Azərbaycan İdeyası

General-mayor Elçin Quliyevin daha bir QEYRİ-QANUNİ ƏMƏLİ ORTAYA ÇIXDI - “MTN işi”

Tarix:4-08-2017, 12:19
Baxış Sayı:331

 General-mayor Elçin Quliyevin daha bir QEYRİ-QANUNİ ƏMƏLİ ORTAYA ÇIXDI - “MTN işi”

Zərərçəkmiş Mətləb Mustafayev və MTN-nin mərhum polkovniki Malik Mustafayevin bacısı İradə Hümbətova ifadə verib.
Publika.az-ın xəbərinə görə, o bildirib ki, 17 sentyabr 2014-cü il tarixdə həyat yoldaşı ilə birlikdə işdən qayıdan zaman 18.30-da yaşadığı küçənin qara paltarlılar tərəfindən bağlandığnı görüb: “Qonşulardan bunun səbəbini soruşdum. Bildirdilər ki, 15 nömrəli İldırım Rüstəmova məxsua evdə MTN əməkdaşları tərəfindın axtarış aparılır. Təxminən bir saatdan sonra qara paltarlılar getdilər, küçə boşaldı. Qonşular bildirdilər ki, axtarış aparanlar İldırım Rüstəmovun övladının toy əşyalarını, bağlamalarını açıb-töküblər, şoka düşmüş İldırım Rüstımov onlardan nə axtardıqlarənı soruşduqda ona bildiriblər ki, evinizdə silah-sursat saxlanıldığı barədə məlumat daxil olub, ona görə də axtarış aparılır. İldırım Rüstəmov evində silah olmadığını bildirib, kimin ünvanına gəldiklərini soruşub. Ona deyiblər ki, bura Tofiq Hümbətova məxsus ev deyil? İldırım deyib ki, bura Tofiq Hümbətovun evi deyil, onun evi 13 nömrəlidir. Onlar üzr istəyib axtarışı dayandırıblar və evdən çıxıblar. Məsələ burasında idi ki, mənim şəxsiyyət vəsiqəmdə olan ünvan 15 göstərilib, buna görə də onlar həmin ünvana daxil olublar. Biz evinizə daxil olduq, təxminən yarım saatdan sonra bacımgilə getmək istədik. Həyat yoldaşım qarajdan maşını çıxaran zaman əllərində silah olan qara paltarılar ərimi mühasirəyə aldılar, həyətə daxil oldular. Onlar 15-16 nəfər idilər. Onlardan ikisi hasardan aşıb qaynım Tahir Hümvətovun həyətinə daxil oldular. Onun iki azyaşlı övladının qorxudan çığırtısını qonşular eşitdilər. Onlar qaynımın evində olan əşyaları ortalığa tullayblar, qarmaqarışıqlıq yaradırdılar. Qaynım evdə olmadığı üçün telefonla ona xəbər verdik. O, təcili evə gəldi. Axtarışı iki qrup aparırdı. Birinə sonradan adını bildiyimiz Elşən Murtuzov, digərinə isə Samir Əliyev adlı müstəntiqlər rəhbərlik edirdi. Bizim evimizdə olan axtarışa rəhbərliyi Elşən Murtuzov, qaynımgildə olan axtarışa isə müstəntiq Samir Əliyev rəhbərlik edirdi. Biz axtarışa müstəntiqin, hal şahidlərinin və çəkiliş aparanın olmasını tələb etsək də, daha 7-8 nəfər otağa daxil olaraq axtarışa müdaxilə edirdilər. Mən qardaşım Mətləbin yaşadığı mənzilə tapança qoyduğunu bildiyim üçün evimə kamera çəkən və axtarışda adı keçənlərin mənzilmə daxil olmasını tələb etdim. “Qurani Kərim” kitabını götürdüm, evimə silah və narkotik vasitə keçirın şəxsin bu “Qurani Kərim” kitabının üstündən keçməsini, özümə xəsarət yetirməklə bağlı onlara xəbərdarlıq etdim. Otağa keçəndə ərim onlardan məhkəmə qərarını tələb etdi. Müstəntiq qərar göstərdi, ona baxanda bildik ki, mənim və qaynımın evində silah və sursat saxlanılması sübut olunduğu yazılmışdı. Onlar axtarışa başladılar. Evin əşyalarını, avadanlıqlarını izah etmədən dağıtdılar, guya axtarış apardılar. Əslində bizə və qardaşlarıma təzyiq etmək üçün bunu edirdilər. Mətləbə aid flaş-kart olduğu soruşdular, ona məxsus heç nə olmadığını dedim. Qardaşım Malik Mustafayevin intihar etməsinə inanmıram”.
Daha sonra Elçin Quliyev bildirib ki, Malik və Mətləb Mustafyevlərin epizodu üzrə heç bir günahı yoxdur. Onun sözlərinə görə, Malik Mustafayevin intihar etməsinə qardaşı Mətləb Mistafyevin məsuliyyətsizliyi səbəb olub: “Malik Mustafyev peşəkar işçi olub, onunla münasibətlərimiz vardı. Sonuncu dəfə Malik Mustafyevlə xidməti otağımda görüşmüşük. Həmin zaman onun mənə dediklərini qapalı iclasda deyəcəm”.
Elçin Quliyev bildirib ki, axtarışda antiterror mərkəzi aparmayıb.
Mətləb Mustafyev isə deyib ki, antiterror mərkəzinin əməkdaşları Ramin Əliyev, İsmayıl Ənsərli, Samir Bayrmov axtarışda iştirak ediblər. Həmin şəxslərin axtarışda nə işlərinin olması barədə sualına Elçin Quliyev cavab verməyib.
Növbəti proses avqustun 18-də davam edəcək.
***
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovni Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Publika.az-ın xəbərinə görə, bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyilə baş tutan prosesdə Mətləb Mustafayev çıxış edib. O, evində və bacısı İradə Hümbətovann evində axtarışın aparılmasının qanunsuz olduğunu, intihar edən qardaşı MTN polkovniki Malik Mustafayevin ölümündə Elçin Quliyevin günahkar olduğunu vildieib.
Bu zaman Elçin Quliyevlə Mətləb Mustafayev arasında mübahisə yaranıb. Hakim tərəflərə xəbərdarlıq edib, zərərçəkmişin barəsində akt tərtib olunacağını, tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndəriləcəyini deyib.


OXŞAR XƏBƏRLƏR
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."