Azərbaycan İdeyası

"GÖYƏ ÇƏKİLƏN" ALİMENT BORCLULARI

Tarix:23-08-2017, 15:13
Baxış Sayı:510



Qəzetimizin ötən sayında dərc olunmuş "İcra xidməti yerdə itirdiyini göydə də olsa axtarmalıdır" sərlövhəyə Ədliyyə Nazirliyindən cavab reaksiyası gəlmişdir. Nazirliyin redaksiyamıza göndərdiyi 06.07.2017-ci il tarixli məktubda göstərilir: "Müəyyən edilmişdir ki, Nəsimi rayon Məhkəməsinin 02.04.2015-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən Şaiq Əliyevdən 03.03.2015-ci il tarixdən başlayaraq uşağın yetkinlik yaşına çatanadək hər ay 108 manat aliment və lavə olaraq 50 manat tutularaq Aynurə Məmmədovanın xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə Ağdam rayon İcra Şöbəsində 15.05.2015-ci il tarixdə icraata başlanılmış, tələb könüllü icra olunmamış, tələbin yönəldilə biləcəyi əmlakların aşkar edilməsi məqsədilə müvafiq qurumlara göndərilmiş sorğular müsbət nəticə verməmişdir. Ş. Əliyev yaşayış yerini dəyişərək bu barədə məlumat vermədiyinə görə barəsində Nəsimi rayon Polis İdarəsində 30.07.2015-ci il tarixdə 564/15 saylı axtarış işi açılmışdır. Axtarışın sürətləndirilməsi üçün baş idarə tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət olunmuş, axtarışın nəticəsindən asılı olaraq icra tədbirləri davam etdiriləcəkdir. Xatırladaq ki, Bakı şəhəri, Nəsimi rayonu, K. Səfərəliyeva küçəsi, ev-26, mənzil-82 ünvanda qeydiyyatda olan, hal-hazırda Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yeni yaşayış massivində yaşayan Məmmədova Aynurə Rəsul qızı redaksiyamıza göndərdiyi ərizədə 17. 02. 2004-cü ildə Əliyev Şaiq Zahid oğlu ilə rəsmi nikaha daxil olduqlarını yazmışdı. Bu nikahdan onların iki övladı - 15.12.2005-ci il təvəllüdlü oğlu Əliyev Tural Şaiq oğlu və 04.01.2005-ci il təvəllüdlü Əliyeva Ləman Şaiq qızı dünyaya gəlib. Bu nikah 2013-cü il fevral ayının 6-da rəsmi qaydada pozulmuşdur. Nəsimi rayon Məhkəməsinin 22 avqust 2012-ci il tarixli qərarı ilə qız uşağına 80, 02 aprel 2015-ci il tarixli qərarı ilə oğlan uşağına 158 manat məbləğində aliment təyin olunmuşdur. Həmin alimenti ödəmədiyinə, Əliyev Şaiq Zahid oğlunun barəsində məhkəmə qərarına əməl etmədiyinə görə Ağdam rayon icra şöbəsi tərəfindən 18.06.2015-ci il tarixdən axtarış elan olunmuşdur. Aynurə Məmmədova bildirirdi ki, axtarış elan olunandan iki il vaxt ötsə də, onu tapa bilmirlər. Şikayətçi bu qənaətdədir ki, keçmiş ərinin axtarışının nəticəsiz qalması icra məmurlarının onun tapılmasında maraqlı olmaması, yaxud, tapılmamasında maraqlı olması səbəbindəndir. Odur ki, problemin KİV ilə ictimailəşdirilməsini redaksiyadan xahiş etmişdi. Neyləməli, icra tədbirləri davam etdirilməkdə olsun, biz də Şahin Əliyevi gözləyən cəzanı xatırladaq: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra tməməyə və ya məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə min manatdan üç min manatadək miqdarında cərimə və ya yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı