Azərbaycan İdeyası

Allahşükür Paşazadə Ufa şəhərinə yola düşəcək

Tarix:21-10-2013, 12:05
Baxış Sayı:0

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 21-də Rusiya Federasiyasının Ufa şəhərinə yola düşəcək.

AZXEBER.COM QMİ-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər 22 oktyabrda Rusiya Federasiyası Başqırdıstan Respublikasının paytaxtı Ufada «Rusiyada İslam və dövlət» mövzusunda keçiriləcək elmi-praktik konfransa dəvət əsasında həyata keçirilir.

Konfrans Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin yaradılmasının 225-ci ildönümünə həsr olunmuş dövlət səviyyəsində qeyd olunacaq yubiley tədbirləri çərçivəsində keçirilir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə konfransda məruzə ilə çıxış edəcək, səfər çərçivəsində Rusiyanın qədim dini mərkəzinin ildönümü tədbirlərində iştirak edəcək.

Ufada bir sıra görüşlər keçirəcək QMİ sədri, həmçinin, Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin sədri, Rusiyanın Baş Müftisi Talqat Tacuddini anadan olmasının 65 illik yubileyi münasibətilə təbrik edəcəkdir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı