Azərbaycan İdeyası

Azərbaycanda şok olay! Axund tanınmış jurnalistləri 20 manata "evləndirdi" - Rəsmi nikahsız - FOTO

Tarix:6-04-2017, 10:05
Baxış Sayı:753

  Azərbaycanda şok olay! Axund tanınmış jurnalistləri 20 manata "evləndirdi" - Rəsmi nikahsız -  FOTO
Bildiymiz kimi, ölkə gündəmini ciddi bir məsələ zəbt edib. Belə ki, Gəncədə əmi və qardaşı qızın kəbin kağızı ilə nikaha girdiyi deyilir. Hadisədən sonra Qafqaz Müsəlmanları İdarəsinin rəsmisi açıqlama yayaraq bildirib ki, molladan kəbin nikah haqqında şəhadətnamə əsasında oxunur.
Femida.az məsələnin dəqiqliyini yoxlamaq üçün iki əməkdaşını şəhərin mərkəzindəki Əjdərbəy məscidinə axunddan kəbin kağızı almağa göndərib.Mənzərə gözlədiyi kimi də olub. Belə ki, məscidin axundu jurnalistlərdən nikah haqqında şəhadətnamə tələb etmədən onlardan dövlət rüsumu adı altında 20 manat pul istəyərək kəbin kəsib.
Halbuki, qəbul edilmiş qərarlara görə molla, rəsmi nikah haqqında şəhadətnamə təqdim edilmədiyi halda kəbin kəsə bilməz. Amma görünən odur ki, mollalar aldıqları 20 manat müqabilində kəbin kəsməklə ailə dəyərlərini heçə sayırlar.
Qeyd edək ki, "Məşədi Dadaş" məscidinin axundu Hacı Şahin Həsənli açıqlamasında bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi əməkdaşlarına təlimat verib ki, din belə bir münasibəti kökündən qanunsuz hesab edir və bu münasibətin qurulması düzgün deyil. "Bu adamlara dini kəbin oxuna bilməz. Əgər oxunarsa, onun heç bir legitimliyi olmur, batil kəbindir. Qafqaz Müsəlmanları İdarəsi əməkdaşlarına təlimat verib ki, kəbin nikah haqqında şəhadətnamə əsasında oxunsun".

  Azərbaycanda şok olay! Axund tanınmış jurnalistləri 20 manata "evləndirdi" - Rəsmi nikahsız -  FOTO

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı