Azərbaycan İdeyası

"Əgər bizdə din olsaydı, qardaşı qızını qaçıran əmi çoxdan daş-qalaq edilmişdi"

Tarix:6-04-2017, 11:37
Baxış Sayı:646

 "Əgər bizdə din olsaydı, qardaşı qızını qaçıran əmi çoxdan daş-qalaq edilmişdi"
Müsəlman olan şəxs məhrəmi ilə nikah bağlaya bilməz.

Bu sözləri məscidlərdən birindən Gəncədə baş vermiş əminin qardaşı qızını qaçırması olayı haqda danışan din xadimi deyib.

Həmin şəxs İcra Hakimiyyətinin icazəsi olmadan nümayəndəsi olduğu məscidin və öz adının çəkilməsinin qadağan olduğunu bildirib və hadisədə əsas günahın nikah kəsən mollada olduğunu deyib:

“Şəriətə görə, məhrəm sayılan insanlarla nikah haram sayılır. Molla nikahının şərtləri var. İlk növbədə şahid olmalıdır. Əgər qadının dedikləri doğrudursa və əri öz qardaşı qızını qaçırdıbsa, bu, haram bir işdir. Günah onu rəsmiləşdirən molladadır. Əslində, nikah kağızı onların iyrənc əməllərinə bir pərdə olub. Bəzi savadsız insanlar dini başqa cür təbliğ edərək insanlara pis örnək olurlar. Mollanı tapıb lazımi cəza vermək lazımdır. Qanuna görə, rəsmi nikahı olmayan şəxslərə nikah duası oxunsa da, onlara nikah kağızı verilməməlidir. Molla nikahının kağızı qanunla rəsmi şəkildə ər-arvad olan şəxslərə verilir.

Ümumiyyətlə isə şəriət bir kişinin eyni vaxtda dörd qadınla molla nikahına icazə verir”.

Başqa bir məşhur məscidin nümayəndəsi də sualımıza cavab versə belə, adının çəkilməsini eyni səbəbdən istəmədi:

“Bizdə din-filan yoxdur. Əgər bizdə din olsaydı, həmin əmi indi çoxdan daşqalaq edilmişdi. Elə onlara kəbin kəsən molla da. Belə şeylər haram buyurulub. Ar olsun onlara”.

Xatırladaq ki, Gəncə şəhərində üç uşaq atası 38 yaşlı Həsən Səfərovun arvadı ərinin 23 yaşlı ailəli olan qardaşı qızını qaçırıb onunla dini nikaha girdiyini iddia edib. Həsən Səfərov isə əks-iddialarla çıxış edərək arvadının ona xəyanət etdiyini deyib.(Axar.az)

OXŞAR XƏBƏRLƏR
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
Tramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
Tramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 08.05.2026
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 08.05.2026