursatı atmaqla qaçdıqlarını, qeyri-peşəkarlıqlarını və o cümlədən ötən gecə həqiqətən cəbhənin Ağdərə-Tərtər istiqamətində uğursuz təxribat törətmək cəhdlərini etiraf edib.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, düşməndən fərqli olaraq qoşunların təmas xəttində heç bir xüsusi təyinatlı bölmələrimiz istifadə olunmur. “Cəbhədəki vəziyyət və bir nəfər yaralı haqqında Mətbuat Xidməti tərəfindən səhər saatlarında verilən məlumatdan başqa Silahlı Qüvvələrimizin bölmələri nə canlı qüvvə, nə də silah və texnika sarıdan heç bir itki verməyib və əməliyyat şəraitinə tam nəzarət edir.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinə növbəti dəfə müraciət edərək ermənilərin təxribat məqsədilə yaydığı xəbərlərdən istifadə etməməyi tövsiyə edirik”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı