Azərbaycan İdeyası

Deputat torpağımı əlimdən aldı - Əməkdar artist

Tarix:10-03-2017, 10:49
Baxış Sayı:599

Deputat torpağımı əlimdən aldı - Əməkdar artist

"2009-cu ildə deputat Astan Şahverdiyevin yeznəsi mənim bağımı satın alırdı. Mərdəkanda 16 sota yaxın bağ sahəm vardı. 4,5 sotunu satacaqdım. 8 min manat ödədi, pulun çox hissəsi isə qaldı".
Korrupsiya və Qanun saytı xəbər verir ki, bu sözləri əməkdar artist Firuzə İbadova Kult.az-a müsahibəsində deyib. Aktrisa bağ sahəsinin millət vəkili Astan Şahverdiyevin həyat yoldaşı tərəfindən mənimsənildiyini iddia edib:
“Notariusda bağı deputatın xanımı Solmaz Şahverdiyevanın adına keçirtdik. Sonradan pulu ödəmədilər. Bu ərəfədə isə yeznələri qəzaya düşüb dünyasını dəyişdi. Dəfələrlə müraciət etsəm də, deputat pulun gerisini ödəmədi. Bütün sahəmi mənimsədi”.
F.İbadovanın sözlərinə görə, mübahisə ilə bağlı uzun müddət məhkəmə prosesi gedib:
“Xəzər rayon Məhkəməsi, Apelyasiya Məhkəməsi onların xeyrinə qərar çıxartdı. Ötən ilə qədər məhkəmələrdəydik. Mən müğənniyəm, özümü və övladımı çətinliklə dolandırıram. Ancaq millətə “otxod” deyən bir deputatın əməlinə “dur” deyən olmadı, bağ sahəmi əlimdən aldılar”.
Millət vəkili Astan Şahverdiyev isə hazırda İtaliyada olduğunu, ölkəyə qayıtdıqdan sonra F.İbadovanın ittihamına cavab verə biləcəyini dedi.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı