Azərbaycan İdeyası

YERLİ İCRA HAKİMİYYƏTLƏRİ EV NÖVBƏSİNDƏ OLAN ŞƏHİD AİLƏLƏRİ ARASINDA AYRI-SEÇKİLİK EDİRLƏR

Tarix:23-08-2017, 15:11
Baxış Sayı:749




Qax rayon sakini Sahibə Cəlal qızı Manafovanın və Sabunçu rayon sakini Arzu Həsən qızı Məhərrəmovanın mənzil ilə bağlı redaksiyamızın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərdiyi müraciətə aidiyyti üzrə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunda baxılmışdır. Fonddan bildirilmişdir ki, adları göstərilən şəxslərin qeydiyyatda olduqları rayonların icra hakimiyyətləri mənzil növbəsində dayanmış imtiyazlı şəxslər barədə Nazirliyə təqdim etdikləri məktublarda onların adları qeyd edilməyib. Həmin məktublar Nazirliyin internet səhifəsində yerləşdirilib. Xatırladaq ki, vət. Arzu Məhərrəmova redaksiyaya göndərdiyi ərizəsinə Sabunçu rayon İcra Hakimiyyəti başçısının 01 mart 2017-ci il tarixli 89 saylı sərəncamının surətini də qoşma etmişdi. Sərəncamdan məlum olur ki, Quba RİH başçısının 03 fevral 2017-ci il tarixli 14 saylı sərəncamına əsasən şəhid ailəsinin mənzil uçot sənədləri yaşayış yeri üzrə Sabunçu RİH-nə köçürülüb. Sabunçu RİH-nin Mənzil məsələləri üzrə komissiyasının Arzu Məhərrəmovanın mənzil növbəsinin yaşayış yeri üzrə Sabunçu rayonuna köçürülməsi təklifini dəstəkləyən Sabunçu RİH başçısı köçürülmənin təmin edilməsini, adının güzəştli mənzil növbəsi siyahıya əlavə edilməsini qərara almışdır. Görünür, qərar qəbul edilsə də, "dovşana qaç, tazıya tut" deyən RİH adı Nazirliyə göndərilən siyahıya əlavə etməyib. Bununla da şəhid ailəsinin mənzil sahibi olmaq arzusu bir neçə illiyə ləngidilib ("Bir neçə il isə bir igidin ömrüdür"). Nə çatmayıb görəsən? Bunun adını heç cür "səhlənkarlıq" qoymaq olmur.

OXŞAR XƏBƏRLƏR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
İlham Əliyev Malavi Prezidentini təbrik edib
İlham Əliyev Malavi Prezidentini təbrik edib