Azərbaycan İdeyası

Lələtəpəyə işıq çəkilir - FOTOLAR

Tarix:13-03-2017, 12:30
Baxış Sayı:1 011

 Lələtəpəyə işıq çəkilir - FOTOLAR Lələtəpəyə işıq çəkilir - FOTOLAR
Cocuq Mərcanlı yarımstansiyasının tikilməsi planlaşdırılır.
Bu barədə Publika.az-a “Azərişıq” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, məqsəd Cəbrayıl rayonunun aprel döyüşlərində azad edilmiş torpaqlarını və ətraf əraziləri, həmçinin hərbi obyektləri fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsidir.
Bununla yanaşı Cəbrayıl rayonu ərazisində yerləşən və ötən ilin aprel döyüşlərində azad edilən Lələtəpə yüksəkliyinə hava xətlərinin çəkilməsi üçün prosesə başlanılıb. Artıq çətin və təhlükəli şərait olmağına baxmayaraq yüksəklikdə elektrik dayaqları basdırılıb və yaxın müddətdə hava xətlərinin məftilləri də çəkiləcək.
Məlumatda o da vurğulanıb ki, düşmənlə təmas xəttində yerləşən Tapqaraqoyunlu kəndi ərazisində elektrik enerjisinin verilişinin fasiləsiz təşkili məqsədi ilə həmin kəndi qidalandıran 10 kV Əzizbəyov hava xətlərində 830 ədəd 6 kV izolyator yeni 10 kV izolyatorla dəyişdirilib. 10 kV II Subartezian hava xəttində isə 16 ədəd yararsız ağac dayaq dəmir-beton dayaqlarla əvəz olunub. 0.4 kV şəbəkədə aprel döyüşləri zamanı zədələnmiş naqillər dəyişdirilib, 9 ədəd 10/0.4 komplekt transformator məntəqəsində (KTM) təmir işləri aparılıb.
Əhalinin kefiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə Füzuli rayonunda ki, 10 ədəd yarımstansiyada, 728 ədəd KTM-də yerli elektrik şəbəkə tərəfindən cari və profılaktik tədbirlər planları həyata keçirilib. “Azərişıq” ASC tərəfindən Füzuli rayonunda 18 ədəd ransformator məntəqəsi quraşdırılıb.
Ağdam rayonunun cəbhə bölgəsinə yaxın təmas xəttində yerləşən Əfətli kəndi ərazisində 1 ədəd yeni müasir tipli 35/10 kv-luq yarımstansiya inşa edilib. Eyni zamanda 1.2 km məsafədə 35 kv-luq elektrik hava xətləri, cəbhə boyu və digər kəndlərdə 32 ədəd müasir tipli transformator məntəqələri quraşdırılıb, 691 ədəd ümumi uzunluğu 29.7 km olan 10 kv-luq və 373 ədəd 11.2 km olan 0.4 kv-luq istismara yararsız dayaqlar yeni dəmir və dəmir-beton dayaqlarla əvəz olunub. Bununla paralel olaraq 3369 ədəd izolyator, 691 ədəd travers, 38440 metr naqil və 8950 metr kabel çəkilib və ya dəyişdirilib. 32 ədəd müxtəlif güclü müasir tipli transformator məntəqələri quraşdırılıb. Həmçinin rayon ərazisində olan 1 ədəd 110/35/10 kv-luq, 10 ədəd 35/10 kv-luq yarımstansiyalarda, 5 ədəd güc transformatorlarında, 230 ədəd transformator məntəqələrində müxtəlif təmir bərpa işləri görülüb.
Tərtər rayonunun düşmənlə təmas xəttinə yaxın ərazidə yerləşən 35 kv-luq Dəmirçilər və İsmayılbəyli hava xətləri məlum aprel hadisələri zamanı ağır artileriyanın atəşi nəticəsində sıradan çıxsa da, qısa zaman kəsiyində bərpa edilərək əhalinin istifadəsinə verilib. Bununla yanaşı həmin ərazidə 49 ədəd izolyator çətin şərait olmağına baxmayaraq dəyişdirilib. Bununla yanaşı erməni işğalından azad edilən Çaylı kəndinə 2450 metr hava xətti çəkilib, 1 ədəd transformator məntəqəsi quraşdırılıb. Nəticədə 22 il elektrik enerjisi olmayan Çaylı kəndi işığa qovuşub.
Tərtər - Ağdam yolunun kənarında məskunlaşmış qaçqın qəsəbələrini işıqla təmin etmək üçün 2055 ədəd yeni dayaq basdırılıb, 2900 ədəd dayaq əvəzlənib, 101 km kabel çəkilib, 603 ədəd izolyator, 20190 metr naqil dəyişdirilib. Həmçinin cəbhə bölgəsinə yaxın kəndlərdə 4 ədəd komplekt transformator məntəqəsi (KTM) yenidən qurulub.
Naftalan şəhərinin cəbhə bölgəsinə yaxın olan Qaşaltı-Qarqoyunlu kəndində 2 ədəd yeni komplekt transformator məntəqəsi (KTM) quraşdırılıb.
Qazax rayonunun sərhəd kəndləri olan Cəfərli və Yuxarı Salahlı kəndləri arasinda 18,2 km üzünlüğünda 35 kv-luq yeni hava xətt çəkilib. Həmçinin Birinci Şıxlı və İkinci Şıxlı kəndləri arasmda 11,2 km uzunluğunda 35 kv-luq Xramçay hava xətti də yenidən qurulub. Həmçinin sərhəd nöqtəsində düşmənlə üz-üzə olan Avey dağının zirvəsində yerləşən hərbi posta 2,7 km uzunluğunda hava xətti çəkilib. Hal-hazərda təmas xəttində yerləşən yaşayış massivləri arasında 14,2 km uzunluğunda 35 kv-luq “Qazax-1” hava xəttinin Xanlıqlar və Ağköynək kəndlərinin yaşayış evlərinin üzərindən götürülməsi və Kəmərli kəndində yerləşən 35/10 kv-luq yarımstansiyanın yenidən qurulması prosesi gedir. Eyni zamanda təmas xəttində yerləşən kəndlərdə transformatorların yeni komplekt transformator məntəqələri ilə əvəz olunması planlaşdırılır.
Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Muncuqlu kəndində vaxtilə Erməni hərbiçilərinin atəş nöqtəsində olan və düşmən tərəfindən atılan mərmilərdən tez-tez qəzalı vəziyyətə düşən 850 metr 10 kV-luq hava xətləri həmin ərazidən çıxarılaraq, kəndin içərisi ilə çəkilərək istifadəyə verilib. Bununla yanaşı Qaralar kəndində 1,5 km məsafədə yeni müasir tipli 10 kV-luq hava xətti çəkilb, digər sərhəd kəndləri olan Qonaqlı, Məşədivəllər, Böyük Qışlaq, Qaradaş, Ağbulaqın isə hava xətlərində təmir bərpa işləri görülüb. Həmçinin bu kəndlərin transformator məntəqələrində bərpa işləri görülüb. Ermənistanın Şəmsəddin rayonu ilə böyük məsafədə həmsərhəd olan Əlibəyli kəndində 3,6 km məsafədə sıradan çıxmış 2700 metr hava xətti tam bərpa edilib. Hal-hazırda da Ermənistanla həmsərhəd olan kəndlərin həm hava xətlərində, həm də transformator məntəqələrində təmir bərpa işləri aparılır və yeni müasir standartlara cavab verən transformator məntəqələrinin quraşdırılması işi görülür.

OXŞAR XƏBƏRLƏR
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq