Azərbaycan İdeyası

General Elçin Quliyevin adından istifadə edən”vorzakonlar”kimdir?

Tarix:24-07-2017, 17:40
Baxış Sayı:688

  General Elçin Quliyevin adından istifadə edən”vorzakonlar”kimdir?
“Atçılıq mərkəzi”nin əməkdaşları “vorzakon”luq ediblər
Hələ bir müddət bundan əvvəl Bakı şəhərinin Bunə qəsəbəsində fəaliyyət göstərən “Atçılq mərkəzi”ində yaşanan tükürpədici olay, sanki hər kəsi lərzəyə salmaqdadır.
Belə ki, redaksiyamızın elektron poçtuna göndərilən məlumatda bildirilir ki, adı çəkilən mərkəzdə çalışan Rəşad Səmədov və Hikmət Musayev adlı şəxslər, Dövlət Sərhəd Xidmətinin rəisi cənab Elçin Quliyevin adından sui-istifadə etməklə, Nuriyev Hüseyn Rəsul oğlu adlı şəxsi nə az, nə də çox, düz 25 min manat “yükləyə bilirlər”. Ümumi məlumatda o da bildirilir ki, adı çəkilən şəxslər əvvəlcə Hüseyn Nuriyevə təqribən 12 min manan məbləğində faizə pul verirlər. Düzdür, pulu götürən şəxs götürdüyü pulun faizini əvvəllər ödəyə bilsə də, az sonra müəyyən səbəblər üzündən ödəyə bilmir. Belə olan halda Rəşad Səmədovla Hikmət Musayev onu çalışdıqları mərkəzdə bir neçə gün əli-qolu girov saxlayır, hətta verilən məlumatlara görə onun üstünə silah da çəkirlər. Elə ki, adı çəkilən şəxs onların girovluğundan qurtula bilir, çox keçmədən o, Elçin Quliyevin adından sui-istifadə edən şəxslərin əməlləri ilə bağlı sərhəd xidmətinin rəisini məlumatlandırmağı da bacarır. Həmin vaxt baş verənlərdən xəbər tutan Elçin Quliyev, onun adından sui-istifadə edən, onun yaxınları olduqlarını Hüseyn Nuriyevə çatdıran şəxslərinin əməllərinin araşdırılması üçün, adı çəkilən idarədə vəzifə sahibi olan Natiq müəllimə lazımi tapşırıqlarını verir. Düzdür, Natiq müəllim baş verənlərlə bağlı müəyyən araşdırmalarını aparır və Hikmət Musayev Azərbaycandan xaricdə olduğu üçün, Hüseyn Nuriyevi Rəşad Səmədovla üzləşdirir. Üzləşmə keçirilərkən Rəşad Səmədov şikayətini geri götürmək üçün Hüseyn Nuriyevə 3 min manat pul təkli edir. O, edilmiş təklifi heç bir halda qəbul etmir və şikayətində israrlı olduğunu da bildirir. Belə olan halda Rəşad Səmədov “sənin ora-bura şikayət etməyinin heç bir əhəmiyyəti yoxdur, çünki mənim arxa-dayağım olduqca güclüdür. Bil ki, sən mənə heçnə edə bilməyəcəksən” deyir. Hətta WHATSAPP yazışmasında özünə güvənən “vorzakon” açıq şəkildə yazıb ki, “generala salam de”
Dövlət Sərhəd Xidməti əməkdaşının Rəşad Səmədovu həbs etmək, hansısa formada cəzalandırmaq ixtiyarı olmadığından, Hüseyn Nuriyevin problemi həllini tapmır.
Belə olan halda o, üz-üzə qaldığı problemlə bağlı Bakı şəhər Baş Polis İdarəsinə yazılı ərizəsini ünvanlayır. Adı çəkilən idarədə ünvanlanan ərizənin araşdırılması İlqar Fərəcov adlı əməkdaşa həvalə olunsa da, son anda hər hansı nəticə əldə olunmur. Çünki, həmin qurumda adı çəkilən şəxsin əməlləri ilə bağlı cinayət işi açılsa da, çox keçmir ki, başlanmış cinayət işinə xitam verilir. Bu da onu söyləməyə əsas verir ki, həqiqətən də Rəşad Səmədovun dedikləri həqiqətdir ki, ona bir kimsə tutduğu əməllərə görə “gözün üstə qaşın var” deyilmir. Deməli… ulus.az
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
Azərbaycanda icra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI - FOTO
Azərbaycanda icra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI - FOTO
TƏBRİK EDİRİK!
TƏBRİK EDİRİK!
Adil Əhmədov - 70
Adil Əhmədov - 70
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır
Vurduğu təsdiqlənməyən maddi ziyanı nə məqsədlə anasına ödətdirirdilər?
Vurduğu təsdiqlənməyən  maddi  ziyanı nə məqsədlə anasına ödətdirirdilər?