Azərbaycan İdeyası

Tovuzda qeyri-adi bitki - Adsız bitkini 2 ildir ki, becərirlər

Tarix:20-10-2015, 15:59
Baxış Sayı:393

Özəyi xiyara, yarpaqları lobyaya, meyvəsi isə balqabağa bənzəyir.
"Elə bildim ki, xiyardır, sən demə "maçalka" imiş"
Tovuz sakini Tofiq Ələkbərov öz təsərrüfatında qeyri-adi bitki yetişdirib. Artıq iki ildir adını verə bilmədiyi naməlum növün məhsuldarlığından da yararlanıb. Tovuzda yetişən bu bitkinin quruluşu kimi qeyri-adi meyvəsi var. Kol bitkisinin özəyi xiyara, yarpaqları lobyaya, meyvəsi isə balqabağa bənzəyir.
Müsahibimiz xiyar toxumu alıb, torpağa əkəndən bir müddət sonra gördüklərindən təəccüblənib.
Tofiq Ələkbərov: "Mən elə bildim ki, bu xiyardır. Yoldaşıma dedim ki, bu nə yekə xiyardır belə. Çox maraqlı gəldi mənə. Amma indi hamamdakı maçalkaya oxşayır".
Tofiq Ələkbərov artıq iki ildir ki, bu qəribə canlını becərməyə başlayıb. Becərilməsi üçün xüsusi qulluq tələb etməyən kol vaxtında suvarılmalı və zoğları iplərə dolanmalıdır.
Bitkinin yetişməmiş meyvəsinin tam çəkisi 2-3 kiloqram arasında dəyişir. Ancaq bitki yetişdikdən sonra quruyur və öz çəkisini itirməyə başlayır.
Ailənin xanımı artıq məhsuldan da yararlana bilib. Bir neçə ildir ki, məişətdə bu meyvədən istifadə edir. Tamilə xanım deyir ki, məhsul tam qurudulur daha sonra toxumu götürülür və qabığı soyulur. Növbəti dəfə də bir qədər qurudulduqdan sonra məişətdə cil kimi istifadə olunur.
El arasında naməlum bitki növünü cil ağacı adlandırırlar. Ələkbərovlar ailəsi gələcəkdə bitkini geniş ərazidə becərməyi planlaşdırır. Ailə cil istehsalı ilə məşğul olmağın mümkün olduğu qənaətindədir. (Region TV)

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
"Azərenerji" kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə iki milyon manat ayırdı
"Azərenerji" kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə iki milyon manat ayırdı
Samuxda 57 yaşlı çobanın meyiti tapıldı
Samuxda 57 yaşlı çobanın meyiti tapıldı
KİV: "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edə bilər
KİV: "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edə bilər
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Bakıda böyük təmizlik
Bakıda böyük təmizlik
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI